Respublika Perinatal Merkezinde Yangin 2024 - Wikipedia
Respublika Perinatal Mərkəzində yanğın — 2024-cü il yanvarın 9-da saat 3:35-də Xətai rayonu ərazisində Respublika Perinatal Mərkəzində baş vermiş yanğın hadisəsidir. Yanğın nəticəsində yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşaq ölmüşdür.
Respublika Perinatal Mərkəzində yanğın | |
---|---|
| |
Tarix | 9 yanvar 2024 |
Yeri | Respublika Perinatal Mərkəzi |
Qurbanlar | |
Ölənlərin sayı | 4 nəfər |
Xəsarət alanlar | 3 nəfər |
Təxliyyə olunanlar | 60 uşaq |
Hadisə
redaktə2024-cü il yanvarın 9-da saat 03:35-də[1] Respublika Perinatal Mərkəzinin dördüncü mərtəbəsində yanğın baş vermişdir.[2] Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev yanğının bir otaqda 35 m² sahəni əhatə elədiyini, binanın dörd və üçüncü mərtəbələrində olan pasiyent və personalın təxliyə olduğunu bildirmişdir.[3] Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən təxliyə işləri aparılmışdır. Hadisə yerinə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov və fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev gəlmişdir.[4][5] Qısa müddət ərzində söndürülmüşdür. Hadisə yerinə həmçinin Daxili İşlər Nazirliyinin polisləri də səfərbər edilmişdir.[6] Yanğının birinci saatlarında TƏBİB-in İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Zamirə Ədilova 50-ə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadın) təxliyəsinin reallaşdığını, 1 nəfər mühafizəçisinin isə tüstüdən zəhərlənmə səbəbi ilə hospitalizasiya olunduğunu bildirmişdir.[7] Səhər saat 6 radələrində hadisə yerində olan TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov RPM-də stasionar müalicə alan 90 nəfərdən 50-si təxliyə olunduğunu, xəstələrin təxliyəsi davam etdiyini qeyd etmişdir.[8]
Səhər saat 10:00-da Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yaymışdır. Məlumatda yanğının qısa müddətdə söndürüldüyü, aidiyyəti dövlət orqanlarının operativ fəaliyyəti nəticəsində RPM-də olan şəxslərin təxliyə olunduğu bildirilmişdir. Baş Prokurorluğun rəhbər vəzifəli şəxslərinin qatılımı ilə hadisə yerinin müayinəsi, eləcə də zəruri və təxirəsalınmaz istintaq tədbirləri aparılmışdır. Hadisə nəticəsində 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə hospitalizasiya olunmuş, RPM-in Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın isə meyiti tapılmışdır. Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanmışdır.[9]
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavini Anar İsrafilov baş vermiş yanğın hadisəsi ilə bağlı TƏBİB tərəfindən xəstələrin dərhal təxliyəsinə başlanılıdığını, 60 uşağın TƏBİB-in tabeliyində olan 6 tibb müəssisəsinə təxliyə olunduğunu, həmin uşaqların yanıq xəsarəti və ya tüstüdən boğulma diaqnozlarının olmadığını bildirmişdir.[10][11]
Kliniki Tibbi Mərkəzin (KTM) Yenidoğulmuşlar şöbəsinin uzman pediatr-neanotoloqu Aysel Qədimova şöbəyə gətirilən 15 uşaqdan 6-sının vəziyyətinin ağır olduğunu bildirmişdir. Durumu ağır olan 6 uşaqdan 3-ü süni tənəffüs aparatına, digər 3-ü isə sipap aparatına qoşulub. Həmçinin yanğınla əlaqəli təxliyə olunan 26 yenidoğulmuşdan 15-i KTM-in Yenidoğulmuşlar şöbəsinə, 11-i isə Ə. Qarayev adına 2 saylı Uşaq Xəstəxanasına yerləşdirilmişdir.
Başsağlığı mesajları
redaktə- İsrail səfirliyi özünün rəsmi "X" hesabında baş vermiş faciə ilə bağlı başsağlığı vermişdir: "Respublika Perinatal Mərkəzində 4 dəyərli körpənin həyatına son qoyan dəhşətli yanğın xəbəri bizi çox kədərləndirdi. Bu ağır gündə düşüncələrimiz Azərbaycan xalqının yanındadır və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!"[12][13]
- ABŞ səfirliyi özünün rəsmi "X" hesabında baş vermiş faciə ilə bağlı başsağlığı vermişdir: "Bu gün Respublika Perinatal Mərkəzində baş verən yanğında həyatını itirən dörd körpənin ailələrinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin. Biz, həmçinin, xəsarət alanların tezliklə sağalmasını arzu edirik".[14][15]
İstinadlar
redaktə- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "TƏBİB: Baş verən yanğınla əlaqədar 50-yə qədər pasiyentin təxliyəsi reallaşıb". www.azertag.az ( (az.)). 01.01.2024. 2024-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
- ↑ Report İnformasiya Agentliyi. "Baş vermiş yanğının təfərrüatları məlum olub - YENİLƏNİB". www.report.az ( (az.)). 01.01.2024. 2024-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Baş verən yanğın 35 m² sahəni əhatə edib". www.azertag.az ( (az.)). 01.01.2024. 2024-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Yanğın zamanı stasionar müalicə alan pasiyentlərin sayı açıqlanıb". www.azertag.az ( (az.)). 01.01.2024. 2024-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "FHN: Baş verən yanğın qısa müddətdə söndürülüb VİDEO". www.azertag.az ( (az.)). 01.01.2024. 2024-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "DİN: Baş verən yanğınla bağlı polislər dərhal hadisə yerinə səfərbər edilib". www.azertag.az ( (az.)). 01.01.2024. 2024-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
- ↑ Report İnformasiya Agentliyi. "TƏBİB: Yanğında bir nəfər tüstüdən zəhərlənib". www.report.az ( (az.)). 01.01.2024. 2024-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
- ↑ Report İnformasiya Agentliyi. "TƏBİB yanğın zamanı RPM-də pasiyentlərin sayını açıqlayıb". www.report.az ( (az.)). 01.01.2024. 2024-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
- ↑ Report İnformasiya Agentliyi. "RPM yanğınında 4 uşaq ölüb, 3 nəfər tüstüdən zəhərlənib, cinayət işi başlanıb". www.report.az ( (az.)). 01.01.2024. 2024-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Anar İsrafilov: 60 uşaq TƏBİB-in tabeliyində olan 6 tibb müəssisəsinə təxliyə olunub VİDEO". www.azertag.az ( (az.)). 01.01.2024. 2024-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
- ↑ Report İnformasiya Agentliyi. "Yanğın zamanı 60 uşaq təxliyə olunub, vəziyyətləri nəzarətdədir". www.report.az ( (az.)). 01.01.2024. 2024-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
- ↑ Report İnformasiya Agentliyi. "İsrail səfirliyi Azərbaycana başsağlığı verib". www.report.az ( (az.)). 01.01.2024. 2024-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
- ↑ Oxu.az xəbər portalı. "İsrail səfirliyi Azərbaycana başsağlığı verdi - FOTO". www.oxu.az ( (az.)). 01.01.2024. 2024-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
- ↑ Report İnformasiya Agentliyi. "ABŞ səfirliyi Azərbaycana başsağlığı verib". www.report.az ( (az.)). 01.01.2024. 2024-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.
- ↑ Milli.az xəbər portalı. "ABŞ səfirliyi Azərbaycana başsağlığı verdi". www.news.milli.az ( (az.)). 01.01.2024. 2024-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2024.