Rayan Qravenberx - Wikipedia
Rayan Ciro Qravenberx (16 may 2002-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur.[2]
Rayan Qravenberx | |||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
nid. Ryan Gravenberch | |||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||
Tam adı | Rayan Ciro Qravenberx[1] | ||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||
Doğum yeri | Amsterdam, Niderland | ||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||
Boyu | 190 sm | ||||||||||||||||||||||||||||||
Çəkisi | 77 kq | ||||||||||||||||||||||||||||||
Mövqeyi | Yarımmüdafiəçi | ||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||
Klub | Ayaks | ||||||||||||||||||||||||||||||
Nömrəsi | 38 | ||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Klub karyerası
redaktəAyaks
redaktəQravenberx Amsterdam akademiyası vasitəsilə inkişaf etmişdir.[3] O, 2010-cu ildə akademiya ilə müqavilə imzalamışdır.[4] 7 iyun 2018-ci ildə Rayan Ayaks akademiyasının ən yaxşı istedadlı oyunçusuna verilən Abdelhak Nuri Trofeyinin ilk qalibi olmuşdur.[5] O, həmin gün klub ilə 2021-ci ilə qədər olan ilk peşəkar müqaviləsini imzalamışdır.[6] Qravenberx öz peşəkar karyerasında debütünü 24 avqust 2018-ci ildə Dordrext klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 5-2 hesabı ilə qalib gəlmişdir.[7]
Qravenberx Ayaks klubu ilə debütünü 23 sentyabr 2018-ci ildə PSV Eyndhoven klubuna qarşı oyunda etmişdir. Erediviziya görüşündə Ayaks rəqibinə 0-3 hesabı ilə məğlub olmuşdur. 16 yaş və 130 günlüyündə meydana daxil olan Qravenberx 16 yaş və 242 günlüyündə meydana çıxan Klarens Zedorfun rekordunu yeniləyərək[8], Erediviziyada meydana çıxan ən gənc Ayaks futbolçusu kimi tarixə düşmüşdür.[9]
Milli karyerası
redaktəQravenberx Niderland millisinin müxtəlif yaş qruplarında çıxış edir. 5 sentyabr 2018-ci ildə 16 yaşı olarkən İngiltərə U-19 millisi ilə yoldaşlıq oyunu üçün Niderland U-19 millisinə dəvət almış və millisi rəqibinə 1-4 hesabı ilə məğlub olmuşdur.
Şəxsi həyatı
redaktəQravenberx Amsterdam şəhərində anadan olmuşdur.[10] Valideynləri isə Surinam vətəndaşlarıdır.[11] Qravenberxin böyük qardaşı Danzell Qravenberx də peşəkar futbolçudur.[12]
Karyera statistikası
redaktə- 9 noyabr 2018 tarixində yenilənib [2]
Klub | Mövsüm | Liqa | Ölkə Kuboku | Kontinental1 | Digər2 | Ümumi | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Diviziya | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Yonq Ayaks | 2018–19 | Eerste Diviziya | 8 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 8 | 0 |
Ayaks | 2018–19 | Erediviziya | 1 | 0 | 1 | 1 | 0 | 0 | 0 | 0 | 2 | 1 |
Ümumi karyera | 9 | 0 | 1 | 1 | 0 | 0 | 0 | 0 | 10 | 1 |
1UEFA Çempionlar Liqası görüşləri daxildir.
2Niderland Superkuboku görüşləri daxildir.
Uğurları
redaktəMilli komanda
redaktəİstinadlar
redaktə- ↑ "Family tree of Ryan Jiro Gravenberch". Geneanet. 2018-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-09.
- ↑ 1 2 "Netherlands - R. Gravenberch - Profile with news, career statistics and history - Soccerway". soccerway.com. 2019-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-22.
- ↑ "Alla scoperta di Ryan Gravenberch, il Pogba di casa Ajax". footballscouting.it. 4 febbraio 2018.
- ↑ "Toptalent Ryan Gravenberch uit Zuidoost tekent bij Ajax - Bijlmer en Meer". 10 July 2018. 23 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2018.
- ↑ "Ajax renames talent award after Abdelhak Nouri". 8 June 2018. 2 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2018.
- ↑ "Gravenberch and Brobbey sign first Ajax contracts - Football Oranje". 7 June 2018. 23 September 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 November 2018.
- ↑ "Ajax II vs. Dordrecht - 24 August 2018 - Soccerway". us.soccerway.com. 4 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2018.
- ↑ "Il Milan sulle tracce di Ryan Gravenberch: l'uomo dei record è il nuovo pupillo di Raiola". 90min.com. 10 ottobre 2018. 2018-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-09.
- ↑ "Cookies op gelderlander.nl - gelderlander.nl". www.gelderlander.nl. 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-09.
- ↑ "Storico Gravenberch: è il marcatore più giovane della storia dell'Ajax". goal.com. 27 settembre 2018. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-09.
- ↑ "Ryan Gravenberch - Football-Wonderkids". 2018-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-09.
- ↑ "Ryan Gravenberch, een Raiola-diamant die wél bij Ajax blijft: "Wil eerste halen"". Elfvoetbal.nl. 2020-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-09.