Rokiskis - Wikipedia
Rokişkis (lit. Rokiškis) — Litvanın şimal-şərqində yerləşən şəhər. Panevejis qəzası Rokişkis rayonunun inzibati mərkəzidir. Şəhərin tarixi mərkəzi dövlət tərəfindən qorunan Litva Respublikasının Mədəni Mülkiyyət Reyestrinə daxil edilmişdir (kodu 17102[2]). Rokişkis pendirləri ilə məşhurdur. Hazırda Litvanın ən böyük süd istehsalçısı olan "Rokiškio sūris" şirkətinin ofisi Rokişkisdə yerləşir.
Rokişkis | |
---|---|
Rokiškis | |
55°58′ şm. e. 25°35′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 1499 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 133 m, 126 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +370 8458 |
Poçt indeksi | LT-42001 |
Digər | |
rokiskis.lt | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəLatviya ilə sərhəddə, Vilnüsdən 158 km, Kaunasdan 165 və Utenadan 63 km məsafədədir. Panevejis-Dauqavpils xəttindəki dəmir yolu stansiyasına sahibdir. Laukupe çayı şəhər ərazisindən axır. Memele çayı isə başlanğıcını şəhərdən 6 km məsafədə götürür.
Əhali
redaktə2011-ci il siyahıya lınmasına əsasən şəhərdə 14 351 nəfər yaşayır. Bunun 13 214 (92,08 %) nəfəri litvalılar, 901 (6,28 %) nəfəri ruslar, 56 (0,39 %) nəfəri polyaklar, 37 (0,26 %) nəfəri belaruslar, 35 (0,24 %) nəfəri ukraynalılar, 108 (0,75 %) nəfəri isə digərləridir[3].
Adının etimologiyası
redaktəŞəhərin adı Rokas soyadından götürülmüşdür.
İqtisadiyyat
redaktə19-cu əsrdə Rokişkis Litvada ən böyük kətan lifi, kətan toxumu və çətənə toxumu tədarükçülərindən biri idi. Sovet dövründə şəhərdə kənd təsərrüfatı maşınlarının pilot istehsalı zavodu, pendir fabriki, konserv və yem zavodu, tikiş fabriki işləyirdi. 1965–1985 arasında Vilnüsə müntəzəm reyslərin həyata keçirildiyi Rokişkisdə bir hava limanı fəaliyyət göstərirdi.
Hazırda Litvanın ən böyük süd istehsalçısı olan "Rokiškio sūris" şirkətinin ofisi Rokiskisdə yerləşir. Şirkət 1925-ci ildə Tizenqauzen süd fermasının bazasında qurulmuşdur. Burada 1964-cü ildə bir pendir fabriki tikilmişdir.
Digər bir əhəmiyyətli müəssisə kənd təsərrüfatı texnikası istehsal edən Rokişkis Maşınqayırma Zavodudur (lit. Rokiškio mašinų gamykla).
Görməli yerləri
redaktə- Neogotik üslublu Müqəddəs Matveyu kilsəsi (1877-ci ildə tikilmiş, daxili bəzədilmə 1885-ci ildə tamamlanmışdır.)
- Kokişkis Kalvariyası.
- Rokişkis bağ evi.
- Gəlinciklər evi
- Lenginas Pyapki Mərkəzi Şəhər Parkı.
-
Rokişkis bağ evi.
-
Azadlıq meydanındakı bina
-
Müqəddəs Matveyu kilsəsi
-
Azadlıq abidəsi
-
Respublika küçəsi
-
Şəhər mərkəzi
Mədəniyyət
redaktəŞəhərdə 1 gimnaziya, 3 uşaq bağçası, Yuozas Kelitis adına kitabxana var. Bundan əlavə şəhərdə Panevejis Kollecinin (keçmiş Rokişkis Mədəniyyət məktəbi), Rokişkis Texnologiya, Biznes və Kənd Təsərrüfatı məktəbləri, Böyüklər və Gənclərin Təhsil Mərkəzi fəaliyyət göstərir. 1932-ci ildən bu günə qədər şəhərdə (Rokiskis bağ malikanəsinin əsas binasında yerləşən) Yerli Diyarşünaslıq Muzeyi fəaliyyət göstərir.
Şəhərdə həvəskar teatr vardır. Rokişkisdə ildə iki dəfə teatr festivalı keçirilir — Respublika Milli Teatr Festivalı və Beynəlxalq "İnterrampa" festivalı.
Tanınmış sakinləri
redaktə- Alqirdas Brazauskas — Litva dövlət xadimi, Litva Respublikasının Prezidenti (1993–1998), Litva Respublikasının Baş naziri (2001–2006);
- Bronius Brujas — Litva rəssamı;
- İolanta Vilyutite — Litva basketbolçusu;
- Loreta Qraujinene — Litvanın siyasi və ictimai xadimi;
- Monika Mironayte — Litvanın teatr aktrisası;
- Yakov Smushkeviç — Sovet hərbiçisi;
- Rayvidas Stanis — Litvavnın yüksəyə tullanma üzrə idmançisi,
- Antoni Urbşs — Roma Katolik Kilsəsinin yepiskopu.
İstinadlar
redaktə- ↑ Resident population by city / town at the beginning of the year. State Data Agency of Lithuania, 2023.
- ↑ "Rokiškio miesto istorinė dalis". Kultūrosvertybių registras (litva). Kultūros paveldo departamentas prie Kultūros ministerijos. 2016-11-19 tarixində arxivləşdirilib.
- ↑ "2011 m. surašymo duomenys". 2021-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-04-04.