Rauf Sahbazov - Wikipedia
Rauf Oktay oğlu Şahbazov (1970, Qubadlı) — Tibb üzrə fəlsəfə doktoru, Virciniya ştatındakı Universitet Xəstəxanasının həkimi, Azərbaycan-Amerika Tibb Assosiasiyasının rəhbəri.[1], Nyu-York ştatında yerləşən Albany Tibb Mərkəzinin yeni yaradılan transplantalogiya cərrahiyyəsi şöbəsinin rəhbəri[2],[3]
Rauf Şahbazov | |
---|---|
Rauf Oktay oğlu Şahbazov | |
Doğum tarixi | |
Doğum yeri | Tarovlu, Qubadlı, Azərbaycan SSR, SSRİ |
İxtisası | müalicə-profilaktika |
Təhsili | Azərbaycan Tibb Universiteti |
Tanınır | transplantasiya üzrə cərrah |
Həyatı və təhsili
redaktəQubadlı rayonunun Tarovlu kəndində doğulub. 5 nömrəli kimya-biologiya təmayülü məktəbi qızıl medalla bitirib. 1993-cü ildə Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib.
Əmək fəaliyyəti
redaktəBakıdakı 5 nömrəli kliniki şəhər xəstəxanasında ümumi cərrah işləyib.Sonra üç il hərbi səhra hospitalında hərbi cərrah kimi fəaliyyət göstərib. Daha sonra Rauf Şahbazov 5 il Səudiyyə Ərəbistanının Əl-Taif şəhərindəki Kral Feysəl xəstəxanasında çalışıb. Klinika cərrahiyyə rezidentura təlimləri verdiyindən orada həm də Edinburq Cərrahlar Kollecinin standartlarina uyğun olaraq ümumi cərrahliq ixtisasina yiyələnib.
Bakıya qayıdandan sonra Xəzər Universitetinin tibb fakültəsində pedaqoji fəaliyyətlə məşğul olan cərrah N.Tusi klinikasında praktik fəaliyyətini də davam etdirib.
2007-ci ildən sonra iki il qardaş Türkiyənin Ankara şəhərindəki Başkənd Universitetində transplantasiya cərrahiyyəsi üzrə təlimlərdə iştirak edib. Həmin təlimlərdən sonra iki il Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasında transplantasiya əməliyyatları aparıb. Sonrakı bir il Elmi Cərrahiyyə Mərkəzində peşə fəaliyyətini davam etdirən Rauf həkim 2011-ci ildə Amerika Cərrahlar Kollecinin qrant layihəsində qalib gələrək Birləşmiş Ştatlarda Los-Anceles, Klivlend və Beylor klinikalarında qısamüddətli təcrübə keçib[4].
İctimai fəaliyyəti
redaktəRauf Şahbazov 2012-ci ildə "Amerika Cərrahlar Cəmiyyəti" tərəfindən ABŞ-yə dəvət alıb.
2015-ci ilədək Texas ştatının Dallas şəhərindəki "Baylor Universiteti"nin Tibb Mərkəzində mədəalti vəzin adacıq hüceyrələrinin transplantasiyası sahəsində elmi tədqiqatlarını davam etdirib, bu sahədə mütəxəssis olmuşdur.
2013–2014-cü illərdə "USMLE Step" imtahanlarını uğurla verərək, ABŞ-də həkim işləmək hüququnu qazanıb.
2015–2018-ci ilədək "Virciniya Universiteti"nin Tibb Mərkəzində böyrək və qara ciyər transplantasiyası ilə məşğul olub. 2018-ci ildən Nyu York ştatının Sirakuz şəhərindəki "Upstate Medical University"da həm müəllim və həm də transplantasiya üzrə cərrah işləyir. Mədəaltı vəz və adacıq hüceyrələri transplantasiyası proqramının rəhbəridir.
2017-ci ildə "Azərbaycan Amerika Tibb Assosasiyası"nı yaradaraq, ictimai fəaliyyətə başlayıb.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Rauf Şahbazovu tanıyaq". 2019-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-04.
- ↑ Azərbaycanlı həkimə ABŞ-da yüksək vəzifə verilib
- ↑ "Dr. Rauf Shahbazov Named Chief of Transplant Surgery at Albany Medical Center". 2023-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-02.
- ↑ "Virciniya ştatındakı Universitet Xəstəxanasının həkimi Rauf Şahbazov". 2019-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-04.