S 2015 136472 1 Makemakenin Peyki - Wikipedia
S/2015 (136472) 1 və ya MK2 — Makemake cırtdan planetinin peyki və Neptunxarici cisim.[1][2][3][4] Müşahidə olunan 4%-lik albedoya sahib olduğu üçün diametrinin 175 km olduğu düşünülür və peyk Makemakedən 21000 km məsafədə yerləşən orbitində hərəkət edir. Peyk planet ətrafında 12 gün ərzində dairəvi olduğu ehtimal olunan orbitdə hərəkət edir. Habbl teleskopu ilə aparılan müşahidələr nəticəsində 2015-ci ilin aprel ayında kəşf olunmuşdur.[4] Kəşf elmi ictimaiyyətə 26 aprel 2015-ci ildə açıqlandı.[2] MK2-in kəşfi Makemakenin kütləsi və sıxlığının məlum olması üçün mühüm yenilik oldu.[1]
Kəşfi | |
---|---|
Kəşf edən | Aleks Parker Mark Bui Uill Qrundi Keyt Nol |
Kəşf tarixi | aprel 2015[1] |
Təyinlər | |
Sifətlər | MK2[2] |
Orbital xarakteristikası | |
Böyük yarımoxu | >21000 km |
Orbitinin ekssentrisiteti | naməlum |
>12,4 gün | |
Nəyin peykidir | Makemake (cırtdan planet) |
Fiziki xarakteristikaları | |
Orta radiusu | ~ 87,5 km[1] |
~ 0,1[1] 0,04[1] | |
25,1[1] | |
Müşahidəsi
redaktəMüşahidələr nəticəsində məlum olmuşdur ki, peyk kömürlə müqayisə oluna biləcək qədər tünd rəngə sahibdir. Bu fakt Makemakenin Koyper qurşağında məlum olan ən parlaq ikinci kosmik cisim olması səbəbindən təəccüb doğurur. Bu görünüşün olmasının əsas hipotezlərindən biri peykin Günəşin təsirindən itirdiyi buz hissəciklərini özündə saxlaya biləcəyək qədər cazibə qüvvəsinə sahib olmaması göstərilir.[5]
MK2-in orbitini müəyyən etmək üçün əlavə müşahidələrin aparılmasına ehtiyac var. Peykin orbitinin dairəvi olduğu müşahidə olunur. Əgər orbitin dairəvi olması təsdiq olunarsa, onun keçmişdə baş verən kosmik hadisə nəticəsində yaranması ehtimalı vardır. Əks halda peyk Makemakenin cazibə qüvvəsi tərəfindən tutulmuş hesab olunacaqdır.[5]
Adlandırması
redaktəPeykin rəsmi kod adı kəşf olunduğu tarix və sırası ilə bağlı verilmişdir. Digər bilinən adı olan MK2 isə Makemake sistemində kəşf olunan 2-ci obyekt olduğu üçün verilmişdir.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 Parker, A. H.; Buie, M. W.; Grundy, W. M.; Noll, K. S. (2016-04-25). "Discovery of a Makemakean Moon". The Astrophysical Journal. 825 (1): L9. arXiv:1604.07461. Bibcode:2016ApJ...825L...9P. doi:10.3847/2041-8205/825/1/L9.
- ↑ 1 2 3 "HubbleSite – NewsCenter – Hubble Discovers Moon Orbiting the Dwarf Planet Makemake (04/26/2016) – The Full Story" Arxivləşdirilib 2019-09-29 at the Wayback Machine. hubblesite.org. Retrieved 26 April 2016.
- ↑ Chang, Kenneth (26 April 2016). "Makemake, the Moonless Dwarf Planet, Has a Moon, After All" Arxivləşdirilib 2019-08-17 at the Wayback Machine. The New York Times. Retrieved 26 April 2016.
- ↑ 1 2 Parker, A. (2016-05-02). "A Moon for Makemake" Arxivləşdirilib 2019-08-17 at the Wayback Machine. Planetary Society blogs. Planetary Society. Retrieved 2016-05-02.
- ↑ 1 2 Mike Wall (26 April 2016). "Distant Dwarf Planet Makemake Has Its Own Moon" Arxivləşdirilib 2020-02-02 at the Wayback Machine. Space.com. Retrieved 26 April 2016.