Ruslan Ve Lyudmila Film 1972 - Wikipedia
Ruslan_və_Lyudmila_(film,_1972) - Haqqında Məlumat
Ruslan və Lyudmila (rus. Руслан и Людмила) — rejissor Aleksandr Ptuşkonun 1972-ci ildə çəkdiyi sovet bədii filmi.
Ruslan və Lyudmila | |
---|---|
rus. Руслан и Людмила | |
Janr | Nağıl |
Rejissor | Aleksandr Ptuşko |
Ssenari müəllifləri |
Aleksandr Ptuşko Samuil Bolotin |
Baş rollarda |
Valeri Kozinets Natalya Petrova Andrey Abrikosov |
Operator | İqor Qeleyn |
Bəstəkar | Tixon Xrennikov |
İstehsalçı | Mosfilm kinostudiyası |
Distribütor | Mosfilm |
İlk baxış tarixi | 1972 |
Müddət | 149 dəqiqə |
Ölkə | SSRİ |
Dil | rus dili |
İl | 1972 |
Rəng | rəngli |
IMDb | ID0174174 |
Məzmunu
redaktəFilmin baş qəhrəmanı uzun saqqallı sehrbaz Çernomor tərəfindən qaçırılmış nişanlısı Lyudmilanı tapmaq üçün yola çıxan pəhləvan Ruslandır. Bu yolda onu təhlükəli macəralar gözləyir...
Film haqqında
redaktə- Film böyük rus yazıçısı Aleksandr Puşkinin 1820-ci ildə yazdığı eyniadlı poemasının motivləri əsasında çəkilmişdir.
- Kinokritiklərin fikrincə, film rejissorun yaradıcılığının zirvəsini təşkil edir.
- Film SSRİ xalq artisti rejissor Aleksandr Ptuşkonun kinoda son işidir.
- Filmdə Lyudmilanın sehrbaz Çernomorun sarayında olarkən səslənən musiqilərin bir hissəsi görkəmli Azərbaycan müğənnisi Müslüm Maqomayev tərəfindən ifa olunmuşdur.[1]
Xarici keçidlər
redaktə- «Руслан и Людмила» — Internet Movie Database saytında
- Сказка родом из Александрова
- Ruslan və Lyudmila — 1-ci hissə YouTube saytında (rus.)
- Ruslan və Lyudmila — 2-ci hissəYouTube saytında (rus.)
İstinadlar
redaktə- ↑ "Муслим Магомаев — вокализ к фильму «Руслан и Людмила»". 2023-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-17.