Ronald Kouz - Wikipedia
Ronald Kouz (ing. Ronald Harry Coase; 29 dekabr 1910[1][2][…] – 2 sentyabr 2013[3][1][…], Çikaqo[4]) — ingilis əsilli amerikalı akademik. 1991-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.
Ronald Kouz | |
---|---|
ing. Ronald Harry Coase | |
Doğum tarixi | |
Doğum yeri | Uillesden, London Böyük Britaniya |
Vəfat tarixi | (102 yaşında) |
Vəfat yeri | Çikaqo, İllinoys ABŞ |
Milliyyəti | Böyük Britaniya ABŞ |
Elm sahələri | hüquq, iqtisadiyyat |
Elmi adı | |
İş yerləri | Virciniya Universiteti, Çikaqo Universiteti |
Təhsili |
|
Tanınır | Kouz teoremi, Əməliyyat görmə xərcləri analizi |
Üzvlüyü | |
Mükafatları | 1991 İqtisadiyyat üzrə Nobel mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəRonald Kouzun həm atası, həm də anası İngilis Krallıq poçt idarəsində işləyirdi. Ronald Kouz 29 dekabr 1910-cu ildə Londonun daxili bölgələrindən olan Uillesdendə anadan olub. Uşaq olarkən ayaqlarındakı zəifliyə görə xüsusi protezlərdən istifadə etmiş və ilk olaraq əlillər üçün nəzərdə tutulmuş məktəbdə oxumuşdu. Buna baxmayaraq yaxşı şagird olduğuna görə 12 yaşında olarkən təqaüd qazanaraq Kilbörn Qrammatika məktəbinə (ing. Kilburn Grammer School) daxil olmuşdu.
Bu məktəbdə də özünü sübuta yetirə bilmiş və məktəbin son ilində oxuyarkən London Universitetinin distant tələbəsi olaraq birinci ilini bitirmişdi. Sonra London Universitetinin tabeliyində olan London İqtisadiyyat məktəbində təhsil almış və 1932-ci ildə lisenziya dərəcəsi almışdır. Orada olarkən məşhur müəllimləri Lionel Robbins və Arnold Plentin təsiri ilə Adam Smitin əsərlərini diqqətlə tədqiq etmiş, bunun nəticəsində iqtisadi və siyasi düşüncələri sosializmdən liberalizmə dəyişmişdi.
Sonra öz ölkəsində universitet təhsilinə üzv olmuş, özəl təşəbbüskar qurumlar və sənayelərlə bağlı araşdırmalar aparmışdır. Bu araşdırmaların nəticəsi 1937-ci ildə nəşr olunan "Şirkətin ana təbiəti" (ing. The nature of the firm) adlı məşhur məqalədir.[5] II Dünya müharibəsindən sonra 1951-ci ildə hazırladığı nəzəriyyə ilə London Universitetində doktorluq dərəcəsinə yüksəlmişdir.[6]
1951-ci ildə Ronald Kouz bir təqaüd qazanaraq ABŞ-yə köçmüş və Bufallo Universitetində təhsil üzvlüyü karyerasına başlamışdı. 1958-ci ildə müəllimləri arasında ictimai əmtəələr və rifah iqtisadiyyatı mövzularında məşhurlaşmış G. Uorren Nutter, Ceyms Byukenen və Qordon Tullokun işlədiyi Virciniya Universitetinə professor kimi keçmişdir. 1964-cü ildə isə Çikaqo Universitetində hüquq professoru olmuşdu. Bu işdə işləyərkən hüquq və iqtisadiyyat arasında əlaqələri tədqiq etməyi hədəfləyən çox məşhur İqtisadiyyat və Hüquq jurnalının (ing. Journal of Law and Economics) redaktoru olmuşdur.
1991-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.
Təqaüdə çıxandan sonra Mont Pelerin İnstitutu üzvü olaraq akademik və siyasi fəaliyyətlərini davam etdirmiş, Ronald Kouz İnstitutunun qurucusu və baş məsləhətçisi olaraq işləmişdi.
Önəmli tədqiqatları
redaktəRonald Kouzun tədqiqat işlərinin fərqləndirici xüsusiyyəti düşüncələrini açıq-aşkar və çox anlaşıqlı bir şəkildə meydana çıxartmasında və xüsusən də qarışıq riyazi modellərdən istifadə etmədən təkmilləşdirməsindədir.
Firma nəzəriyyəsi və əməliyyat xərcləri
redaktəRonald Kouzun ilk tədqiqat layihəsinin mövzusu Firmanın təbiəti olub. Ronald Kouz bu tədqiqatda qısa və çox təsirli şəkildə inkişaf etmiş iqtisadiyyatlarda nə üçün önəmli iqtisadi fəaliyyətlərin şirkətlərin öhdəliyinə düşdüyünü araşdırıb. Ronald Kouzun tədqiq etdiyi məsələ ondan ibarətdi ki, niyə istehsal fərdlər tərəfindən heç bir xüsusi təşkilatçılıq olmadan həyata keçirilə bildiyi halda şirkətlər meydana gələrək bu funksiyanı yerinə yetirməyə başlamışdır. Çağdaş şirkətlərin var olmalarının səbəblərini təşəbbüskarların meydana çıxaraq digər işçilərə onlar üçün işləməyi təklif etdiyini düşündüyü üçün Ronald Kouz nə üçün təşəbbüskarların digər şəxsləri tək tək bir funksiyanı yerinə yetirmək üçün razılaşmadığını, amma ümumi bir xidmət razılaşması ilə işə götürdüyünü açıqlamasının vacibliyini müdafiə edirdi. Ənənəvi iqtisadi nəzəriyyə görə isə özəl istehsal əməliyyatlarının özəl şəxslərə müqavilə ilə verilməsi daha təsirli bir bazar yaradacaqdı.
Ronald Kouz bazarın istifadə olunmasının bəzi əməliyyat xərcləri tələb etdiyini görmüşdü. Bazar yolu ilə bir əmtəənin ya da xidmətin əldə edilməsi, o əmtəənin və ya xidmətin bazar qiymətindən yuxarı olur. Bir firmanın bir əmtəə və ya xidməti əldə etməsi üçün bazar qiyməti ilə bərabər əlavə xərcləri də qarşılamağı lazım gəlir. Bu əlavə əməliyyat xərcləri əgər şirkət əmtəə və xidmət istehsal edəcək şəxsləri işə götürüb istehsalı firma daxilində həyata keçirərsə azalacaq, hətta yox olacaqdır. Beləliklə şirkəti bu əməliyyat xərclərini azaldan bir qurum olaraq görmək olar. Ronald Kouza görə bir şirkət müəssisə daxilində həyata keçirilən və müəssisə tərəfindən öhdəliyə götürülən daxili əməliyyat xərcləri ilə müəssisə xaricində olan müqaviləyə bağlı əməliyyatların xərcləri arasında uyğun bir optimal tarazlıq yaratmağa çalışır.
Ronald Kouz bu düşüncədən bir şirkət üçün əməliyyat xərclərinə əsaslanan optimal bir firma böyüklüyünün mövcud olduğu düşüncəsini meydana gətirmişdir. Ümumiyyətlə digər şərtlər eyni olduqda bir şirkətin digərindən daha böyük olması bu təkliflərə görə izah olunur:
- təşkilatçılıq xərclərinin daha az olması və bu xərclərin təşkil olunan əməliyyatların sayı və həcminin artması səbəbi ilə;
- təşəbbüskarın səhv etmə ehtimalının az olduğu, amma edilən bu səhvlərin təşkil olunan əməliyyatların sayı ilə böyüklüyü artdıqca artmaları halında;
- istehsal mənbələrinin daşınma qiymətinin daha böyük firmalarda daha az olması və bunun firmanın böyüklüyü artdıqca daha sürətlə azalması səbəbi ilə.
İlk iki xərc qanunu ilə bağlı xüsusiyyətlər əməliyyatların təşkilatın məkan daxilində bölünməsini izah edir, çünki bu əməliyyat xərcləri böyüklüyü və dəyişməsi fərqli məkanlarda fərqlidir.
Burada diqqət ediləcək məqam Ronald Kouzun inkişaf etmiş kapitalist quruluşları araşdırdığını unutmamaqdır. Ronald Kouz ailə daxilində ya da yaxın dostlar arasında, hətta müəyyən bir məkanda anadan olub böyüyən, o məkana və oxşar şəxslərə xüsusi bir bağı olduğunu inananlar arasında olan şəxslərə əsaslanan əməliyyatları, yəni müqavilə istəməyən şəxslər daxilində olan kömək və əməkdaşlığı tədqiq etməmişdir.
Əsərləri
redaktə- 1937: The nature of the firm Arxivləşdirilib 2004-07-26 at the Wayback Machine, Economica, C.4, s.386–405.
- 1946: The Marginal Cost Controversy, Economica, C.13, s.169.
- 1960: The Problem of Social Cost, Journal of Law and Economics, C.3(1), s.1–44.
- 1972: Durability and Monopoly, Journal of Law and Economics, C.15, s.143.
- 1974: The Lighthouse in Economics, Journal of Law and Economics, C.17, s.357.
- 1975: Marshall on Method, Journal of Law and Economics, C.18, s.25.
- 1978: Economics and Contiguous Disciplines, Journal of Legal Studies, C.7, s.201.
- 1984: The New Institutional Economics, Journal of Institutional and Theoretical Economics.
- 1988: The Firm, the Market and the Law, 1988.
- 1992: The Institutional Structure of Production, 1992, AER.
- 1993: Law and Economics at Chicago, Journal of Law and Economics, C.36, s.239.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Ronald Harry Coase // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ Brozović D., Ladan T. Ronald Harry Coase // Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.
- ↑ Ronald Coase, 1910–2013 | University of Chicago Law School.
- ↑ Deutsche Nationalbibliothek Record #119069156 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ "The nature of the firm (ingiliscə)" (PDF). 2004-07-26 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-08-20.
- ↑ Breit, William and Barry T. Hirsch. Lives of the Laureates, 4th ed. Cambridge, Mass: The MIT Press, 2004.