Raul Kastro - Wikipedia
Raul Modesto Kastro Rus (İspanca tələffüz: [raˈul moˈðesto ˈkastɾo ˈrus]; 3 iyun 1931[1][2][…], Biran) — qardaşı Fidel Kastrodan sonra 2011–2021-ci illərdə təkpartiyalı kommunist dövlətində ən yüksək vəzifə olan Kuba Kommunist Partiyasının birinci katibi vəzifəsində çalışmış təqaüdçü kubalı siyasətçi və general.[3]
Raul Kastro | |
---|---|
isp. Raúl Modesto Castro Ruz | |
Qoşulmama Hərəkatının Baş katibi[d] | |
24 fevral 2008 – 16 iyul 2009 | |
Əvvəlki | Fidel Kastro |
Sonrakı | Hüsnü Mübarək |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 iyun 1931[1][2][…] (93 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Dini | Roma-Katolik kilsəsi |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | Ali Baş Komandan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəFidel Kastro Dövlət Şurasının sədri vəzifəsindən 2008-ci il fevralın 18-də istefa verib. O, 2006-cı ilin iyul ayında böyrəyində cərrahiyyə əməliyyatı keçiriləndən sonra ali dövlət postunu müvəqqəti olaraq qardaşına ötürmüşdü. Uzunmüddətli xəstəliyinə baxmayaraq F. Kastronun Xalq Hakimiyyəti Milli Assableyasına namizədliyi irəli sürülmüş və yanvarın 20-də keçirilən seçkidə o, qardaşı Rauldan 1 faiz az səs toplamışdı.
R. Kastro qardaşından 5 yaş kiçikdir. O, Dövlət Şurası sədrinin birinci müavini idi.
F. Kastro 2001-ci ildə Havanada keçirilən mitinqdə huşunu itirəndən sonra qardaşını öz varisi elan etmişdi.
Kuba parlamenti 2008-ci il fevralın 24-də 76 yaşlı Raul Kastronu ölkədə ən ali vəzifəyə — Dövlət Şurasının sədri vəzifəsinə seçib.
Raul Kastro 1959-cu ildən Kubanın lideri olan Fidel Kastronun qardaşı və silahdaşıdır[4].
İstinadlar
redaktə- ↑ 1 2 Erikson D. P. Raul Castro // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Raúl Modesto Castro Ruz // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ "Raul Castro to lead Cuba's Communist Party until 2021". France 24. 19 April 2018. 18 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 August 2022.
I confirm to this assembly that Raul Castro, as first secretary of the Communist Party, will lead the decisions about the future of the country,' Diaz-Canel said.
- ↑ RAUL KASTRO KUBA DÖVLƏTİNİN RƏHBƏRİ OLDU [ölü keçid]