Sokmenabad Mahali - Wikipedia
Sökmənabad mahalı — Xoy xanlığının mahalı. Ələnd mahalının şimalında yerləşirdi. Uzun müddət Xoyb xanlığında hakimiyyətdə olan Dünbüli tayfa başçılarının ilk məskəni kimi tanınırdı.
Mahal haqqında qısa bilgi
redaktə- Sahəsi —
- Əhalisi —
- Yaranması — 1747-ci il
- Paytaxtı— Sökmənabad kəndistanı
- Sərhədləri —
Etimologiyası
redaktə1725-ci ildə Osmanlı İmperiyasının Azərbaycan vilayətinin Xoy livasının nahiyəsi
Şərəf xan yazır ki, Şah I Təhmasib(1524—1576) Xoy və Sökmənabad şəhərlərinin, eləcə də onların ətraf ərazilərinin idarəçiliyini dümbülü tayfasına vermişdi və onların hakimliyi atadan oğula keçirdi. Bu imtiyaz Şah Təhmasibin oğlu Məhəmməd Xudabəndənin (1578—1587) dövründə də davam etmişdir. Dümbülü tayfasının əmiri Hacı bəyin vəfatından sonra Məhəmməd Xudabəndə onun oğlu Əli bəyi bu vəzifəyə təyin edir, Süleyman-Saray mahalını və Abanay mahalının yarısını da onun idarəsinə verir. Müəllif yazır: “O, (Əli bəy-N.Ə.) həmin vilayətin əmiri olaraq Şərurda bir neçə il yoxsulluq içində yaşadı. Çünki həmin vilayət qarmaqarışıqlıqlar nəticəsində süquta uğramış və boşalmışdı, heç bir gəlir vermirdi. Naxçıvana tabe olan Şərur və Dərəyi Əlkisin vergilərindən müəyyən məbləğ alırdı və burada, Şərurda da öldü” (Ş.Bidlisi, “Şərəfnamə”, I c., M, 1967, səh 362).[1]
İstinadlar
redaktə- ↑ DƏRƏLƏYƏZ MAHALININ KAMERAL TƏSVİRİ (1831-ci və 1842-ci illər) «Elm və təhsil» Bakı — 2017