Rosa Glauca - Wikipedia
Rosa glauca (lat. Rosa glauca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Rosa glauca | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Rosa glauca |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
redaktəŞimal yarımkürəsinin subtropik vilayətlərində, Afrikada yayılmışlar.
Botaniki təsviri
redaktəHündürlüyü 10 m-dək, yeraltı zoğlu və ya zoğsuz, yarpağını tökən və ya yarım həmişəyaşıl düz dayanan, qövsvari əyilmiş və ya sürünən gövdəsi olan kol və ya liandır. Gövdəsinin, bəzən yarpaqların saplaqlarında müxtəlif formlı və ölçülü tikanları olur. Yarpaqları növbəli, qeyri bərabər - lələkvari mürəkkəb, yalançı zoğlu, bəzən sadədir. Çiçəkləri ikicinsli, aktinomorf, diametri 1,5-8 (10) sm, qalxanvari və ya süpürgəvari çiçək qruplarına yığılmış və ya təkdir. Hipantiləri şarşəkilli, yumurtavari və ya ellipsvari, oxlu, yuxarı hissəsində vəziciklidir, toxumadan inkişaf etmiş nektarlı diski vardır. Kasa yarpaqları (4) 5 ədəd, yarpaq şəkilli, kənarları bütö və ya lələkvarı bölünmüş, meyvələrdə qalan və ya (bəzən hipantinin yuxarı hissəsi ilə) töküləndir. Ləçəkləri 4-5 ədəd sarı, ağ, çəhrayı və ya qırmızıdır. Erkəkcikləri çoxsaylı, tozluqları iki yuvalıdır. Meyvəyarpaqları çoxsaylı, oturaq və qısa ayaqlarda, hipantinin dibində və içəri divarlarının aşağı hissəsində yerləşmiş, tükcüklüdür, bir yuvalı, biranatrop toxum rüşeymi vardır. Meyvəsi qoza meyvəciklərdən ibarət olan sinarodidir.
Ekologiyası
redaktəƏsasən mülayim və isti iqlimli ərazilərdə yayılmışdır. Quraqlığa, istiyə davamlıdır. Torpağa tələbkar deyildir.
Azərbaycanda yayılması
redaktəNaxçıvan MR-nın Culfa rayonunda təbii halda rast gəlinir.
İstifadəsi
redaktəR.canina və R.dumalis itburnularının hidridləşməsi nəticəsində yaranmışdır. Çox geniş becərilir, bağ və parklarda istifadə edilir və çox saylı sortları vardır.