Rene Maqrit - Wikipedia
René François Ghislain Magritte (fransız: [magʁit]; 21 noyabr 1898[1][2][…], Lessin[d], Eno[4][5] – 15 avqust 1967[3][4][…], Sxarbek[d], Brüssel paytaxt vilayəti[d][6]) Belçika əsilli sürrealist rəssamdır. O sürrealist üslubda insanları düşünməyə vadar edən ecazkar və sirli rəsmləri ilə məşhurlaşmışdır.
Rene Magritte | |
---|---|
fr. René François Ghislain Magritte | |
Doğum tarixi | 21 noyabr 1898[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 15 avqust 1967[3][4][…] (68 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | mədəaltı vəzin xərçəngi |
Fəaliyyəti | rəssam, illüstrasiyaçı[d], boyakar[d], fotoqraf, rəssam-qravürçü[d], kinematoqraf[d], heykəltaraş, memarlıq çertyojçusu[d], kollaj hazırlayan[d], qrafika ustası[d], vizual incəsənət rəssamı |
Təhsili |
|
Janrlar | Animalistika[4], peyzaj[4], nü[4], portret[4], natürmort[4], sürrealizm |
Tanınmış işləri | |
magritte.be/en/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəRené Magritte 1898-ci ildə Belçikanın Lessines şəhərciyində dünyaya göz açmışdır. Atası dərzi, anası isə qadın papaqçısı olan Magrette-in ilk gənclik illəri haqqında çox az məlumat mövcuddur. O ilk rəsm dərslərinə 1910-cu ildə getməyə başlamışdır. 1912-ci ilin mart ayında onun anası özünü çaya ataraq intihar etmişdi. Daha əvvəllər də intihara cəhd edən anasına atası bir neçə dəfə mane olmuş, onu öz otağında günlərlə bağlı saxlamışdı, lakin bir gün o bu bağlı otaqdan çıxa bilir və günlərlə itkin düşür. Sona onun cəsədi çaydan tapılır. Deyilənə görə, 13 yaşlı Magritte anasının cəsədi sudan çıxarılanda orda imiş, lakin daha sonrakı araşdırmalar bu hadisəni inkar edir.
Anasının intiharının Rene-nin yaradıcılığına olduqca böyük təsiri olduğu irəli sürülür. Məsələn, Magritte-nin ən məşhur əsərlərindən biri olan Les Amants (Sevgililər) rəsmi də bu hadisənin təsiri ilə çəkildiyini düşünənlər var. Belə ki, anasının cəsədi tapılanda onun paltarının üzünü örtüyünü deyirlər və bu da 1927–1928-ci illərdə üzü örtülü insan rəsmləri seriyası çəkən Magritte-in də bu hadisənin təsiri altında rəsmlərini çəkdiyi irəli sürülmüşdür. Rene Magritte özü isə bu barədə danışmağı qətiyyən sevmirdi.
1916–1918-ci illərdə Brüsseldə Académie Royale des Beaux-Arts adlı təhsil müəssisəndə oxuyur və daha sonra burda tanış olduğu Georgette Berger ilə birlikdə 1922-ci ildə ailə həyatı qururlar. Maqrit 1926 ilə qədər kağız məhsulları fabrikdə plakatların və reklam rəssamı kimi çalışmışdır. Magritte Sento Brüssel qalereyası ilə müqavilə bağlayaraq öz həyatını rəssamlığa həsr etdi. 1926 ildə Magritte sürrealistik janrda olan "The Lost Jokey" əsərini yaradir və onu ilk uğurlu əsər kimi qiymətləndirir. 1927-ci ildə o, ilk sərgisini təşkil edir. Tənqidçilər bu sərgini uğursuz hesab ediblər, Magritte və Georgette Parisə getdilər, orda Andre Bretonla tanış olub və onun sürrealist klubuna daxil olub. Maqrit öz fərdiliyi itirmədi, əksinə Magritte-in bu kluba qoşulması onun özünəməxsus və unikal stilin formalaşmasına böyük rol oynayıb. İkinci Dünya müharibəsi zamanı Magritte rəsmlərin üslubunu və rənglərini dəyişir: rəssam hesab edir ki insanları şadlandırmaq və onlara ümid aşılamaq lazımdı, lakin müharibədən sonra Magritte əvvəlki üsluba qayıdır, öz rəsmləri təkmilləşdirir və, nəhayət, özünəməxsus stil yaradır.
1967 il avqustun 15 Magritte mədəaltı vəzin xərçəngi xəstəlikdən vəfat etmişdi. O, Şharbey qəbiristanlığında dəfn olunmuşdu.
Fəlsəfəsi və üslubu
redaktəMagritte ilk rəsm əsərlərini 1915-ci ildə çəkməyə başlamışdır. Bu əsərləri impressionizm üslübunda idi. 1916-cı ildən 1918-ci ilə qədər Brüsseldə Académie Royale des Beaux-Arts-da Constant Montald da içində olmaqla müxtəlif müəllimlərdən dərs alan Magritte, bu dərsləri o qədər də maraqlı hesab etmədi. 1918–1924-cü illər ərzində çəkdiyi rəsmlər futurizm üslubunda və fiqurativ Kubizm üslubunda olmuşdur, lakin Corco de Kirikonun metafizik rəngkarlığı ilə yaxından tanış olduqdan sonra yaradıcılığına yeni istiqamət verir.
Mavi işıqlı səmanın onun rəsmlərində özünəməxsus yeri var. Donuq insan fiquru səmanın maviliyində sanki canlanır. "Bəşər oğlu" onun dünyada ən məşhur rəsmlərindən biridir. Aydın səmanın fonunda tünd rəngli palto və şlyapada orta yaşlı kişinin üzündən yaşıl alma asılıb. Adəm peyğəmbərin cənnətdən enməsinə səbəb olan almanın, necə deyərlər, acı nəticəsi, insanların nəfsinə, iradəsinə hakim kəsilə bilməməsinə işarədir. Maqritin rəsmləri müstəqil və təlaşsız üslubla xarakterizə olunur. Onun rəsmlərində sadə obyektlərin qeri-adı birləşməsi diqqəti cəlb edir, heyrətləndirir və düşünməyə məcbur edir.
İstinadlar
redaktə- ↑ 1 2 Itaú Cultural René Magritte // Enciclopédia Itaú Cultural (порт.). São Paulo: Itaú Cultural, 2001. ISBN 978-85-7979-060-7
- ↑ 1 2 René Magritte // Nationalencyklopedin (швед.). 1999.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 5 6 7 8 9 RKDartists (nid.).
- ↑ 1 2 The Fine Art Archive.
- ↑ 1 2 http://www.magrittemuseum.be/index.php/en/museum-2/history/.