Sohbetul Esmar Film 1994 - Wikipedia
Söhbətül-əsmar | |
---|---|
Fayl:Söhbətül-əsmar (film, 1994).jpg | |
Rejissor | Elçin Hami Axundov (Elçin Hami kimi) |
Əsərin müəllifi | Məhəmməd Füzuli |
Ssenari müəllifləri |
Dinarə Gərəkməzli Elçin Haminin iştirakı ilə |
Operator | Vyaçeslav Jestkov |
Rəssam | Gülşən Quliyeva |
İstehsalçı | "Azanfilm" Studiyası |
İlk baxış tarixi | 1994 |
Filmin digər adları |
Meyvələrin bəhsi Meyvələrin söhbəti |
Filmin növü | qısametrajlı cizgi filmi |
Müddət | 10 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 1994 |
Texniki məlumatlar |
1 hissə 277 metr 35 mm |
Rəng | rəngli |
IMDb | ID3963392 |
Məzmun
redaktəKinolentin proloqunda diktor XVI əsri tamaşaçılara xatırladıb deyir ki, dünya qarışıb, çaxnaşma düşüb. Məmləkər parçalanıb...
Şair bu çaxnaşmalardan kənarda qala bilmir və dövrünün baş verən hadisələrinə öz münasibətini alleqorik əsərlərində bildirir.
Müəlliflər film üzərində işlərkən şairin alleqorik əsərini müasir dövrümüzlə, bu gün ölkəmizdə baş verən hadisələrlə bağlamağa çalışmışlar. Təsvirdə müəlliflər əsasən miniatürçü rəssam Soltan Məhəmməd Təbrizinin əsərlərinə əsaslanmışlar.
Festivallar və mükafatlar
redaktə1995-ci ildə Bakıda Azərbaycan filmlərinin III festival-müsabiqəsi
- Ən yaxşı cizgi filminə görə rejissor Elçin Hami Axundov Diplom və Prizlə təltif olunmuşdur.
2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, kuratorunun “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyevin olduğu “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama daxil edilmiş digər keçmiş və müasir milli animasiya filmlərilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən I Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent International Animation Forum) göstərilib.[1][2] Forumda filmin rejissoru Elçin Hami Axundova “Animasiyanın inkişafına verdiyi töhfəyə görə” mükafatı verilib. Ona mükafatı forumun direktoru Dante Rustav təqdim edib.[3][4]
Film haqqında
redaktəApplikasiya filmidir.
Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir.
Film dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyinə həsr olunmuşdur.
Film Məhəmməd Füzulinin eyniadlı poeması əsasında çəkilmişdir.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Əsərin müəllifi: Məhəmməd Füzuli
- Rejissor: Elçin Hami Axundov (Elçin Hami kimi)
- Ssenari müəllifi: Dinarə Gərəkməzli, Elçin Haminin iştirakı ilə
- Quruluşçu rəssam: Gülşən Quliyeva
- Operator: Vyaçeslav Jestkov
- Baş animator: Arifə Hatəmi, Rauf Dadaşov
- Anturaj rəssamı: Hüseyn Cavid İsmayılov
- Musiqi tərtibatı: İsmayıl Dadaşov
- Rəssam: Sara Nəzirova, Elman Mirzəyev, Y. Quliyev, Ələkbər Məmmədov
- Məsləhətçi: Sara Nəzirova
- Mətnin müəllifi: Sara Nəzirova
- Səs operatoru: Marat İsgəndərov
Filmi səsləndirənlər
redaktə- Nuriyyə Əhmədova
- Nizami Musayev
- Kübra Dadaşova
- Gülqız Süleymanova
- Ələkbər Məmmədov
- Gülçin Qocayeva
Sponsor
redaktə- "Azərkinovideo" İB
İstinadlar
redaktə- ↑ "Azərbaycan animasiya filmləri Özbəkistanda - FOTO". Sputnik Azərbaycan (az.). 20220420T1539+0400. 2024-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-10.
- ↑ "Azərbaycan animasiya filmləri Özbəkistanda təqdim olunacaq". Azərtac.
- ↑ "Özbəkistanda keçirilən birinci Daşkənd Beynəlxalq Animasiya Forumu başa çatıb". anima.az (az.). 2022-07-17. 2023-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-10.
- ↑ "Animasiyanın inkişafına verdiyi töhfəyə görə". medeniyyet.az (ingilis). 2024-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-10.
Mənbə
redaktə- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 368-370.