Rusiya Cografiya Cemiyyeti - Wikipedia
Rusiya Coğrafiya Cəmiyyəti (rus. Всеросси́йская обще́ственная организа́ция «Ру́сское географи́ческое о́бщество» və ya qısaca ВОО «РГО») — Rusiya Federasiyasının coğrafi sahədə fəaliyyət göstərən ən böyük ictimai təşkilatı. Paris (1821), Berlin (1828) və Londonda (1830) yaradılmış təşkilatlardan sonra dünyanın ən qədim coğrafiya cəmiyyətidir[1]. Mərkəzi qərargahı Sankt-Peterburq şəhərində yerləşir. Rəhbəri Sergey Şoyqudur.
Rusiya Coğrafiya Cəmiyyəti ВОО «РГО» | |
---|---|
rus. Всеросси́йская обще́ственная организа́ция «Ру́сское географи́ческое о́бщество» | |
Növü | İctimai Təşkilat |
Yaranma tarixi | 18 avqust 1845 |
Rəsmi dili | Rus |
Mərkəzi | Rusiya, Sankt-Peterburq |
Sədr | Sergey Şoyqu |
Üzvləri | 19.000 |
rgo.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəCəmiyyət Rusiya imperatoru I Nikolayın[3] qərarı ilə 18 avqust 1845-ci ildə yaradılmışdır.
Rəsmi adları
redaktəCəmiyyət mövcudluğu dövründə dəfələrlə öz adını dəyişdirmişdir[4]:
- 1845—1850 Rusiya Coğrafiya Cəmiyyəti (rus. Русское Географическое Общество (РГО))
- 1850—1917 İmperator Rusiya Coğrafiya Cəmiyyəti (rus. Императорское Русское Географическое Общество (ИРГО))
- 1917—1925 Rusiya Coğrafiya Cəmiyyəti (rus. Русское Географическое Общество (РГО))
- 1925—1939 Dövlət Coğrafiya Cəmiyyəti (rus. Государственное географическое общество (ГГО))
- 1940—1992 SSRİ Coğrafiya Cəmiyyəti və ya Ümumittifaq Coğrafiya Cəmiyyəti (rus. Географическое общество СССР или Всесоюзное географическое общество (ВГО))[5])
- 1992—1995 Rusiya Coğrafiya Cəmiyyəti (rus. Русское географическое общество (РГО))
- 1995-ci ildən "Rusiya Coğrafiya Cəmiyyəti" Ümumrusiya İctimai Təşkilatı (rus. Всероссийская общественная организация «Русское географическое общество» (ВОО «РГО»))
Cəmiyyətin qəyyumları və himayəçiləri
redaktəCəmiyyətə müxtəlif vaxtlarda bir sıra dövlət başçıları qəyyumluq və himayəçilik etmişlər:
- I Nikolay
- II Aleksandr
- III Aleksandr
- II Nikolay
- 2009-cu ilin noyabr ayından Vladimir Putin[6]
Rəhbərlik
redaktəMüxtəlif illərdə Rusiya Coğrafiya Cəmiyyətinə Rusiya İmperator Evinin nümayəndələri, tanınmış səyahətçilər, tədqiqatçılar və dövlət adamları rəhbərlik etmişdir.
1845-ci ildən indiyədək, cəmiyyətin cəmi 12 rəhbəri olub. Hazırda cəmiyyətə rəhbərliyi prezident edir. 2009-cu ilin noyabr ayından rəhbəri ordu generalı Sergey Şoyqudur[3]. O, həm də Rusiya Federasiyasının müdafiə naziridir.
№ | Rəhbərlik illəri | Rəhbər | Vəzifə |
---|---|---|---|
1. | 1845—1892 | Böyük knyaz Konstantin Nikolayeviç | Sədr |
2. | 1892—1917 | Böyük knyaz Nikolay Mixayloviç | Sədr |
3. | 1917—1931 | Yuli Şokalski | Sədr |
4. | 1931—1940 | Nikolay Vavilov | Prezident |
5. | 1940—1950 | Lev Berq | Prezident |
6. | 1952—1964 | Yevgeni Poplovski | Prezident |
7. | 1964—1977 | Stanislav Kalesnik | Prezident |
8. | 1977—1991 | Aleksey Tryoşnikov | Prezident |
9. | 1991—2000 | Sergey Lavrov | Prezident |
10. | 2000—2002 | Yuri Seliverstov | Prezident |
11. | 2002—2009 | Anatoli Komaritsın | Prezident |
12. | 2009—hal-hazırda | Sergey Şoyqu | Prezident |
Fəxri prezidentləri
redaktə- 1931—1940 — Yuli Şokalski
- 1940—1945 — Vladimir Komarov
- 2000—hal-hazırda — Vladimir Kotlyakov
İdarəetmə orqanları
redaktəMövcud Nizamnamənin 5-ci hissəsinə görə cəmiyyətin idarəetmə orqanlarının strukturuna aşağıdakılar daxildir:
- Konqres;
- Himayəçilər Şurası;
- Media Şurası;
- İdarə Şurası;
- Elmi Şura;
- Ağsaqqallar Şurası;
- Regionlar Şurası;
- Cəmiyyətin prezidenti;
- İdarə Heyəti;
- Təftiş Komissiyası.
Cəmiyyətin Moskva və Sankt-Peterburq şəhərlərində qərargahları var[7][8].
Üzvləri
redaktə1917-ci ilə qədər cəmiyyətin təxminən min üzvü var idi.
2016-cı ilin avqust ayına olan məlumata görə 19 min üzvü olmuşdur[3]. Hazırda onun nümayəndələri Ural, sibir, Uzaq şərq, Hindistan, İran və digər ərazilərin araşdırması və təhlilində müstasna rola malikdirlər[3].
Rusiya Federasiyasının bütün 85 regionunda şöbələri fəaliyyət göstərir[3].
Strukturu
redaktə- Fiziki coğrafiya bölməsi
- Riyazi coğrafiya bölməsi
- Statistika bölməsi
- Etnoqrafiya bölməsi
- Siyasi-iqtisadi komitə
- Arktikanın araşdırılması üçün komissiya
- Seysmik komissiya
Qurultayları
redaktə- 1933 — Ümumittifaq coğrafiyaçılarının qurultayı (Leninqrad)
- 1947 — I (Leninqrad)
- 1955 — II (Moskva)
- 1960 — III (Kiyev)
- 1964 — IV (Moskva)
- 1970 — V (Leninqrad)
- 1975 — VI (Tbilisi)
- 1980 — VII (Frunze)
- 1985 — VIII (Kiyev)
- 1990 — IX (Kazan)
- 1995 — X, yubiley (Sankt-Peterburq)
- 2000 — XI (Arxangelsk)
- 2005 — XII (Kronştadt)
- 2009 — XIII, növbədənkənar (Moskva)
- 2010 — XIV (Sankt-Peterburq)
- 2014 — XV (Moskva)
Regional ofisləri
redaktəCəmiyyətin ilk "periferik şöbələri" Qafqaz üzrə 1850-ci ildə Tiflisdə, Sibir üzrə isə 1951-ci ildə İrkutskda yaradılmışdır[9].
Cəmiyyətin digər filialları Vilnüs (1867), Orenburq (1867), Kiyev (1873), Omsk (1877), Xabarovsk (1894), Daşkənd (1897) və digər şəhərlərdə yaradılmışdır. Vilnüs və Kiyevdəki şöbələr 1876-cı ildə fəaliyyətlərini dayandırmışlar.
Bəzi təşkilatlar tamamilə müstəqil idi - məsələn, Amud rayonunun öyrənilməsi üzrə Cəmiyyət 1884-cü ildə Vladivostokda yaradılmış və yalnız 1894-cü ildə rəsmi olaraq Rusiya Coğrafiya Cəmiyyətinə daxil edilmişdir.
1917-ci ilə qədər cəmiyyətin on bir bölməsi var idi.
Hazırda Rusiya Federasiyasının bütün subyektlərində Rusiya Coğrafiya Cəmiyyətinin filialları var.
Xarici əlaqələri
redaktə1956-cı ildən Beynəlxalq Coğrafiya İttifaqının üzvüdür.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Берг Л. С. Географическое общество за 95 лет Arxivləşdirilib 2018-05-14 at the Wayback Machine // Известия Всесоюзного географического общества. 1941. Т. 73. Вып. 3. С. 335—352.
- ↑ Марка СССР: Эмблема Общества на фоне условного изображения земных полушарий. Серия: 125-летие Географического общества СССР (учреждено 18/Viii 1845)
- ↑ 1 2 3 4 5 Rusiya coğrafiya cəmiyyəti tədbir keçirdi - Muğam mərkəzində - FOTOLAR Arxivləşdirilib 2017-09-26 at the Wayback Machine. news.atv.az, 18.08.2016 (az.)
- ↑ "Русское географическое общество. Досье". 2014-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-07.
- ↑ c 1940 — Известия Всесоюзного географического общества Arxivləşdirilib 2016-04-17 at the Wayback Machine
- ↑ Попечительский совет РГО в марте 2011 года предоставит гранты на новые проекты – Путин. rgo.ru (rus.)
- ↑ "Открытие штаб-квартиры Русского географического общества в Москве". Kremlin.ru. 15 января 2013. 2013-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-12.
- ↑ "Санкт-Петербургское городское отделение РГО". 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-08.
- ↑ Клеопов И. Л. Геологический комитет. Москва: Наука, 1964. С. 15. (rus.)
Ədəbiyyat
redaktə- Берг Л. С. Всесоюзное Географическое общество за сто лет. — М.-Л.: Изд-во АН СССР, 1946. — 264 с. — 5000 экз.
- Географическое общество Союза ССР. 1917—1967 / Авт.-сост.: И. Б. Костриц, Д. М. Пинхенсон; Под ред. чл.-корр. АН СССР С. В. Калесника; Оформление худож. В. И. Примакова. — М.: Мысль, 1968. — 272 с. — 5500 экз.
- Географическое общество за 125 лет / Ред. С. В. Калесник, Л., 1970.
- Двадцатипятилетие Императорского Русского Географического общества 13 января 1871 г. СПб., 1872.
- Константинов О. А. Сто двадцать пять лет Географическому обществу СССР. Л., 1970.
- Русское географическое общество. 150 лет — М.: АО «Прогресс», 1995.
- Семёнов-Тян-Шанский П.П. История полувековой деятельности Императорского Русского Географического общества 1845—1895: В 3 частях. — СПб.: В тип. В. Безобразова и Комп., 1896.
- Часть I-я. — XXX, 468 с.
- Часть II-я. Отдел IV. — XI, 471—979 с.
- Часть III-я. Отдел V, Приложения, Указатель и состав Общества. — VIII, 983—1377, 66 с.
- Состав Императорского Русского географического общества по 1 января 1913 года с дополнениями по 1 октября 1913 года. Типография «Строитель». Санкт-Петербург. 1913.
Xarici keçidlər
redaktə- rgo.ru — Rəsmi saytı
- Русское географическое общество, Московский центр (официальный сайт с 1999 по 2010 год)
- История РГО
- Издания РГО — Электронная библиотека
- Русское географическое общество, Историко-культурный интернет-портал «Энциклопедия Санкт-Петербурга»
- Семёнов-Тян-Шанский, Географическо-статистический словарь Российской Империи (в 5 томах) на сайте «Руниверс»
- Журнал «Земля и люди» о наградах Географического общества АН СССР. Июль 1967.