Ratusa - Wikipedia
Ratuşa - Haqqında Məlumat
Ratuşa və ya Bələdiyyə zalı (alm. Rathaus — sözün hərfi mənasında "Şura evi", pol. ratusz) — şəhər və ya qəsəbə rəhbərliyinin özunu idarə etmə orqanı və orqanın binası. Bələdiyyə binası, şəhər şurası, idarə binası anlaşılır.
Tarixi
redaktəRatuşalar ilk dəfə Almaniyada ticarət şəhərlərində meydana gəlib, daha sonra digər ölkələrə yayılır. Artıq orta əsrlərdə Ratuşa şəhərin özünü idarəetmə və müstəqillik əlamətinə çevrilmişdi.
Ölkəmizdə
redaktəÖlkəmizdə bu daha çox Bələdiyyə idarəsi kimi anlaşılır.
Digər ölkələrdə
redaktə- Almaniya: Rathaus — sözün hərfi mənasında "Şura evi"
- İngiltərə: Taun Holl (ing. Town Hall) və ya Şəhər binası (ing. City Hall) — Hərfi tərcümədə "şəhər iclas salonu"
- Fransa: Otel de ville (fr. Hôtel de ville) — hərfi tərcümədə şəhər şurasının evi.
- İtaliya: it. Palazzo comunale — hərfi tərcumədə Kommunal Bina
- Portuqaliya: port. Paços do concelho — hərfi tərcümədə Mahal sarayı
- Finlandiya : Raastuvankokous (fin RaasRådhusstämm)
- İsveç: Allman radstuga (isv. Allmän rådstuga)
- Rusiya : Ра́туша