Rza Mahmudov - Wikipedia
Rza Mahmudov Nadir oğlu-( d.1952-ci il yanvarın 23-də Gürcüstanın Qardabani rayonunun Kosalı kəndi) coğrafiya elmlər doktoru, professor.
Rza Mahmudov | |
---|---|
Rza Mahmudov Nadir oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Gürcüstanın Qardabani rayonunun Kosalı kəndi |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Nadir Mahmudov |
Elmi dərəcəsi | professor |
Elmi adları | coğrafiya elmlər doktoru, |
İş yeri | Bakı Dövlət Universiteti |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Tanınmış yetirməsi | Mətanət Musayeva |
Həyatı
redaktə1952-ci il yanvarın 23 –də Gürcüstanın Qardabani rayonunun Kosalı kəndində anadan olmuşdur. 1956 –cı ildə Kosalı kənd orta məktəbinin birinci sinifinə getmiş və 1968 –ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 1970 –ci ildə Azərbaycan Dövlət Universitetinin Geoloji-Coğrafiya fakultəsinə daxil olmuş, 1975 –ci ildə həmin fakultəni coğraf-hidroloq ixtisası üzrə ilk məzun kimi fərqlənmə diplomu ilə bitirmişdir. Tələbə dövründə elmə marağı böyük olmuş ictimai işlərdə xüsusi fəallıq göstərmişdir. Ilk elmi məqaləsi tələbə dövründə çıxmışdır. Moskva, Sank –Peterburq, Kiyev, Tbilisi, Düşənbə, Helsinki, Cenevrə, Paris, Varna Tehran, İstanbul, Bakı və s. şəhərlərdə hidrometeorologiyanın müxtəlif sahələri üzrə keçirilən Beynəlxalq konfrans, qurultay və konqreslərdə iştirak etmişdir.[1]
Elmi fəaliyyəti
redaktə1983 –cü ildə «Lənkəran ərazi çaylarının yağış –daşqın axım itkilərinin tədqiqi» mövzusunda namizədlik, 1997-ci ildə «Azərbaycanın dağ çaylarında axımın formalaşmasının təhlili və proqnozu» mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1991-ci ildə dosent, 2004-cü il yanvarın 23 –də professor elmi adlarını almışdır.Hidrometeorologiyanın müxtəlif sahələrinə dair 154 elmi məqalənin (bunlardan 34–ü beynəlxalq elmi jurnallarda, konfrans materiallarında, 3 məqalə isə Springer nəşriyyatı tərəfindən nəşri qəbul olunan jurnalda dərc edilmişdir) 6 monoqrafiyanın, 2 dərsliyin, 5 metodik vəsaitin, 6 elmi bukletin, 1 patentin (Neftlə çirklənmiş torpaqların təmizlənmə üsulu), 1 xəritənin, 4 publisistik elmi əsərin müəllifidir.
Elmi əsərləri
redaktə- 2006, Azərbaycanda hidrometeoroloji xidmət və onun inkişaf perspektivləri
- 2006, Qlobal iqlim dəyişmələri-səbəblər və təbii fəlakətlər
- 2006, Радиолокационный прогноз селевых явлений на Южном склоне Большого Кавказа
- 2008, Климатические изменение и их влияние на водные ресурсы Азербайджана[2]
Kitabları
redaktə- 2006, Hidrometeorologiya,iqlim dəyişmələri, təbii fəlakətlər və həyat
- 2007, Azərbaycanda hidrometeoroloji xidmət son üç əsrdə
- 2008, Azərbaycanda hidrometeoroloji şərait və təhlükəli hidrometeoroloji hadisələr
- 2008, Azərbaycanın sel təhlükəli çaylarının kataloqu[3]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ B.Budaqov. Azərbaycan coğrafiyaçı alimləri
- ↑ "Rza Mahmudov". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-17.
- ↑ "Rza Mahmudov". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-17.