Raziye Xatun - Wikipedia
Sultan Raziyə bəyim (Farsca/Urduca: رضیہ سلطانہ, Hindcə: रज़िया सुल्ताना), (1205–1240), Dehli sultanlığının sultanı, (1236–1240) şairə. İlk qadın sultan[2]
Sultan Raziyə bəyim | |
---|---|
Dehli sultanı[d] | |
10 noyabr 1236 – 13 oktyabr 1240 | |
Əvvəlki | Sultan Rüknəddin Firuz |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1205 və ya 1211[1] |
Vəfat tarixi | 13 oktyabr 1240 |
Fəaliyyəti | rəhbər |
Atası | Şəmsəddin Eltutmuş |
Ailəsi | Müəzzilər dövləti |
Dini | sünni islam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİspaniyadan İndoneziyaya qədər üç kontinentin ərazisində yerləşən bütün müsəlman ölkələri üçün taxta çıxan ilk qadın Dehli türk müsəlman dövlətinin sultanı Raziyə xatın olmuşdu. Bu dövlətin hökmdarı Şəmsəddin Eltutmuş (1211–1236) taxtın varisliyini bu yolla (varislik) taxta malik olmuş yeganə müsəlman qadın olan qızı Raziyə xatına vermişdi. Sultanın hakimiyyəti hədd-buluğa çatmış oğulları ola-ola qızına verməsi ilə bağlı ətrafdakıların etirazına cavab olaraq o söyləmişdi ki, oğlanları əksər vaxtını sərxoşluqla və eyş-işrətdə keçirir, onlardan heç biri dövləti idarə etmək səviyyəsində deyil. Raziyə isə hökmdara məxsus olan ən gözəl keyfiyyətlərə malik idi: cəsur döyüşçü, elm adamlarını sevən, onların qayğısına qalan bir insan idi. Sultan Eltutmuşun ölümündən sonra Raziyə xatın müvəqqəti olaraq taxtan salındı. Hakimiyyətə qayıtdıqdan sonra o, birinci növbədə taxt iddiasında olan və digər qardaşını öldürmüş qardaşı ilə hesablaşdı. Raziyə xatın hamının unutmuş olduğu yaxud qardaşının hökmdarlıq etdiyi dövrdə əməl olunmayan Şəmsiyyə sülaləsinin ənənələrini və qaydalarını bərpa etdi və məhkəmə işlərini öz əlinə aldı.
Rəiyətinə qarşı o, daha rəhmdil idi. Onun hökmdarlığının ilk illərində tökülən sikkələrdə o, "Umdat annisvan mələkə – i zaman sultan Raziyyə binti Şəmsəddin Eltutmuş" ("Qadınların həmdəmi, dövrünün hökmdarı sultan Raziyə, Şəmsəddin Eltutmuşun qızı") titulunu həkk etdirməyi əmr etmişdi. Demək olar ki, dörd il (1236–1240) o, rəsmi və faktiki olaraq böyük bir ölkəni idarə etmişdi. O imanlı və güclü bir dövlət başçısı idi. Raziyə xatın Dehlidəki dini fanatizmlə bağlı üsyanı, iri türk əmirlərinin onun hakimiyyətini devirmək üçün vəzirlə birlikdə qaldırdığı üsyanları yatırtmalı, öz dövlətinin sərhədlərini möhkəmləndirmək üçün hərbi yürüşlər keçirməli olmuşdu. Qadın paltarını kişi libasına dəyişərək və yay-oxla silahlanaraq o, çox zaman xalq arasına çıxardı.
1240-cı ildə sultan Raziyə taxtdan salındı və qalada dustaq edildi, lakin onun populyarlığı ikinci dəfə Dehli sultanatına sahib olmaq məqsədi ilə ətrafında özünə həmfikirlər toplamağa imkan verdi, amma cəhdi baş tutmadı. Sultan Raziyə məğlub oldu. Onun məqbərəsi isə səcdə yerinə çevrildi. Sadalanmış hərbi və inzibatçılıq xüsusiyyətlərindən savayı, sultan Raziyə həm də poetik qabiliyyəti ilə seçilirdi. Ölümündən sonra onun Şirin Dihləvi və Şirin Quri təxəllüsləri adı altında yazılmış şeirləri qalmışdı
Populyar mədəniyyətdə
redaktə- Ədəbiyyat
Sultan Raziyə bəyimin həyat tarixçəsi və sultanlıq fəaliyyəti əfsanələr, rəvayətlər, romanlar süjetinə çevrilib. Onun həyatı ilə bağlı onlarla monaqrafiya yazılıb.
- Kinematoqraf
- 1961 — "Raziyə Sultan" (ing. Razia Sultana), rejissor Devendra Qoelin filmi.
- 1983 — Raziyə Sultan (film, 1983), Hindistanda rejissor Kamal Əmrahinin, aktyorlar Dərməndər və Hema Malininin oynadığı film.
İstinadlar
redaktə- ↑ Dictionary of Women Worldwide (ing.): 25,000 Women Through the Ages. / A. Commire, D. Klezmer Detroit: Gale, Yorkin Publications, 2006. 2572 p. ISBN 978-0-7876-7585-1
- ↑ "İslam Devletinde Kadın Hükümdarlar", Türk Tarih Kurumu Basımevi, Ankara, 1965.