Ricard Meyer - Wikipedia
Riçard Meyer (12 oktyabr 1934[1][2][…], Nyuark, Nyu-Cersi) — ABŞ-lı memar. Fəaliyyətini hələ də davam etdirməkdədir. 1984-cü ildə Pritsker mükafatını qazanmışdır.
Riçard Meyer | |
---|---|
Richard Meier | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Nyuark, Nyu-Cersi, ABŞ |
Vətəndaşlığı | ABŞ |
Təhsili |
|
İşləri və nailiyyətləri | |
Əsas tikililəri | Yüksək İncəsənət Muzeyi, Getti Mərkəzi |
Üzvlüyü |
|
Mükafatları | , AMİ qızıl medalı. |
www.richardmeier.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəRiçard Meyer Nyu-Cersi ştatının Ntuark şəhərində doğuldu. Memarlıq təhsilini Kornell Universitetində aldı. 1959-cu ildə SOM (Skodmore, Ouings və Merrill) memarlıq firmasında qısa bir müddət çalışdıqdan sonra Marsel Breuer ilə üç il işlədi. 1963-cü ildə Nyu-Yorkda öz memarlıq ofisini açdı. Adı 1972-ci ildə "Nyu-York Quintet" qrupunun bir üzvü olduqdan və Kaliforniya ştatının Los-Anceles şəhərində inşa edilən Getti Mərkəzi ilə məşhurlaşdı.
Riçard Meyerin dizaynlarının çoxunda XX əsrin ortalarından fəaliyyət göstərmiş memarların təsirləri müşahidə olunur.
Riçard Meyerin dizaynlarında təsirlərini əks etdirdiyi digər memarlar arasında Miys Van der Roh, Frank Lyoyd Rayt və Luis Barraqandır (rənglərin istifadəsi istisna olmaqla). Dünya memarlıq tarixində, xüsusilə Aralıq dənizi bölgəsində, İspaniyada, cənubi İtaliyada və Yunanıstanda olduqca məşhur istifadə edilən ağ rəng Riçard Meyerin ən çox istifadə etdiyi rəngdir.
1984-cü ildə Pritzker mükafatını qazanan Riçard Meyer 2008-ci ildə Amerika Memarlar İnstitutunun verdiyi qızıl medal ilə mükafatlandırıldı.
Riçard Meyer eyni zamanda Nyu-York Beşliyindən biri olan memar və nəzəriyyəçi Peter Eysenmanın ikinci dərəcədə əmi oğlusudur.
Tanınmış layihələri
redaktə- 1965–1967 Smit Evi, Darien, Connecticut, ABŞ
- 1973 Douqlas Evi, Miçiqan, ABŞ
- 1976 Bronks İnkişaf Mərkəzi, Bronks, Nyu-York, ABŞ
- 1979 Ateneum, Nyu-Harmoni, İndiana, ABŞ
- 1983 Yüksək İncəsənət Muzeyi, Atlanta, Corciya, ABŞ
- 1984 Des Moynes Sənət Mərkəzi Genişlənə Layihəsi, Des Moynes, ABŞ
- 1992 Daymler Forşunqsentrum, Ulm, Almaniya
- 1994 Stadthaus, Ulm, Almaniya
- 1995 Barselona Müasir Sənətlər Muzeyi, Barselona, İspaniya
- 1995 Bələdiyyə Başkanlığı və Mərkəz Kitabxanası, Lahey, Hollandiya
- 1995 Edinburq Park, Edinburq, Böyük Britaniya
- 1996 Televizor və Radio Muzeyi, Beverli Hills, Kaliforniya, ABŞ
- 1996 Raçofski Evi, Dallas, Texas, ABŞ
- 1997 Getti Mərkəzi, Los Anceles, Kaliforniya, ABŞ
- 1998 Kamden Sağlamlıq Mərkəzi, Sinqapur
- 1998 Ağ Meydan, Bazel, İsveçrə
- 2000 Sandra Day O'Konnor Ədalət Sarayı, Foniks, Arizona, ABŞ
- 2003 Kristal Kafedral Qarşılama Mərkəzi, Qardın Qrov, Kaliforniya, ABŞ
- 2003 Yubileye Kilsəsi, Roma, İtaliya
- 2003–2008 Va Grand Army Plaza, Brooklin, Nyu-York, ABŞ
- 2004 Friyeder Burda Müzeyi, Baden, Almaniya
- 2004–2007 ECM Şəhər qülləsi, Praqa, Çexiya
- 2004–2007 San Xose Şəhər Mərkəzi, San Xose, Kaliforniya, ABŞ
- 2007 Skranton Universiteti, Konnolli Holl
- 2008 Vyill Qarşılama Mərkəzi, İtaka, Nyu-York, ABŞ
- 2008 Meyer qülləsi, Tel-Əviv, İsrail
- 2008 Ara Pakis Muzeyi, Roma, İtaliya
- 2010–2014 "Bodrum Houses", Bodrum, Türkiyə
İşləri
redaktə-
Barselona Müasir Sənətlər Muzeyi
-
Ateneum
-
Televizor və Radio Muzeyi
-
Yüksək İncəsənət Muzeyi
Xarici keçidlər
redaktə- Rəsmi sayt
- Bodrum houses Arxivləşdirilib 2014-07-31 at the Wayback Machine
- ↑ Richard Meier // Kunstindeks Danmark (dan.).
- ↑ Richard Meier // Encyclopædia Britannica (ing.).