Rostov Qorugu - Wikipedia
Rostov dövlət təbiət qoruğu — qoruq Cənub Federal dairəsi, Rostov vilayətinin cənub-şərqində Orlov rayonu ərazisində yerləşir. Qoruğun sahəsi 4591 ha-dır. Qoruğa daxil olan ərazilər: Manıç-Qudilo gölünün şimal-qərb hissəsini, Vodnıy adası, Qrelıy adası və onun yaxın akvatoriyası[1][2].
Rostov qoruğu | |
---|---|
rus. Государственный природный заповедник Ростовский | |
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu) |
|
Sahəsi | 9531,5 ha |
Yaradılma tarixi | 27 dekabr 1995 |
Yerləşməsi | |
46°27′53″ şm. e. 43°03′02″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
rgpbz.ru | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Flora
redaktəManiç çölü əsasən quru, quru və kontinental çöl xüsusiyyətlərinə malikdir. Ərazisinin böyük hissəsi şoranlıqlar və ya şorlaşmış ərazilər təşkil edir. Bu səbəbdən şora davamlı bitkilər yayılır. Qoruq ərazisində ümumilikdə 410 növ borulu bitki növü yayılmışdır. Bu bitkilərdən altısı nadirdir.
Fauna
redaktəQuşlar
redaktəQuşlar istər növ istərsə say baxımından onurğalılar arasında ən çox olanıdır. Burada nadir quşlardan: dovdaq, Sternula albifrons, kiçik qarabatdaq, cəhrayi qutan, adi ərsindimdik, adi yapalaq, Flaminqo və digərlərinə rast gəlinir. Qoruğun su və torpaq sahəsi boyunca 200 növ quş aşkarlanmışdlr. 120 növ ərazidə yuva qurur, 16 növ isə qışlayır.
Digər canlılar
redaktə- Suda-quruda yaşayanlar — Yaşıl quru qurbağası, Qara qurbağa, Pelobates.
- Sürünənlər — Adi suilanı, Damalı su ilanı, Xəzər təlxəsi, Naxışlı dırmanan təlxə, Dördzolaqlı dırmanan təlxə, Çöl gürzəsi, Bataqlıq tısbağası, Adi kərtənkələ.
- Məməlilərə ümumilikdə 50 növ 7 dəstə daxildir.
- Gəmiricilər — Spermophilus pygmaeus, Böyük ərəbdovşanı, Tarla siçanı;
- Dovşankimilər — Lepus europaeus;
- Yırtıcılar — Canavar, Tülkü, Yenotabənzər it, Gəlincik (heyvan), Safsar;
- Kirpikimilər — kirpilər (Adi kirpi və Qulaqlı kirpi);
- Yarasalar — Nyctalus noctula, Pipistrellus kuhlii;
- Çütdırnaqlılar — Sayqa;
- Təkdırnaqlılar — Mustanq;[3]
Cücülər
redaktəQoruq ərazisində nadir həşərat növləri vardır: Bolivaria brachyptera, Saga pedo, Carabus hungaricus, Scolia hirta, S. maculata, Bombus fragrans, Ascalaphus macaronius, Satanas gigas.
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Rostov Zapovednik (Official Site)" (rus). Ministry of Natural Resources and Environment (Russia). January 22, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 21, 2016.
- ↑ "Rostov Zapovednik" (rus). Ministry of Natural Resources and Environment (Russia). January 25, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 21, 2016.
- ↑ "Rostov qoruğunda vəhşi mustanqlar". 2015-09-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-14.