Robert Elliot Kan - Wikipedia
Robert Elliot Kan (ing. Robert Elliot Kahn; 23 dekabr 1938[1][2][…], Nyu-York, Nyu-York ştatı[5]) —ABŞ elektrik mühəndisi və Vint Serf ilə birlikdə internetin mərkəzində əsas rabitə protokolları olan transmissiya idarəetmə protokolunu (TCP) və internet protokolunu (IP) ilk dəfə təklif etmişdir.
Robert Elliot Kan | |
---|---|
Doğum tarixi | 23 dekabr 1938[1][2][…] (85 yaş) |
Doğum yeri | |
Elm sahəsi | informatika |
Elmi dərəcəsi | |
İş yeri | |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
2004-cü ildə Kan TCP/IP üzərindəki işlərinə görə Vint Serf ilə birlikdə "Türinq" mükafatını qazanmışdır.[6]
Həyatı
redaktəRobert Elliot Kan Nyu-Yorkda aşkenazi yəhudi ailəsində anadan olmuşdur, valideynləri Bitris Paulin və Lorens Kandır.[7][8][9][10][11] Atası vasitəsilə futurist Herman Kan ilə qohumdur. 1960-cı ildə Nyu-York Şəhər Kollecində elektrik mühəndisliyi üzrə bakalavr dərəcəsi aldıqdan sonra Kan Prinston Universitetinə getmişdir. O, burada 1962-ci ildə magistr dərəcəsi və 1964-cü ildə elektrik mühəndisliyi üzrə doktorluq dərəcəsi əldə etmişdir. O, Prinstondakı professor Bed Liudan məsləhət almış və "Siqnalların seçilməsi və modulyasiyasında bəzi problemlər" adlı doktorluq dissertasiyasını tamamlamışdır.[12][13] O, əvvəlcə "Bolt Beranek and Newman Inc."da çalışmış, sonra 1972-ci ildə DARPA daxilində İnformasiya Emalı Texnikaları Ofisinə (IPTO) qoşulmuşdur. 1972-ci ilin payızında Beynəlxalq Kompüter Rabitə Konfransında 20 müxtəlif kompüteri birləşdirərək ARPANET-i nümayiş etdirmişdir.[14] Daha sonra müxtəlif kompüter şəbəkələrini birləşdirmək üçün TCP/IP protokollarını inkişaf etdirməyə kömək etmişdir. IPTO-nun direktoru olduqdan sonra Birləşmiş Ştatlar hökumətinin milyard dollarlıq kompüter tədqiqatı və inkişafı proqramı olan Strateji Hesablama Təşəbbüsünə başlamışdır.[15]
On üç ildən sonra 1986-cı ildə DARPA-dan ayrılmış və Milli Tədqiqat Təşəbbüsləri Korporasiyasını (CNRI) yaratmışdır. O, hələ də təşkilatın sədri, baş direktoru və prezidenti olaraq qalır.[16]
Mükafatları
redaktəMüasir internetin texniki əsasını yaradan Kan və Serfin 1970-ci illərdəki işi çoxsaylı milli və beynəlxalq mükafatlara layiq görülmüşdür:
- "Harri Hud" memorial mükafatı (1986)
- EFF Pioneer Award (1992)
- SIGCOMM Award (1993)
- Markoni mükafatı (1994)
- Kompüter pioneri (1996)
- "ABŞ Milli Texnologiya və İnnovasiya" medalı (1997)
- "Aleksandr Qreyam Bell" qızıl medalı (1997)
- Çarlz Stark Draper mükafatı (2001)
- Texniki və Elmi Tədqiqatlar üzrə Asturiya Şahzadəsi mükafatı (2002)
- "Türinq" mükafatı (2004)
- "Prezident Azadlıq" medalı (2005)
- C&C Prize (2005)
- "Yaponiya" mükafatı (2008)[17]
- "Harold Pender" mükafatı (2010)
- İnternet Şöhrət Zalı (2012)
- Sankt-Peterburq İnformasiya Texnologiyaları, Mexanika və Optika Milli Tədqiqat Universitetinin fəxri elmlər doktoru (2012).[18]
- "Mühəndislik üzrə Kraliça II Yelizaveta" mükafatı (2013)
- "Bencamin Franklin" medalı (2018)
Fəxri dərəcələri
redaktəRobert Elliot Kan Prinston Universiteti, Pavia Universiteti, ETH Sürix, Merilend Universiteti, Corc Meyson Universiteti, Mərkəzi Florida Universiteti və Piza Universitetindən fəxri dərəcələr və London Universitet Kollecinin fəxri təqaüdünü almışdır.
2012-ci ildə Sankt-Peterburq İnformasiya Texnologiyaları, Mexanika və Optika Milli Tədqiqat Universitetinin fəxri doktoru adına layiq görülmüşdür.[19]
Məqalələr
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 http://ieeexplore.ieee.org/iel5/26/23883/01093722.pdf?arnumber=1093722.
- ↑ 1 2 http://www.britannica.com/EBchecked/topic/932776/Robert-Elliot-Kahn.
- ↑ 1 2 NNDB (ing.). 2002.
- ↑ 1 2 https://awards.acm.org/fellows/award-recipients.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #138331251 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ "Robert E Kahn - A.M. Turing Award Laureate". amturing.acm.org. 2019-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-11.
- ↑ "Leaders in Technology, and Also Jewish | Jewish Reconstructionist Community". March 20, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 19, 2017.
- ↑ "Jew of the Week: Bob Kahn - Jew of the Week". www.jewoftheweek.net. 2023-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-11.
- ↑ Oral History of Robert Kahn Arxiv surəti 7 iyul 2010 tarixindən Wayback Machine saytındaArxivləşdirilib iyul 7, 2010, at the Wayback Machine
- ↑ Who's who in Frontiers of Science and Technology
- ↑ Paid Notice: Deaths KAHN, LAWRENCE - New York Times Arxivləşdirilib 2017-09-14 at the Wayback Machine. Nytimes.com (April 30, 1999). Retrieved on 2013-07-24.
- ↑ "Bede Liu | Dean of the Faculty". dof.princeton.edu. September 6, 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 6, 2021.
- ↑ Kahn, Robert E. Some problems in the sampling and modulation of signals (ingilis). 1964. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-11.
- ↑ Kahn, Robert E. "CBI oral history interview with Robert E. Kahn". April 24, 1990.
- ↑ "Robert E. Kahn". Corporation for National Research Initiatives. April 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 29, 2021.
- ↑ "About CNRI". CNRI. February 2022. June 15, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 11, 2022.
- ↑ "Англ.: Сообщение оргкомитета Премии Японии от 10.01.2008" (PDF). 2008-02-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2008-01-27.
- ↑ "Вручение диплома и мантии Почетного доктора НИУ ИТМО Роберту Кану" (PDF). 2014-04-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-10-17.
- ↑ "Robert Kahn will receive a degree and a mantle of Honorary Doctor of Science in the University ITMO". en.ifmo.ru. 2016-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-11.
- ↑ Robert Kahn; Vinton Cerf. "Al Gore and the Internet". The Register. October 2, 2000. September 19, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 22, 2008.
Xarici keçidlər
redaktə- Biography of Kahn from IEEE
- Oral history interview with Robert E. Kahn, Charles Babbage Institute, University of Minnesota, Minneapolis. Focuses on Kahn's role in the development of computer networking from 1967 through the early 1980s. Beginning with his work at Bolt Beranek and Newman (BBN), Kahn discusses his involvement as the ARPANET proposal was being written, his decision to become active in its implementation, and his role in the public demonstration of the ARPANET. The interview continues into Kahn's involvement with networking when he moves to IPTO in 1972, where he was responsible for the administrative and technical evolution of the ARPANET, including programs in packet radio, the development of a new network protocol (TCP/IP), and the switch to TCP/IP to connect multiple networks.
- Bio of Robert E. Kahn from the Living Internet.
- "Morning Edition" interview (NPR)
- "Nerd TV" interview (with Robert X. Cringley) - Requires QuickTime (transcript)
- Computer Networks: The Heralds of Resource Sharing, documentary ca. 1972 about the ARPANET. Includes footage of Robert E. Kahn.
- A short history of Bob (story/slideshow) in computing, from Bob Kahn to Bob Metcalfe to Microsoft Bob and Alice & Bob
- "An Evening with Robert Kahn in conversation with Ed Feigenbaum" - Requires WMV player
- C-SPAN Q&A interview with Kahn, August 14, 2005