Rotterdam Erasmus Universiteti - Wikipedia
Rotterdam Erasmus Universiteti — Niderlandın Rotterdam şəhərində ictimai tədqiqat universiteti. Universitet Niderlandın ən böyük və aparıcı akademik tibb mərkəzlərindən biridir. Erasmus İqtisadiyyat məktəbi və Rotterdam İdarəetmə məktəbi Avropada yaxşı tanınır.
Rotterdam Erasmus Universiteti | |
---|---|
51°55′05″ şm. e. 4°31′32″ ş. u.HGYO | |
Əsası qoyulub | 8 noyabr 1913 |
Ölkə | |
Sayt | eur.nl |
Vikianbarda əlaqəli mediafayllar |
Universitet Hollandiya ilahiyyatçısı və alimi Rotterdamlı Erazmın adını daşıyır.
Tarixi
redaktəRotterdam Erasmus Universiteti 8 Noyabr 1913-cü ildə Rotterdam biznes icmasının geniş dəstəyi ilə Hollandiya Ticarət məktəbi kimi təsis edilmişdir.[1]
1937-ci ildə məktəb universitet statuslu ali təhsil müəssisəsi kimi tanınıb.
1950-ci ildən etibarən Hollandiya Ali Kliniki Təhsil Fondu Rotterdamda tam akademik tibbi təhsil proqramının yaradılması üçün çalışırdı və müvəffəqiyyət qazandı. 1966-cı ildə hökumət Rotterdam Tibb fakültəsini yaratdı.
Sofiya Uşaq Xəstəxanası Daniel den Hoed klinikası ilə birlikdə 2003-cü il yanvarın 1-dən Erasmus MC adlandırılan Rotterdam Universitet Xəstəxanasını təşkil edir. 1973-cü ildə Rotterdam Tibb fakültəsi və Hollandiya İqtisadiyyat məktəbi birləşdi və bundan sonra institut indiki adı ilə Rotterdam Erasmus Universiteti adlandırıldı.
Tədqiqat İnstitutları. Məktəbləri
redaktəErasmus Tədqiqat İdarəetmə İnstitutu
redaktəErasmus Tədqiqat İdarəetmə İnstitutu, Rotterdam İdarəetmə Məktəbi və universitetin nəzdində olan Erasmus İqtisadiyyat məktəbi birgə tədqiqat institutdur. Onun məqsədi biznes və idarəetmə sahəsində aparıcı tədqiqatçıları birləşdirməkdir.
İqtisadiyyat İnstitutu
redaktəErasmus Universiteti bu gün ekonometriya və əməliyyat tədqiqatları üzrə aparıcı universitet kimi qəbul edilir. İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Yan Tinbergen (1969) və Henri Theil Ekonometriya İnstitutunu qurdular və həm Ekonometrika, həm də İdarəetmə elmlərinə təsir etdilər.
Tinbergen İnstitutu (Tİ)
redaktəTinbergen İnstitutu, Amsterdam Universiteti, Amsterdam VU Universiteti və Rotterdam Erasmus Universitetinin iqtisadiyyat, ekonometriya və maliyyə sahəsində tədqiqat və təhsil üzrə birgə institutudur. O, dünyada iqtisadiyyat və maliyyə üzrə ən yaxşı tədqiqat institutları və magistratura məktəblərindən biridir. İnstitut iqtisadiyyat və maliyyə üzrə tədqiqat magistr proqramı (MPhil), habelə PhD imkanları təklif edir.
Nəqliyyat, İnfrastruktur və Logistika (TRAIL)
redaktəTİ Delft ilə birlikdə TRAIL Araşdırma məktəbi nəqliyyat, infrastruktur və logistika sahələrində fəaliyyət göstərən Niderland milli tədqiqat məktəbidir.
Erasmus Sahibkarlıq mərkəzi
redaktəErasmus Sahibkarlıq mərkəzi Erasmus Universitetindən yaranmış, həm yerli, həm də qlobal səviyyədə sahibkarlıq ətrafında mərkəzləşmiş müstəqil tədqiqat və təhsil təşkilatıdır.[2]
Sağlamlıq və Tibb
redaktə- Rotterdam Erasmus Universiteti Ürək-Damar Araşdırma məktəbi
- Niderland Sağlamlıq Elmləri institutu
- Molekulyar Tibb Ali məktəbi
- Cənub-Qərbi Niderland Tibbi Genetika mərkəzi
- Helmholtz Avtonom Sistemlərin Tədqiqat məktəbi
Hüquq, Mədəniyyət və Cəmiyyət
redaktə- Satış və Mühasibat idarəetmə institutu
- Beynəlxalq Sosial tədqiqatlar institutu
- İctimai təhlükəsizlik Araşdırma məktəbi
- Hollandiya Hökumət institutu
- Huizinga institutu
- N.V. Posthumus İnstitutu
- Amsterdam Sosial-İctimai Tədqiqatlar məktəbi
- İnsan hüquqları Araşdırma məktəbi
- Eksperimental psixologiya Araşdırmalar məktəbi
- Kurt Levin institutu
- Tədqiqat Etika məktəbi
Təhsili
redaktəBakalavr proqramları
redaktəRotterdam Erasmus Universiteti Niderland dilində tədris olunan geniş spektrli bakalavr proqramları təklif edir ki, bu da B.A., BSc və ya LL.B dərəcələrinə aparır.
Bundan əlavə, universitet bir neçə tamamilə ingilis dilində bakalavr proqramı təklif edir. Bu proqramlar Biznes və İqtisadiyyat, Kommunikasiya və Media sahəsində beynəlxalq karyera qurmaq istəyən tələbələr üçün açıqdır. Hollandiyalı tələbələrdən başqa, bu proqramları qəbul edən tələbələrin çoxu — 50%-80% xarici tələbələrdir.[3]
Magistratura proqramları
redaktəTələbələr müxtəlif növ magistr proqramları arasından seçim edə bilərlər: Ümumi magistr proqramları, Tədqiqat magistr proqramları və Təcrübədən sonrakı və peşəkar magistr proqramları dərəcələri təklif edir. Dərslər əsasən ingilis dilində keçir.
Doktorantura proqramlarını
redaktəUniversitetin əksər şöbələri, institutları və fakültələri "Fəlsəfə Doktoru" (PhD) dərəcəsini verən doktorantura proqramları təklif edir. Universitet tərəfindən təklif olunan PhD proqramlarının əksəriyyəti bir neçə tədqiqat məktəbi və ya institutunda cəmləşmişdir.
Kampusları
redaktəUniversitetin beş yerdə kampusları var. Dördü Rotterdamda, biri Haaqada.[4]
- Voudestein kampusu — universitetin Rotterdam-Kralingen yaxınlığında
- Hoboken kampusu — Rotterdam-Dijksigt yaxınlığında Erasmus MC
- EUC — Rotterdamın mərkəzində Erasmus Universitet Kolleci
- ISS — Beynəlxalq Sosial Tədqiqatlar İnstitutu, Haaqanın mərkəzində
- ECE — Rotterdam-Delfshaven yaxınlığında
Reytinqləri
redaktəErasmus İqtisadiyyat məktəbi
redaktəİqtisadiyyat fakültəsi QS World University Rankings 2018-ə əsasən, Avropada 9-cu (Böyük Britaniya daxil olmaqla), iqtisadiyyat və ekonometrika üzrə dünyada 50-ci,[5] və mühasibat uçotu və maliyyə üzrə dünyada 37-ci (Avropada 10-cu ən yaxşı) yerdədir.[6]
Times Higher Education World University Rankings əsasən Erasmus Universitetini 2020-ci ildə İqtisadiyyat və Biznes fənnlərinə görə Hollandiyada 1-ci, Avropada 7-ci və dünyada 28-ci yeri tutur.[7]
2018-ci ildə nəşr olunan Şanxay Jiao Tonq Universitetinin Dünya Universitetlərinin Akademik Reytinqində Erasmus İqtisadiyyat Məktəbi iqtisadiyyat və biznes sahələrində Avropada 9-cu, dünyada isə 32-ci yerdədir.[8]
US News 2022-ci ilin reytinqinə görə, Universitet İqtisadiyyat və Biznes üzrə Hollandiyada 1-ci, Avropada 2-ci və dünyada 10-cu yerdədir.[9]
Erasmus Tibb Mərkəzi
redaktəMərkəz bir sıra əsas reytinqlər tərəfindən klinik tibb üzrə ən yaxşı təşkilat kimi qəbul edilir. Times Higher Education World University Rankings görə 2020-ci ildə 45-ci,[10] QS World University Rankings də 2019-cu ildə 50-ci[11] yerdədir.
İstinadlar
redaktə- ↑ https://trustfonds.nl/historie-erasmus-trustfonds/
- ↑ "Arxivlənmiş surət". 2024-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-28.
- ↑ "Arxivlənmiş surət". 2024-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-28.
- ↑ "Arxivlənmiş surət". 2020-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-28.
- ↑ "Arxivlənmiş surət". 2023-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-28.
- ↑ "Arxivlənmiş surət". 2024-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-28.
- ↑ "Arxivlənmiş surət". 2024-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-30.
- ↑ https://web.archive.org/web/20160620224526/http://www.shanghairanking.com/SubjectEcoBus2015.html
- ↑ "Arxivlənmiş surət". 2014-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-30.
- ↑ "Arxivlənmiş surət". 2024-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-30.
- ↑ "Arxivlənmiş surət". 2020-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-30.