Ramiz Rzayev Huquqsunas - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ramiz Yaqub oğlu Rzayev (25 fevral 1953, Xaçmaz) — Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq sədri, Azərbaycanın əməkdar hüquqşünası.
Ramiz Rzayev | |
---|---|
19 aprel 2005 – 6 mart 2023 | |
Əvvəlki | Südabə Həsənova |
Sonrakı | İnam Kərimov |
2000 – 2005 | |
Baş prokuror | Zakir Qaralov |
Əvvəlki | İsa Nəcəfov |
Sonrakı | Rüstəm Usubov |
17 iyun 1995 – 17 may 2000 | |
Baş prokuror | Eldar Həsənov (1995-2000) Zakir Qaralov (2000-2020) |
Əvvəlki | Nizami Təhməzov |
Sonrakı | Siyasət Alıyev (i.e.) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 fevral 1953 (71 yaş) |
Doğum yeri | |
Rütbəsi |
II dərəcəli dövlət ədliyyə müşaviri |
|
|
Təltifləri |
|
Həyatı
redaktəRamiz Rzayev 1953-cü il fevralın 25-də Xudat şəhərində anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1977–1979-cu illərdə həqiqi hərbi xidmət keçmişdir. 1979-cu ildən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda müstəntiq, 1981-ci ildən Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsində baş müstəntiq, 1983-cü ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında xüsusi mühüm işlər üzrə müstəntiq, 1991-ci ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında Xüsusi Mühüm İşlər üzrə İstintaq Şöbəsinin böyük prokuroru, 1992–1993-cü illərdə Dəvəçi (indiki Şabran) rayon prokuroru, 1993–1995-ci illərdə Beyləqan rayon prokuroru, 1995–2000-ci illərdə Azərbaycan Respublikasının Hərbi Prokuroru vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 25 may 1998-ci il tarixli fərmanı ilə general-mayor ali hərbi rütbəsi, 17 iyun 2000-ci il tarixli fərmanı ilə III dərəcəli, 17 yanvar 2002-ci il tarixli fərmanı ilə isə II dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi verilmişdir. 2000–2005-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini olmuşdur. 2005-ci ilin aprelin 19-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri olmuşdur. 2005-ci ildən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvüdür.
6 mart 2023-cü il tarixində Ramiz Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsi hakimliyi səlahiyyət müddəti bitmişdir.[1]
Ailəlidir, 3 övladı var.
Təltifləri
redaktə- Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2018-ci il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir[2]
- Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir[3]
- Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı verilmişdir.
- Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2004-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.
- Baş Prokurorun 23 fevral 2001-ci il tarixli əmri ilə "Prokurorluğun Fəxri işçisi" döş nişanı ilə təltif olunmuşdur.
- Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2023-cü il tarixli Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif olunmuşdur.
İstinadlar
redaktə- ↑ "Ramiz Rzayevin səlahiyyət müddəti bitib". 2023-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.
- ↑ "Azərbaycan Respublikası hakimlərinin və ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-14.
- ↑ "R. Y. Rzayevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-28.