Rzaqulu Mirze Efsar - Wikipedia
Rzaqulu Mirzə Əfşar (15 aprel 1719 - 20 iyul 1747) — Əfşar imperiyasının qurucusu Nadir şah Əfşarın ən böyük oğlu. 1736-cı ildə atasının şah elan edilməsi zamanı Rzaqulunun 17 yaşı var idi. Nadirin şah olmasından sonra o, ən vacib vilayətlərdən biri olan Xorasanın hakimi təyin edildi. O, vəzifədə olduğu müddətdə üsyankar xanları ram edərək, atasının düşmənləri olan Buxara xanlığına son qoymaq üçün Buxaraya qədər yürüş edərək apararaq şücaət göstərmişdir. Nadir şah Hindistana yürüşə başlamazdan əvvəl Rzaqulunu imperiyanın naibi təyin etdi. Bu o demək idi ki, Rzaqulu atasının yoxluğunda imperiyanı idarə edəcəkdi. Rzaqulu bunu həyata keçirərkən imperiyada qarışıqlıq düşməsinin qarşısını alsa da, çox qəddarlıq edərə vergi topladı və bir xeyli insanı edam etdirdi. Keçmiş Səfəvi şahları və ata-bala II Təhmasib ilə III Abbası öldürtməsi əhali arasında çaxnaşma düşməsinə yol açdı. Nadir şah Hindistandan döndükdən sonra Rzaqulu ilə münasibətləri pozuldu və onu qəddarlığına görə naiblikdən kənarlaşdırdı.
Rzaqulu Mirzə Qırxlı-Avşar | |
---|---|
Rzaqulu Mirzə Nadir şah oğlu Qırxlı-Avşar | |
| |
1736 – 1738 | |
7 noyabr 1738 – 26 iyun 1740 | |
Sonrakı | Nəsrulla Mirzə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kəlat, Xorasan bəylərbəyliyi, Səfəvilər dövləti |
Vəfat tarixi | (28 yaşında) |
Vəfat yeri | Kəlat, Xorasan bəylərbəyliyi, Əfşarlar dövləti |
Fəaliyyəti | hərbi lider[d], şahzadə, siyasətçi |
Atası | Nadir şah Əfşar |
Uşağı | 6 (Şahrux şah Qırxlı-Avşar daxil olmaqla) |
Ailəsi | Əfşarlar sülaləsi |
Dini | islam[1], on iki imam şiəliyi[1] |
Hərbi xidmət | |
Mənsubiyyəti | Əfşarlar imperiyası |
Vikianbarda əlaqəli mediafayllar |
Bundan sonra Rzaqulu atasının ordusunda komandanlardan biri kimi xidmət etməyə başladı. Lakin bir zamanlar çox yaxın olan ata-oğul münasibətləri tədricən pozuldu və mənfi münasibətə çevrildi. Tez-tez atası tərəfindən tənqidə məruz qalan Rzaqulu Nadir şahı tənqid etmiş, bu xəbər şaha çatdıqdan sonra oğluna qarşı şübhələri artmışdır. 1742-ci ildə Nadirə qarşı sui-qəsd olsa da, o, bundan sağ çıxmağı bacardı. Nadir sui-qəsdin təşkilatçısı kimi oğlundan şübhələnirdi və buna görə də, onu kor etdirdi. Lakin qəsdin onun tərəfindən təşkil edilmədiyi bilindikdən sonra Nadir çox peşman oldu və oğlundan onu bağışlamasını istədi. Rzaqulu 1747-ci ilə qədər Kelat qalasında yaşadı və bu ildə Nadirin ölümündən sonra taxta əsas iddiaçılardan olan əmisi oğlu Adil tərəfindən öldürüldü.
Fəaliyyətlərinə görə Rzaqulu öz müasirləri tərəfindən müsbət dəyərləndirilmişdir. O, qəddarlıqlar həyata keçirməsinə baxmayaraq, tarixçilər tərəfindən ədalətli hakim kimi təqdim edilir. Onun kor edilməsi həm atasının, həm də imperiyanın üzərində güclü təsir buraxmışdır. Kor edilmə hadisəsindən sonra Nadir psixoloji çöküş yaşamış və qəddar bir insana çevrilmiş, onun tiranlığı nəticəsində də bütün imperiyada üsyanlar başlamışdır. Dövrümüzün tarixçiləri iddia edirlər ki, Rzaqulunun taxta çıxışı nəticəsində Əfşar imperiyası yaxşı bir şəkildə idarə edilə bilərdi.
Həyatı
redaktəErkən dövrü
redaktəRzaqulu Mirzə 1719-cu ildə Xorasanın Əbivərd bölgəsində anadan olmuşdur.[2] Onun anası Xorasan əfşarlarının mühüm şəxslərindən və Əbivərdin hakimi olan Baba Əli bəy Kosa Əhmədli idi. Atası olan Nadir isə hələ bu zaman şah deyildi.[3] Körpəyə Rzaqulu adı verilərkən Əfşar tayfası arasında məşhur olan ənənə həyata keçirilmişdi. Bununla onun VIII imam olan Rzanın qulu xidmətçisi olduğu vurğulanırdı.[4] Rzaqulunun anadan olmasından 5 il keçdikdən sonra anası vəfat edir və Nadir onun bacısı Gövhər Şad ilə evlənir. Nadirin bu evlilikdən iki oğlu olmuşdur.[2][5] 1726-cı ildə Nadirin Məşhədi ələ keçirməsindən sonra Rzaqulu da ailəsi ilə birlikdə bu şəhərə köçür.[2]
1722-ci ildə əfqan üsyançıları olan Mahmud Hotaki və ordusu İsfahan şəhərini ələ keçirmiş, Səfəvi sülaləsinin faktiki hakimiyyətinə son qoymuşdu.[6] Son Səfəvi şahı Şah Hüseynin oğlu II Təhmasib İsfahandan qaçmağı bacarmış, Mazandaran əyalətinə yerləşmiş və sülaləsinə sadiq tayfalar hesabına ordu toplamağa başlamışdı.[7] Nadir Məşhəddə qələbə qazandıqdan sonra II Təhmasibin diqqətini özünə çəkdi və öz xidmətinə qəbul etdi. Nadir xidmət zamanı özünü çox yaxşı göstərdi və onun tərəfindən Səfəvi ordusunun ali baş komandani təyin edildi. Bundan sonra Təhmasibqulu xan adı ilə tanınan Nadir, Qızılbaş ordusuna xeyli qələbə qazandırdı. 1730-cu ildə Zarğan döyüşündə əfqanlar üzərində qələbə qazanaraq onları tam olaraq qovmağı bacardı.[8] Bütün bu qələbələrə görə, II Təhmasib Nadiri Xorasanın, Kermanın və Mazandaranın hakimi təyin etdi. Öz münasibətlərini daha da möhkəmləndirmək üçün Nadir və Rzaqulu II Təhmasibin bacıları ilə evləndilər. Nadir Raziyə Bəyim Səfəvi ilə evlənərkən, Rzaqulu Fatimə Bəyim ilə ailə həyatı qurdu.[9] Rzaqulunun Fatimə Bəyim ilə evləndirilməsi Nadirin öz soyunu Səfəvi sülaləsi ilə birləşdirməsi demək idi. Bu amil gələcəkdə Rzaqulu ilə Fatimənin oğlu olan Şahruxa şah elan edilməsində mühüm rol oynamışdı.[8]
Rzaqulu Mirzə 12 yaşında ikən, yəni 1730 və ya 1731-ci ildə Abdali əfqanlar üsyan qaldırdılar və Məşhədi mühasirəyə aldılar. Bu zaman Nadir Anadoluda Osmanlılar ilə döyüşməkdə idi.[11] Əmisi İbrahim xan ilə birlikdə üsyançıları dəf etməyi bacarmayan Rzaqulu atasına vəziyyəti izah edən məktub göndərdi. Nadir cavab olaraq onlara kömək etmək üçün yola çıxdığını və şəhərdə möhkəm durmağı bildirdi.[12] Bundan qısa müddət sonra Abdalilər mühasirəni saxladılar və Herata geri döndülər. Beləliklə, şəhər əfqan işğalından xilas edildi.[11] Nadir mühasirə zamanı etdiklərinə görə Rzaqulunu xeyli övdü və onun biliyini dəyərləndirdiyini bildirdi.[13]
1731-ci ilin yanvarında Rzaqulu Məşhəddə Fatimə Bəyim ilə evləndi. Nadir bu zaman toya çat bilmək üçün çalışırdı.[8] Rzaqulu ilə Fatimə Bəyimin evlilik şənlikləri bir həftə davam etdi və Məşhədin kənarındakı bağlarda qeyd edildi. Bildirilir ki, bu evlilik zamanı göy cisimlərində qəribə hərəkətlər hiss edilmiş, bundan sonra da toy qonaqlar Əbivərd kənarına ovlanmağa getmiş, bir neçə həftə sorna da Novruz bayramının gəlişini qeyd etmişdilər.[13] Nadir Abdalilərin üsyanını tamamilə yatırmaq üçün 1731-ci ilin martında Herata yola düşdü və 1732-ci ilin fevralında qələbə ilə qayıtdı.[14] 1734-cü ilin Novruz bayramı günlərində Fatimə Bəyim oğlan övlad dünyaya gətirdi. Nadir öz nəvəsinə Şahrux adı verdi. O, bu adı Əmir Teymurun oğlu olan Şahruxdan götürmüş, bununla da Əmir Teymura olan heyranlığını göstərmişdi.[8]
Xorasan hakimliyi
redaktəII Təhmasib öz bacarıqsızlıqlarına görə taxtdan endirildi və onun yerinə körpə oğlu III Abbas şah elan edildi.[15] Lakin onun naibi olan Nadir bütün hakimiyyəti öz əlində cəmləşdirmişdi və bir müddət keçdikdən sonra taxta öz namizədliyini irəli sürdü. Bütün imperiya boyunca ən yüksək səviyyəli şəxsləri toplayaraq onun təstiqi ilə taxta keçməsini və özünün şah olmasını təstiqlətdi.[8][16] 8 mart 1736-cı ildə, yəni qurultayın keçirildiyi günlərdə Nadir oğlu Rzaqulu Mirzənin Xorasan canişini təyin etdirdi və Təhmasib xan Cəlairi oğlunun lələsi olaraq oraya göndərdi.[17] Bununla da, Nadir I Abbas dövründən başlayaraq şahzadələri hərəmxanaya həbs etmək ənənəsinə son qoydu və öz oğluna ordu verərək bir bölgəni idarə edərək təcrübə toplamağa göndərdi. Bundan başqa, Nadir Rzaqulu Mirzəyə imperiyanın şimal-şərq sərhədlərini qorumaq və Xorasanın təhlükəsizliyini təmin etməyi də tapşırmışdı.[5][2]
1737-ci ilin əvvəllərində Rzaqulu və Təhmasib ordu toplayaraq üsyan qaldırmış Əlimərdan xan Əfşarın üzərinə yürüş etdilər. Əlimərdan xan Nadir şahın tayfasından olan yoldaşı olmuşdu və Əndixoyu, Bəlxi idarə etməkdə idi.[2][18] Rzaqulu qısa zaamnda Çiçaktu (müasir Qeysər bölgəsi) ələ keçirdi və Meymanə vasitəsiylə irəliləyərək Əndixoyun kənarında düşərgə saldı. Əlimərdan xanın tabe olmaq istəməməsindən sonra Rzaqulu şəhəri mühasirəyə aldı və şəhərdəki Qarayilərə, Salurlara rüşvət verərək onları Əlimərdana qarşı üsyan başlatmağa sövq etdi.[19] Altı həftəlik müqavimətdən sonra Əlimərdan xan təslim olmaq qərarına gəldi və şəxsən gedərək Rzaqulu Mirzəyə xeyli miqdarda qiymətli daş-qaş təklif etdi. Həbs edilən Əlimərdan xan Herata göndərilsə də, yolda şübhəli şəkildə öldü.[2][18] Öz yürüşünü bundan sonra da davam etdirən Rzaqulu Şibirğan və Ağçanı keçdi və 1737-ci ilin iyulunda Bəlxi mühasirəyə aldı. Bəlxi idarə edən atalıq Seyid xan şəhər ətrafında dərin səngərlər qazdıraraq öz ordusunu onun gerisinə düzdü. Lakin Rzaqulunun artilleriyası düşməninin müqavimətini qırmağı bacardı Əfşar ordusu bəlxliləri darmadağın etdi.[19] Beləliklə, Rzaqulu xan çingiz xanın soyundan gələnlərin Bəlxdə uzun müddətdir davam edən hakimiyyətlərinə son qoydu.[20] Rzaqulunun uğuru xəbərindən sevinən Nadir şah oğluna çoxlu qiymətli hədiyyələr təqdim etdi, onların arasında yüksək cinsli atlar, üç yüz fəxri xələt və qızıl da vardı.[19]
Bu qələbələrdən sonra Təhmasib xan tərəfindən tam olaraq dəstəklənən Rzaqulu atası Nadir şahın sərhədi keçməmək barədə qəti əmrini görməzdən gələrək Buxara xanlığı üzərinə hücuma keçmək qərarına gəldi.[18] 8500 döyüşçü ilə birlikdə Rzaqulu xan mühüm bölgə olan Qarşini mühasirəyə aldı. Buxara xanı olan Əbülfeyz xan Xivə hakimi İlbars xanı köməyə çağırdı. İlbars xan Mavəraünnəhrə daxil olsa da, Əfşar ordusu ilə qarşılaşdıqdan sonra geri dönmək qərarına gəldi. Əbülfeyz xan böyük ordu ilə yola çıxaraq Qarşiyə yardım etməyə çalışdı. Başlanğıcda, Əbülfeyz xan Rzaqulu Mirzəni geri çəkilməyə məcbur etsə də, öz artilleriyasından yaxşı istifadə edən Rzaqulu Əbülfeyzin ordusunun süvarilərini məğlub etməyi bacardı. Əbülfeyz xan ordusunun sağ qalmağı bacaran hissəsi ilə birlikdə qalaya geri çəkilməyə məcbur oldu.[21] Bu qələbəsindən sonra Rzaqulu yaxınlıqdakı qalanı ələ keçirərək bütün əhalisini qətlə yetirdi.[2][22] Lakin bu dəfə Nadir oğluna göndərdiyi məktubda yürüşü dayandırmağı əmr etdi. O, Əbülfeyz xana məktub yazaraq onu Buxara xanlığının suveren hakimi kimi tanıdığını bildirdi. Rzaqulu və Cəlayir cənuba yönəlsələr də, öz yürüşlərinə durdurmadılar, bunun əvəzinə şərqdəki Künduzə və dağlıq Bədəxşan vilayətinə yönəldilər. Sonra Nadir onları Cəlalabada yanına çağırdı və onlar Kabil vasitəsilə sürətlə oraya getdilər.[22] İki ordu Cəlalabadda birləşdi.[23]
İmperiya naibliyi
redaktəCəlalabada gəldikdən sonra Nadir şah Təhmasib xanı danlasa da, onun aşkar şəkildə vicdan əzabı çəkdiyini gördükdə sonra bağışladı.[22][24] Rzaquluya gəldikdə isə o, daha yumşaq davrandı. Nadir oğlunun ordusuna baxış keçirib, ona artilleriya, ərəb atları verdi. O, eyni zaamnda oğlunun vəzifəsini yüksəldərək imperiyanın naibi təyin etdi. Çünki özü Hindistana səfərə hazırlaşırdı.[2] [22] Nadirin Rzaquluya verdiyi əmrlərə əsasən o, verdiyi qərarlar zamanı atasının təyin etdiyi şəxslərlə məsləhətləşməli idi. Eyni zamanda Rzaqulu bu məsləhətçiləri vəzifədən azad edə və ya dəyişdirə bilməzdi.[25] Həmçinin, Rzaqulu Səbzəvarda saxlanılan II Təhmasib ilə III Abbasın məsuliyyətini daşımalı idi.[2] 17 noyabrda Rzaqulu Cəlalabadı tərk etdi və Bəlxə geri döndü, Nadir isə şərqdə yerləşən Hindistana doğru yürüşə başladı.[25]
1738-ci ildə Xivə xanı İlbarsın rəhbərliyində türkmən tayfalarının yürüşə başlaması barədə xəbər gəldi. Bu zaman Rzaqulu öz əmisioğlu Əliqulu xan ilə birlikdə Əbivərddə idi. Rzaqulunun ordusu sərt intizamla idarə edilərkən, türkmən ordusu daxili çəkişmələrlə boğuşmaqda idi və intizamsız vəziyyətdə idi. Beləliklə, türkmənlər Əbivərdin bəzi cənub mənntəqələrini yağmaladıqdan sonra İlbars xan geri çəkilməyə məcbur oldu.[21] [25] Düşməni geri oturdan Rzaqulu və Əliqulu xanlar Məşhədə geri döndülər.[25]
Rzaqulu Məşhəddəki naibliyinin ilk üç ayını 12 min döyüşçüdən ibarət cəyayirçilərdən ibarət xüsusui korpus təşkil etməyə həsr etdi. O, bu əsgərləri qızıldan hazırlanmış zirehlərlə, qızıl və gümüşlə bəzədilmiş silahlarla təchiz etdi.[26] Bundan sonra o, aatsının ilkin əmrlərinə qarşı çıxmağa başladı. O, imperiya daxilindəki hakimlərin daxili işlərinə müdaxilə etməyə, ona məsləhətçi kimi təyin edilmiş insanları vəzifədən göndərməyə və onalrın yerinə özü adamlar seçməyə başladı.[2]
Bu zaman Nadirin ordusunu saxlamaq üçün çox yüksək vergilər toplanmaqda idi. Vergilər çox yüksək idi və şahın adamları insanlardan vergi toplamaq üçün bütün yollara əl atırdılar.[27] Rzaqulunun şəxsi ordusu bu problemin daha da böyüməsinə səbəb oldu. Əmisioğlu Əliqulu xan tərəfindən ona yazılmış məktubda bildirilirdi ki, bu ordu Məşhədin tamamilə iflas etməsinə səbəb olacaqdır.[28] Bu problemi həll etmək üçün Rzaqulu Moskva Şirkətinin nümayəndələri kapitan Con Eltona və Mungo Graemeyə ticarət haqları verdi.[29] Bundan başqa, o, imperiyanın fərqli yerlərinə öz adamlarını göndərərək vergi toplanmasını daha da yaxşılaşdırmağa çalışdı. İmperiyadakı ən yüksək rütbəli şəxslər belə Rzaqulunun nümayəndələrinin tələblərini rədd edə bilməzdilər, çünki onlar buna qəddarlıqla cavab verirdilər. Hollandiyalılar tərəfindən hazırlanmış hesabat görə, Rzaqulu çox qəddar idi və cüzu cinayətlərə görə insanları edam etdirə bilərdi.[30] O, həm də ədalətli hökmdar kimi təsvir olunur, məsələn, Şiraz valisi Məhəmməd Təqi xanın şəhər əhalisinə zülmünü davam etdirməsinin qarşısını almışdı.[31]
Rzaqulu, eyni zamanda ipək ticarəti üzərində də inhisara malik idi. O, ipəyi bazara daxil edir, alır və barter edirdi. Bütün bu əməliyatlar yalnız onun qurumu vasitəsiylə həyata keçirilə bilərdi.[32][a] Müvafiq olaraq, Rzaqulunun imperiyanın ən zəngin adamlarından birinə çevrildiyi də məlum olur. Atasına yazmış olduğu məktubda o, 150 milyon tümənə sahib olduğunu deyirdi. Cavabında Nadir ondan bu qədər pulu necə topladığını soruşduqda özünün "artıq tacirə çevrildiyini və indi ticarətlə məşğul olduğunu" bildirmişdi.[33]
1939-cu ildən etibarən Nadirin Hindistandakı fəaliyyəti barədə heç bir məlumat Rzaqulunun sarayına çatmadı və onun öldüyü barədə şayiələr dolaşmağa başladı.[2] Rza Qoli atasının yeri haqqında ümumi əhalidən daha yaxşı məlumatlı olsa da, 1739-cu ilin yazında ünsiyyətin kəsilməsi Nadirin mövqeyini qeyri-müəyyənlikdə qoydu.[34] Beləliklə, Rzaqulu özünü taxta çıxmış hökmdar kimi aparmağa başladı, yeni möhür, yeni sikkə zərbi və gerb hazırlatdı. Rzaqulunun tacqoyma mərasimi üçün səltənətin böyük adamları yenidən Muğan düzündə toplanmalı idi.[31]
Bu ərəfələrdə Rzaqulunu ziyarət Məhəmməd Həsən xan Qacar (o, 1726-1759-cu illərdə Qacar tayfasının başçısı olmuşdu[8]) Nadirin ölüm xəbərinin yayılmasına görə səfəvipərəst üsyanın meydana çıxa bilmə ehtimalının olduğunu bildirdi. Məhəmməd Hüseyn xan Səbzivardakı II Təhmasib ilə III Abbasın nəzarətçisi idi. Məhəmməd Hüseyn onları öldürməyi təklif etdi və bu təklif saray məmurları tərəfindən də təstiqləndi. Onlar bu Səfəvi sülaləsi mənsbları keçmiş şahların öldürülməsinin Nadirin vecinə olmayacağını bildirdilər. Beləliklə, Rzaqulu onları öldürmək əmrini verdi. Məhəmməd Hüseyn əmrləri yerinə yetirməyi öz üzərinə götürdü; əvvəlcə Təhmasibi boğdu, sonra isə doqquz yaşlı Abbası qılınc zərbəsi ilə öldürdü.[34] II Təhmasib ilə III Abbasın ölümü xəbərini alan Səbzivar əhalisi Məhəmməd Hüseyn və Rzaquluya qarşı üsyana başladı. Onlar baş verənlərdə ata-oğulu Kərbəla şəhidlərinə, Məhəmməd Hüseyn ilə Rzaqulunu isə Şimr ilə I Yezidə bənzərdirdilər.[35] Bu ərəfələrdə Nadir şah Karnal döyüşündə moğol ordusunu darmadağın etmişdi. Bu qələbənin xəbərləri bir neçə müddətdən sonra Rzaqulunun sarayına gəlib çatdı. Həmçinin Rzaquluya bildirildi ki, Nadir II Təhmasib ilə III Abbasın öldürülməsinə görə qəzəblənmişdi.[34][36]
Rzaqulu atasının qələbəsi münasibətilə ziyafət verdi. Ziyafət zamanı Rzaqulunun arvadı Fatimə bəyim qardaşı II Təhmasibin və oğlu III Abbasın öldürülməsini yaşlı bir tibb bacısından öyrəndi.[34] Xəbəri eşidən Fatimə Bəyim huşunu itirdi və ayıldıqdan sonra da uzun müddət ağladı. Fatimə Bəyim Rzaqulunun yanında varlığını istəmirdi və israrla getməsini tələb edirdi.[36] O, həmin gecə özünü ipək iplə asaraq intihar etdi. Onun ölüm xəbəri Fatimə Bəyimə güclü sevgi hissi olan Rzaquluya güclü təsir etdi.[36]
Vəzifədən alınması və kor edilməsi
redaktəRzaqulu atası və ordusunun Hindistandan geri dönməyə başladığı xəbərini aldıqdan sonra xüsusi ordu korpusu ilə onları yolun ortasında qarşılamağa başladı.[38] 25 iyun 1740-cı ildə o, Heratın şimalında düşərgə salmış atasının ordusuna çatdı. O, Nadirin yanına getdiyi zaman atası filin üzərində idi. Ata-bala görüşdükdən sonra Nadir onu salamladı və düşərgəsinə dəvət etdi. Qaynaqlar bildirir ki, oğlunun ordusunu fil üzərindən izləyən Nadir onu belə bir ordu düzəltməyə övsə də, əslində oğlunun ordusunun görünüşünün dəbdəbəli görünməsindən narahat olmuşdu, çünki o, dəbdəbəni sevmirdi.[2][39] Beləliklə, o, oğlunun ordusunu dağıtdı, döyüşçüləri isə özünün komandanları arasında paylaşdırdı.[40] Bundan sonra o, Rzaqulunu onun yoxluğundakı davranışlarına görə tənqid etdi, III Abbasın və II Təhmasibin ölümlərinə görə ittiham etdi. Bütün bunlara görə, o, Rzaqulu Mirzəni imperiya naibliyindən endirib yerinə daha kiçik oğlu Murtəza Mirzəni naib elan etdi. Bu o demək idi ki, artıq atasının varisi Murtəza Mirzə oldu. O, Məşhədə yerləşərək adını Nəsrullah Mirzəyə[b] dəyişdirdi.[40]
Nadir şahın Orta Asiyaya həyata keçirdiyi yürüşü zamanı Rzaqulu Mirzə orduda təminat zabiti kimi xidmət edirdi.[2] Bu qısa yürüş zamanı, Nadir nəhayətki tam olaraq Buxarı xanı Əbülfeyz xanı tabe edə bildi. Bu vassallığı əsaslandırmaq üçün Əbülfeyz xan öz qızlarından ikisini Nadirin ailəsindən olanlarla evləndirməyi təklif etdi. Böyük bacı olan Manicə Rzaqulu ilə, onun kiçik bacısı isə Nadirin qardaşının oğlu Əliqulu ilə evləndirilməli idi.[42][39] Qaynaqlarda bunun əsl səbəbi dəqiq göstərilməməkdədir. Bəziləri onun kiçik qızına çox bağlı olduğu, Əliqulu xana həsəd apardığı və ya arvadı Fatimə Bəyimin ölümündən sonra yeni evliliyə hazır olmadığı ilə əlaqələndirirlər.[42][39] Sonda Rzaqulu qızların heç biri ilə evlənmədi, Manicə ilə Nadirin özü evləndi. Əliqulu da əvvəlcədən planlaşdırıldığı kimi kiçik bacı ilə ailə həyatı qurdu.[43]
1741-ci ilin martında Nadir Şimali Qafqaza yürüş təşkil etdi. Yürüşün məqsədi yerlilərin üsyanı zamanı öldürülən qardaşının intiqamını almaq idi. Rzaqulu da bu yürüşdə iştirak edirdi və ordu komandanlarından biri təyin edilmişdi.[8][2] Bu yürüş zamanı atası tərəfindən dəfələrlə alçaldılan Rzaqulu açıq bir şəkildə onu müharibə və fəth həvəsinə görə tənqid etdi. Onun bu sözləri Nadir şaha çatdırıldı.[44] 15 mayda Nadir Mazandaran meşələrində olarkən sui-qəsdə məruz qaldı və yaralandı. O, düşərgəsindəki insanları kütləvi şəkildə dindirməyə başladı, lakin bu sui-qəsddə Rzaqulunun əli olduğunu əvvəlcədən düşünürdü.[45] 1742-ci ilin yayında Nadirə sui-qəsdçi olaraq təqdim edilən Nik Qadam adlı şəxs günahını etiraf etdi və ona bu işi etməyin Rzaqulu tərəfindən tapşırıldığını bildirdi.[46] Nadir oğluna bu barədə məlumat verdiyi zaman Rzaqulu qəzəblənərək qılınc çəkdi və atası tərəfindən həbs edildi. Bir çox yüksək vəzifəli şəxslər Rzaquludan günahını etiraf etməyi və atasından bağışlanmasını istəməsini xahiş etsələr də, o, bunu rədd etdi.[47] Nəhayət, Nadir oğlunun kor olmasını əmr etdi, lakin oyulmuş gözləri ona təqdim edildikdən sonra çox keçmədən peşman oldu.[8][c] Mərvi, Nadirin oğlunu kor etdirdikdən sonra fiziki pisləşmə və əqli qeyri-sabitlik əlamətlərini göstərməyə başladığını bildirmişdir. Nəhayət, kifayət qədər vəsait olmadığından şah vergiləri bərpa etmək məcburiyyətində qaldı və ağır yığımlar çoxsaylı üsyanlara səbəb oldu.[8] Bildirilir ki, üç gün sonra oğlunu ziyarət etməyə gələn Nadirə Rzaqulu Mirzə bu sözləri demişdir:[49]
Sən bilməlisən ki, mənim gözləri çıxartdırmaqla sən özünü kor etdin və bütün həyatını məhv etdin.
Sonrakı həyatı və ölümü
redaktəRzaqulunun gözlərinin yarası sağaldıqdan sonra atası onu Kelat qalasına göndərdi.[50] O, həyatının geridə qalan hissəsini burada izolyasiyada və tənhalıqda yaşadı. Onunla burada bəzi xidmətçiləri və bir neçə gənc qardaşı oğlanları qalmaqda idi.[51] 1747-ci ildə Nadir şah ölən zaman onun qardaşının oğlu Əliqulu Mirzə taxta iddia irəli sürdü və özünü Adil adı ilə şah elan etdi. O, öz taxta iddiasını təhlükəsiz vəziyyətə almaq üçün Nadirin oğlanlarının və nəvələrinin qətl edilməsinə başladı.[52] Bu siyahıya Rzaqulu, onun qardaşları və övladları da daxil idi.[2] Adil şahın əmri ilə Söhrab xan Qulam Kelat qalasını mühasirəyə aldı. 1747-ci ildə, mühasirənin başlamasından 16 gündən sonra qala ələ keçirildi və kor edilmiş, zamanla əldən düşmüş Rzaqulu edam edildi.[51] Öldürüldükdən sonra onnu cəsədi Məşhədə gətirildi və atasının yanında dəfn edildi.[53]
Şah olan Adil şah da hakimiyyətdə çox qala bilmədi. Öz qohumları ilə mübarizədə məğlub edilib gözləri çıxarıldı. Daha sonra isə Rzaqulu Mirzənin oğlu Şahruxun və qardaşı Murtəza Mirzənin anasının istəyi əsasında Xorasana aparılıb edam edildi.[54][55][56]
Mirası
redaktəRzaqulunun ən böyük oğlu Şahrux xan Əfşar sağ qurtulmağı bacarmışdı. O, i1748-ci ildə Adil və İbrahim şahların yerinə şah elan edilib Xorasan hakimi oldu. Rzaqulu Fatimə Bəyimdən sonra heç bir zaman evlənməmişdi. Onların Şahruxdan başqa daha 3 övladının olması barədə məlumatlar olsa da, bu dəqiq bilinməyir.[57]
Həm o dövrün, həm də müsir dövrün tarixçiləri razılaşırlar ki, Rzaqulunun kor edilməsi həm Nadirin hakimiyyəti, həm də xarakteri üçün fəlakət rolunu oynamışdır. Bu, onu acı, nihilizm və qəzəbə aparan, nəticədə onu bir dəliyə bənzətən fəlakətli psixi pozğunluq verdi.[58][48] İnsanlar artıq Nadir şaha dəli kimi yanaşırdılar.[58] Həmçinin bu bütün imperiya boyunca ona və onun tiranlığına qarşı üsyanların başlamasına yol açdı.[59] Müasir tarixçilər Rzaqulunun xarakterini və qabiliyyətlərini müsbət qiymətləndirirlər, buna görə də fərziyyələrə görə, o, daha konstruktiv bir idarə qurmaq üçün atasının ordusunu ticarət və maliyyə bilikləri ilə birləşdirərək xalqı üçün layiqli hökmdar ola bilərdi.[60]
Ailəsi
redaktə19 yanvar 1731-ci ildə Məşhəd şəhərində Rzaqulu Mirzə Əfşar Səfəvi sülaləsindən Fatimə Sultan Bəyim (? - 5 fevral 1740) ilə evlənmişdir. Fatimə Sultan Səfəvi şahı Şah Sultan Hüseynin (1688—1726) qızı idi. Onun bu evlilikdən 6 övladı olmuşdur:[61]
- Şahzadə Şahrux Mirzə (21 марта 1734—1796)
- Şahzadə Fətəli Mirzə (1735 — 21 sentyabr 1748)
- Şahzadə Əhmədqulu Mirzə (1736 — 21 sentyabr 1748)
- Şahzadə Hümayun Mirzə (1741 — 21 sentyabr 1748)
- Şahzadə Bisütun Mirzə (1744 — 21 sentyabr 1748)
- Şahzadə Mahmud Mirzə (1744 — 21 sentyabr 1748)
Şahrux Mirzə istisna olmaqla, bütün övladları 21 sentyabr 1748-ci ildə yeni şah Adilin əmri ilə öldürülmüşdürlər.[61] Şahrux Mirzə Əfşar 1 oktyabr 1748-ci ildə şah elan edilmiş və ilk hakimiyyət dövrü 1750-ci ilin yanvarına qədər davam etmişdir. İkinci dövr şahlığı isə 20 mart 1750-ci ildə başlamış və 1796-cı ilə qədər davam etmişdir.[62]
Qeydlər
redaktə- ↑ Baxmayaraq ki, Michael Axworthynin qeyd etdiyi kimi, bu, ənənəvi kral imtiyazı olsa da, Rzaqulunun rütbəsində ola biri üçün bunu etmək o qədər də çətin deyildi.[31]
- ↑ Murtəzaqulu adını Nəsrullah Mirzəyə dəyişdirmişdir.(fars. نصرالله میرزا افشار), çünki Hindistana yürüş zamanı o, bacarıq göstərərək orduya komandanlıq edərək Qəndəharı ələ keçirmişdi.[41]
- ↑ Müasir bir salnamədə deyilir ki, kədərdən boğulan Nadir, oğlunun gözləri üzərində fəryad edib ağlayır.[48]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 (unspecified title). ISBN 978-0813029641
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Zamani, 2017
- ↑ Axworthy, 2006. səh. 21, 34
- ↑ Axworthy, 2006. səh. 34
- ↑ 1 2 Axworthy, 2006. səh. 167
- ↑ Roemer, 2008. səh. 324
- ↑ Axworthy, 2006. səh. 61
- ↑ 1 2 3 4 5 6 7 8 9 Tucker, 2006
- ↑ Axworthy, 2006. səh. 101
- ↑ Boroumand, 2009
- ↑ 1 2 Avery, 2008. səh. 29
- ↑ Axworthy, 2006. səh. 111
- ↑ 1 2 Axworthy, 2006. səh. 113
- ↑ Avery, 2008. səh. 30
- ↑ Axworthy, 2006. səh. 123
- ↑ Avery, 2008. səh. 34
- ↑ Axworthy, 2006. səh. 165, 167
- ↑ 1 2 3 Axworthy, 2006. səh. 191
- ↑ 1 2 3 Lee, 1996. səh. 64
- ↑ Lee, 1996. səh. 68
- ↑ 1 2 Bregel, 2004
- ↑ 1 2 3 4 Axworthy, 2006. səh. 192
- ↑ Nurulla, 1383. səh. 11
- ↑ Astrabadi, 1368. səh. 264-265
- ↑ 1 2 3 4 Axworthy, 2006. səh. 193
- ↑ Lockhart, 1938. səh. 174
- ↑ Axworthy, 2007. səh. 645
- ↑ Arunova və Ashrafian, 1958. səh. 87
- ↑ Floor, 2023. səh. 5
- ↑ Floor, 2009. səh. 87
- ↑ 1 2 3 Axworthy, 2006. səh. 219
- ↑ Arunova və Ashrafian, 1958. səh. 281
- ↑ Arunova, Ashrafian, 1958. səh. 282
- ↑ 1 2 3 4 Axworthy, 2006. səh. 220
- ↑ Inqiṭāʻ, 2005. səh. 282
- ↑ 1 2 3 Inqiṭāʻ, 2005. səh. 284
- ↑ Axworthy, 2018. səh. 225
- ↑ Axworthy, 2006. səh. 221
- ↑ 1 2 3 Inqiṭāʻ, 2005. səh. 287
- ↑ 1 2 Axworthy, 2006. səh. 222
- ↑ Avery, 2008. səh. 9
- ↑ 1 2 Axworthy, 2006. səh. 223
- ↑ Axworthy, 2006. səh. 224
- ↑ Axworthy, 2006. səh. 230
- ↑ Avery, 2008. səh. 43
- ↑ Avery, 2008. səh. 45
- ↑ Axworthy, 2006. səh. 239
- ↑ 1 2 Shabani, 1977. səh. 41
- ↑ Axworthy, 2006. səh. 243
- ↑ Axworthy, 2006. səh. 247
- ↑ 1 2 Shabani, 1977. səh. 43
- ↑ Perry, 1983
- ↑ Ədibüşşüara, 1346. səh. 111
- ↑ Nejatie, 2017. səh. 496
- ↑ Perry, 1984. səh. 587–589
- ↑ Barati, 2019. səh. 49–50
- ↑ Axworthy, 2006. səh. 321
- ↑ 1 2 Axworthy, 2006. səh. 246
- ↑ Avery, 2008. səh. 50
- ↑ Axworthy, 2006. səh. 246, 286
- ↑ 1 2 {{cite web |url = https://www.royalark.net/Persia/afshar3.htm Arxivləşdirilib 2023-08-26 at the Wayback Machine |archiveurl = |archivedate = |title = The Afshar Dynasty |author = |date = 2011 |work = |publisher = www.royalark.net |accessdate = 13 yanvar 2024 |language = }The Afshar Dynasty
- ↑ Barati, 2019. səh. 44–58
Ədəbiyyat
redaktə- Mirzə Mehdi xan Astrabadi. Tarix-e Cahanqoşa-ye Nadiri. Tehran: 1368.
- Mirzə Rəşid Ədibüşşüara. Tarixi Əfşar. Təbriz: Şəfəq. 1346.
- Larudi Nurulla. Nader şah pesər-e şəmşir. Tehran. 1383.
- András Barati. The Succession Struggle Following the Death of Nādir Shāh (1747–1750). Orpheus Noster 11/4. 2019. 44–58.
- Arunova, Marianna Rubenovna; Ashrafian, K.Z. Государство Надир-Шаха Афшара; очерки общественных отношений в Иране 30-40-х годов XVIII века [State of Nadir Shah Afshar; essays on social relations in Iran in the 30s and 40s of the 18th century]. Moscow: Publishing House of Oriental Literature. 1958.
- Avery, Peter. Nadir Shah And The Afsharid Legacy in The Cambridge History of Iran. Cambridge: Cambridge University Press. In Avery, P.; Hambly, G. R. G; Melville, C. (eds.). 2008. ISBN 978-052120095-0.
- Axworthy, Michael. The Sword of Persia: Nader Shah, from Tribal Warrior to Conquering Tyrant. I.B.Tauris. 2006. ISBN 978-1850437062.
- Axworthy, Michael. Crisis, Collapse, Militarism and Civil War: The History and Historiography of 18th Century Iran. Oxford University Press. 2018. ISBN 9780190250324.
- Axworthy, Michael. The Army of Nader Shah. Cambridge: Iranian Studies. Cambridge University Press. 40 (5). 2007. 635–646.
- Bregel, Yuri (2004). "Ilbārs Khan". Ilbārs Khan. Encyclopædia Iranica, Online Edition. Encyclopædia Iranica Foundation. In Yarshater, Ehsan (ed.). 2004.
- Boroumand, Adib. On the folios from Jahangush-ye Naderi by Mehdi Astarabadi. Ettela'at. 2009.
- Floor, Willem. The Postal System in Safavid, Afsharid, and Zand Iran. Cambridge: Iranian Studies. Cambridge University Press 56 (4). 2023. 721–747.
- Floor, Willem. The Rise and Fall of Nader Shah: Dutch East India Company Reports, 1730-1747. Mage Publishers. 2009. ISBN 9781933823324.
- Inqiṭāʻ, Nāṣir. نادر، قهرمان بى آرام، پادشاه ناکام [Nadir - Amansız Qəhrəman, Nakam Padişah]. Los Angeles: Shirkat-i Kitāb. 2005. ISBN 9781883819033.
- Perry, John. R. ʿĀdel Shah Afšār. London and New York: Routledge & Kegan Paul: Encyclopædia Iranica, Volume I/5:. In Yarshater, Ehsan (ed.). 1983. ISBN 978-0-71009-094-.
- Roemer, H. R. The Safavid Period in The Cambridge History of Iran, Volume 6: The Timurid and Safavid Periods. 2008. 189–350. ISBN 9781139054980.
- Shabani, Reza. "فاجعه کور کردن رضاقلی میرزا بدست نادرشاه" [Rzaqulu Mirzənin Nadir Şah tərəfindən kor edilməsi - faciə]. Vahid. 175 (217). 1977. 34–43.
- Savory, R.M. ʿAbbās III. Encyclopædia Iranica, Online Edition. Encyclopædia Iranica Foundation. In Yarshater, Ehsan (ed.). 1982.
- Lee, Jonathan. The "ancient Supremacy": Bukhara, Afghanistan, and the Battle for Balkh, 1731-1901. Islamic History and Civilization. Brill Publishers. 1996. ISBN 9789004103993.
- Lockhart, Laurence. Nadir Shah, A Critical Study Based Mainly Upon Contemporary Sources. London: Luzac. 1938.
- Tucker, Ernest. "Nāder Shah. Encyclopædia Iranica, Online Edition. Encyclopædia Iranica Foundation. In Yarshater, Ehsan (ed.). 2006.
- Zamani, Mohammad. Reza Qoli Mirza. Tehran: Encyclopaedia of the World of Islam (in Persian). 2017.
- Ənvər Çingizoğlu, Aydın Avşar. Məşhur avşarlar. Bakı: Mütərcim.
- Perry, John. R. Afsharids. New York: Encyclopædia Iranica, Vol. I, online edition, Fasc. 6. 1984.
- Nejatie, Sajjad. Iranian Migrations in the Durrani Empire. Comparative Studies of South Asia, Africa and the Middle East. Project Muse. 2017. 494–509.