Rober De Sable - Wikipedia
Robert IV, senyor de Sable (fr. Robert de Sablé, ? — 28 sentyabr 1193) — 1191-ci ildən 1193-ə qədər tampliyerlər ordeninin böyük magistri.
Robert de Sable | |
---|---|
fr. Robert IV de Sablé | |
Doğum tarixi | 1150[1] |
Vəfat tarixi |
Jerar de Rifdorun ölümündən sonra Məbəd ordeni o qədər zəifləmişdir ki, magistr yeri on səkkiz ay ərzində boş qalmışdır. Üçüncü səlib yürüşü zamanı cəngavərlər ingilis hərbi donanmasını idarə edən Robert de Sableni magistr kimi seçirlər. Avropa cəngavərlərindən ən məğrur və igidləri Fələstinə gəlib tampliyer ordeninin bayrağı altında vuruşmaq istəyirdilər. Böyük magistr bir çox dünyəvi cəngavərlərə rahib-döyüşçülərin sıralarına daxil olmağa və hətta sinələrində qırmızı xaçla döyüşməyə icazə vermişdir.
Robert de Sable Akra şəhərinin divarları arxasında tampliyerlərə özünün orden andını vermişdir.
Robert de Sablenin adı ilk dəfə İtaliyanın cənubunda, Messinada ingilis donanmasının admiralı kimi çəkilir. Onun ilk uğurlu əməliyyatı isə Səlahəddin Əyyubiyə qarşı Akra şəhəri uğrunda döyüş sayılır. Şəhərə hücum nəticəsində Səlahəddin Əyyubi 200 min dinar xərac verməyə, 2500 əsiri qaytarmağa və xristianlara Müqəddəs Xaçı geri verməyə razılıq verir. Akra təmamən 12 iyul 1191-ci ildə yıxılır. Şəhər Gi de Luziyanunun başçılığı altına keçir.
27 və 28 iyulda Akrada krallar yığıncağı baş tutur ki, burada Gi de Luziyan və Kanrad Monferratski arasında münaqişə müzakirə edilir. Müzakirəsinin nəticəsi kimi Gi ömürlük kral, Konrad isə onun varisi kimi tanınır. Konrad - Fef, Tir, Sidon və Beyrut şəhərlərinin hakiminə çevrilir.
Ümumiyyətlə fransız və ingilis kralları arasında alışan bu kimi gizli münaqişələr tampliyerləri, həmçinin Robert de Sableni çətin vəziyyətə salırdı. Orden hər iki ölkədə nəhəng vara sahib idi. Həmçinin yeni magistr kralın şəxsi dostlarından biri sayılırdı. Bu üzdən iki kral Fələstində münaqişəyə girəndə Senyor Sable aralarında vəzn yaratmağa çalışırdı.
Robert de Sable tampliyerləri nöqsansız, mükəmməl formada bütün kampaniya boyu idarə edib. O həmçinin çətin dövrlərdə hospitalyerlər ordeni ilə yaxşı əlaqələr qurmağa nail olmuşdur. Robert de Sable bütün döyüşlərdə, həmçinin Arsuf uğrunda döyüşdə, qəhrəmancasına vuruşmuşdur. Senyor Sable 28 sentyabr 1193-cü ildə vəfat edib.
Mədəniyyətdə
redaktəRobert de Sable Assassin's Creed video oyununda baş anti-qəhrəmanlardan biridir.
Sələfi: | Tampliyerlər ordeninin Böyük magistri | Xələfi |
Jerar de Rifdor | 1191–1193 | Jilber Eral |