Revaz Dzodzuasvili - Wikipedia
Revaz Dzodzuaşvili (tam adı: Revaz Mixayloviç Dzodzuaşvili, gürc. რევაზ მიხეილის ძე ძოძუაშვილი, translit. Revaz Mixeylis dze Dzodzuaşvili; 10 aprel 1945[1] və ya 15 aprel 1945, Kutaisi) — müdafiəçi mövqeyində çıxış etmiş keçmiş SSRİ və Gürcüstan futbolçusu, futbol məşqçisi. SSRİ-nin beynəlxalq dərəcəli idman ustası (1972).
49 dəfə SSRİ milli futbol komandasının formasını geyinmiş; bu yığmanın tərkibində 1970-ci ildə Futbol üzrə Dünya Çempionatında, 1972-ci ildə isə Futbol üzrə Avropa Çempionatında və Münhendə keçirilən Yay Olimpiya Oyunlarında iştirak etmişdir. SSRİ milli futbol komandası ilə Yay Olimpiya Oyunlarında bürünc, Futbol üzrə Avropa Çempionatında isə gümüş medal qazanmışdır. Futbol üzrə Avropa Çempionatında komanda yoldaşları — Murtaz Xurtsilava və Yevgeni Rudakovla birgə turnirin rəmzi komandasına seçilmişdir.
Bioqrafiya
redaktəOyunçu karyerası
redaktəTorpedo Kutaisi futbol məktəbinin yetirməsidir. 9-cu sinifdən etibarən (1962), İmereti komandasında oynadı.
- ↑ 1 2 Revaz Dzodzuashvili // Transfermarkt (çd.). 2000.