Ravil Qaynutdin - Wikipedia
Ravil Qaynutdin — Moskva Ali İslam Ruhani Kollecinin professoru, Beynəlxalq Slavyan və Beynəlxalq İnformatizasiya akademiyalarının, eləcə də Rusiya prezidenti yanında Dini Qurumlarla İş üzrə Şuranın üzvü, Rusiya Müftilər şurasının sədri.
RAVIL QAYNUTDIN | |
---|---|
Ravil İsmayıl oğlu Qaynutdinov | |
| |
Doğum tarixi | |
Doğum yeri | Tatarıstan, Şali |
Təhsili | |
Fəaliyyəti | mufti, ictimai xadim |
Elmi dərəcəsi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəRavil İsmayıl oğlu Qaynutdinov 1959-cu il avqust ayının 25-də Tatarıstan Respublikasının (TR) Şali rayonunda tatar ailəsində anadan olub.
Hal-hazırda Rusiya Federasiyası (RF) Müftilər Şurasının sədridir. Etnik baxımdan tatar olan R.Qaynutdin RF İctimai Palatasının da üzvüdür.
Dini fəaliyyəti
redaktəGənc yaşlarında Kazan televiziyasında rejissorun köməkçisi işləyən Ravil 1979-cu ildə Özbəkistanın Buxara şəhərinin "Mir Ərəb" mədrəsəsinə daxil olur. Mədrəsədə təhsilini fərqlənmə diplomu ilə başa vurduqdan sonra o, Kazanın ikinci "Nur İslam" mərkəzi məscidinın ilk imam-xətibi təyin olunur.
Qaynutdin 1985-ci ildə Ufada RF və Sibir Müsəlmanları Ruhani İdarəsinin məsul katibi seçilir. 1987-ci ildə Moskva Cümə Məscidinin imam-xətibi, bir il sonra isə həmin məscidin Baş imam-xətibi seçilir. R.Qaynutdin 1991-ci ildə Moskva və Moskvaətrafı bölgəsi üzrə İslam Mərkəzinin prezidenti vəzifəsinə təyin olunur.
1994-cü il yanvar ayının 29-da Rusiya Müsəlmanları Ruhani İdarəsi Mərkəzi-Avropa regionunun müftisi seçilən R.Qaynutdin 2 il sonra isə Rusiya Müftilər Şurasının sədri olur.
R.Qaynutdin Moskva Ali İslam Ruhani Kollecinin professoru, Beynəlxalq Slavyan və Beynəlxalq İnformatizasiya akademiyalarının, eləcə də Rusiya prezidenti yanında Dini Qurumlarla İş üzrə Şuranın üzvüdür.
Mükafatları
redaktə1997-ci ildə Rusiya prezidenti tərəfindən "Dostluq" ordeni ilə təltif olunan R.Qaynutdin 2004-cü il yanvar ayının 15-də konfessiyalararası əməkdaşlığa və vətəndaş sülhünün möhkəmləndirilməsindəki əməyinə görə "Şərəf" ordeninə layiq görülür.
R.Qaynutdin 2009-cu il sentyabr ayının 11-də Vətən qarşısındakı xidmətlərinə - ölkənin mənəvi mədəniyyətinin inkişafına və xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə IV dərəcəli ordenlə təltif olunub.
Mənbə
redaktə- Ravil Qaynutdin kimdir? Arxivləşdirilib 2009-11-18 at the Wayback Machine