Raziyye Rustemova - Wikipedia
Raziyyə_Rüstəmova - Haqqında Məlumat
Raziyyə Əli qızı Rüstəmov— ( 14 iyul 1936-cı il, Noraşen rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1966), əmək qabaqcılı.[1]
Raziyyə Rüstəmov | |
---|---|
azərb. Raziyyə Əli qızı Rüstəmov | |
Doğum tarixi | |
Doğum yeri | Noraşen rayonu, Qarahəsənli (Şərur) kəndi |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Atası | Əli |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | pambıqçı |
Mükafatları |
|
Həyatı
redaktə- 1936-cı il iyul ayının 14-də, keçmiş Noraşen rayonunun (Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının hazırkı Şərur rayonu) Qarahəsənli kəndində anadan olmuşdur.
- Əmək fəaliyyətinə 1955-ci ildə İlyiçevski rayonunun "SSRİ-nin 50 illiyi" (daha əvvəl "Şura" kolxozu) adlı kolxozunda sıravi kolxozçu kimi başlamışdır.
- Daha sonra manqa başçısı olmuşdur.
- 1972-ci ildən həmin kolxozda üzümçü kimi işləmişdir.
- 1965-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur.
- Hazırda pensiyaçıdır.[1]
Mükafatlar
redaktə- 1966-cı il aprel ayının 30-da SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə Rüstəmova Raziyyə Əli qızı xam pambıq istehsalının genişləndirilməsində əldə edilən nailiyyətlərə görə Sosialist Əməyi Qəhərəmanı adına layiq görülmüşdür.[1]
- O, eyni zamanda "Lenin ordeni", "Çəkic və Oraq" qızıl medalı ilə mükafatlandırılmışdır.
- 2002-ci il oktyabrın 2-də Azərbaycan Respublikasının prezidentiin sərəncamı ilə Azərbaycanın elm və təhsil, mədəniyyət və icəsənət, iqtisadiyyat və dövlət idarəçiliyi sahələrindəki böyük xidmətlərinə görə Rüstəmova Raziyyə Əli qızı Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 236. ISBN 5-8066-1468-9.