Romanogobio Persus - Wikipedia
Kür qumlaqçısı (lat. Romanogobio persus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin qumlaqçı cinsinə aid heyvan növü. Az saylıdır.
Kür qumlaqçısı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Dəstəüstü: Ranqsız: Ranqsız: Dəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Kür qumlaqçısı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Xarakterik morfoloji əlamətləri
redaktəAğızı aypara şəklindədir. Alt çənəsinin arxasında dəliklər yoxdur. Azərbaycan sularından ovlanmış fərdlərinin uzunluğu 25.0 sm-ə, kütləsi 160.0 q-a qədər olur. Cinsi dimorfizmi zəif inkişaf etmişdir.
Yaşayış yeri və həyat tərzi
redaktəŞirin su balığı olub, dibi daşlı olan sularda yaşayır. Dib həyatı keçirir. Əksər fərdləri 4 ilə qədər yaşayır. 2 yaşında cinsi yetkinliyə çatır. Fərdi inkişaf forması kürü şəklində olur. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur.[2]
Yayılması
redaktəAzərbaycanda 2 növ ilə təmsil olunmuşdur. Azərbaycanda yarımnövləri yoxdur. Azərbaycanda Kür-Araz çaylarında və onların qollarında yayılmışdır.
Cinsi statusu və çoxalma xüsusiyyətləri
redaktəÇoxalma kürüləmə yolu ilə olur. Kürüsünü bir dəfəyə tökür. Kürüləməsi mart ayının axırlarından aprel ayının sonlarına qədər, suyun temperaturu 12.0 - 14.00C olduqda baş verir. Reproduktivliyin forması kürü şəklində olur. Kürüsünü bir dəfəyə 15.4 minlə 18.5 min ədəd arasında olmaqla tökür. Reproduktivliyin periodu ildə bir dəfə. Generasiyaların sayı ömrün orta uzunluğundan asılı olaraq 2-3 dəfə olur[3].
Sayı və limit faktorları
redaktəSu hövzələrinin çirklənməsi, təbii kürüləmə yerlərinin sıradan çıxması və digər antropogen faktorlar.
Qidalanması
redaktəQidasını yosunlar, su bitkiləri, detrit, su cücüləri və balıq kürüləri təşkil edir. Onurğasız heyvanlarla qidalanır, özləri isə digər yırtıcı balıqların qidasını təşkil edir.
İnsan həyatına təsiri
redaktəVətəgə və təsərrüfat əhəmiyyəti yoxdur. Vətəgə əhəmiyyətli balıqların qida şəriki olmaqla və digər balıqların kürülərini yeməklə müəyyən qədər ziyan verir.
Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri
redaktəBalıqçılıq haqqında qanun qəbul edilmişdir. Su hövzələrinin çirkləndirilməsinin qarşısı alınmalıdır. Azsaylı olduğundan qorunma tədbirləri həyata keçirilməlidir.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2005.
- ↑ Y.Ə.Əbdürrəhmanov. Azərbaycan faunası (Balıqlar). VII cild. Bakı: Elm, 1966, 224 s.
- ↑ Казанчеев Е.Н. Рыбы Каспийского моря. М.: Легкая и пищевая промышленность, 1981, 168 с.