Rosa Multiflora - Wikipedia
Çoxçiçəkli itburnu (lat. Rosa multiflora) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Çoxçiçəkli itburnu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Çoxçiçəkli itburnu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təbii yayılması
redaktəAlbaniya, Belçika, İngiltərə, Danimarka, Finlandiya, Fransa, İrlandiya, İsveçrə, İspaniya, Bosniya və Herseqovina, Monteneqro, Xorvatiya, Serbiya, Portuqaliya, Norveç, Polşa, Estoniya, Latviya və Litva, Rusiya, Belarus, Almaniya, Ukrayna, Gürcüstan, Ermənistan, Türkiyədə yayılmışdır. İlk dəfə Britaniya botaniki Ceyms Edvard Smit tərəfindən 1813-cü ildə təsvir edilmişdir.
Botaniki təsviri
redaktəHündürlüyü 0,5-1,5 m olan, gövdəsi iynələrlə örtülmüş, yarpağı tökülən koldur. Yarpaqları mürəkkəb, oval və ya ellipsvari formalı, yumşaq, cüt dişli, boz-yaşıl rənglidir, alt tərəfi vəzicikli tükcüklərlə örtülmüşdür, növbəli yerləşir. Yarpaqların ətri qatranlıdır. İyun-iyulda çiçəkləyir. Çiçəkləri iri, tək və ya 2-3 ədəd çiçək qrupuna yığılmış, ləçəkləri dişli, rəngi çəhrayı və ya açıq bənövşəyidir. Meyvəsi vəzicikli-tükcüklü, şarşəkilli, qırmızı rəngli qozadır. Xromosomların sayı - 2n=28
Ekologiyası
redaktəQuru, qayalı yamaclarda, otlaqlarda, meşə kənarında rast gəlinir.
Azərbaycanda yayılması
redaktəNaxçıvan MR-da təbii halda yayılmışdır.
İstifadəsi
redaktəDekorativ bitki kimi becərilir. Meyvələrindən mürəbbə hazırlanır.