Ramin Hacili - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ramin Rasim oğlu Hacılı (2 sentyabr 1983, Arayatılı, Füzuli rayonu) — siyasi aktivist; "Üçüncü gələcək" jurnalının təsisçisi və baş redaktoru. Azərbaycan Avropa Hərəkatının prezidenti[1] (2012 – indi).
Ramin Hacılı | |
---|---|
2014 – 7 iyul 2017 | |
Sədr | İqbal Ağazadə |
2006 – 2013 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 sentyabr 1983 (41 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı |
|
Həyatı
redaktəRamin Rasim oğlu Hacılı 2 sentyabr 1983-cü il tarixində Azərbaycan Respublikası, Füzuli rayonu, Arayatılı kəndində doğulub.[2] 1993-cü ildə erməni hərbi birləşmələrinin Füzuli rayonunu işğalı etməsi səbəbindən məcburi köçkün kimi ailəsi ilə birlikdə Bakı şəhərinə köç edərək vaqonda məskunlaşıb. Orta təhsilini Bakı şəhəri, Nizami rayonu 220 saylı tam orta məktəbdə başa vurub. 2002-ci ildən 2006-cı ilədək Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmələr fakültəsində Beynəlxalq Siyasi Münasibətlər ixtisası üzrə ali təhsil alıb. Türkiyə İstanbul Univeristetinin beynəlxalq münasibətlər ixtisası, ABŞ-də liderlik proqramı üzrə və Malta Respublikasının ixtisaslaşdırılmış ingilis dili kursunda təhsil alıb.
2002–2004-cü illərdə "Rəsulzadə — Elçibəy Ocağı"nın sədr müavini vəzifəsində çalışıb.
2005–2006-cı illərdə Dalğa Gənclər Hərəkatının təsisçilərindən biri və ilk sədri; 2007–2008-ci illərdə isə Dalğa Gənclər Hərəkatının təsis etdiyi "Demokratiya Məktəbi"nin direktoru olub. Hazırda "Demokratiya Məktəbi"nin təlimçisi, "Demokratiya Akademiyası"nın prezidentidir.[3]
2006–2007-ci illərdə ABŞ-nin Hüquqşünaslar Assosiasiyasının dəstəyi ilə Bakı şəhərində keçirilən "SAĞLAM TƏHSİL" kampaniyasına rəhbərlik edib.
2006-cı ilin sentyabr ayının 17–dən nəşr olunan gənclər üçün "Alma" ictimai–siyasi qəzetinin ideya müəllifi və koordinatoru olub.. Müxtəlif dövrlərdə dövrü mətbuatda məqalələrlə çıxış edib.
2006-cı ildə konfliktologiya üzrə xüsusi təlim alıb.
2007–2008-ci illərdə Dalğa GH-nın təsis etdiyi "Azərbaycan Demokratiya Məktəbi"nin (ADM) direktoru, 2008–2013-cü illərdə isə təlimçisi olub.
2008–2010-cu illərdə ABŞ-nin Demokratiyaya Yardım Fondunun (NED) dəstəyi ilə fəaliyyət göstərən "Demokratiya Akademiyası"nın prezidenti vəzifəsini icra edib.
2006–2013-cü illərdə Demokratik İslahatlar Partiyası Gənclər Təşkilatının sədri və partiyanın Siyasi Şurasının üzvü olub.
2009-cu ildə Türkiyənin Bursa şəhərində keçirilən "Türkiyə, Azərbaycan və Ermənistan münasibətləri" adlı konfransa qatılıb və nüfuzlu media qurumlarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqe bildirib. Bursa şəhərində Azərbaycan dövlət bayrağının qadağası barədə Türkiyə Cumhiriyyəti tərəfindən qəbul edilmiş qərarın dəyişdirilməsində aktiv iştirak edib. Bursa şəhərində keçirilən Ermənistan — Türkiyə milli komandaları arasında futbol yarışında qadağan olunan Azərbaycan bayrağını stadiona keçirə bilib və Ermənistan prezidenti Serj Sərkisyanın önündə açıb. Buna görə Bursa polisi tərəfindən saxlanılıb və barəsində araşdırma aparıldıqdan sonra sərbəst buraxılıb.
2010-cu ilin noyabr ayında keçirilən parlament seçkilərində, 24 saylı Nizami birinci seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyası ilə Demokratik İslahatlar Partiyasının təsis etdiyi Demokratiya Siyasi Partiyalar Blokunun namizədi olmuş və deputat seçilən Rövnəq Abdullayevdən sonra ikinci yeri tutmuşdur.[4]
2010-cu ilə Bakıda iki günlük səfərdə olan ABŞ dövlət katibi Hillari Klintonla görüşüb.
2010-cu il 7 noyabr tarixində keçirilən Azərbaycan Respublikasının Milli Məclisi seçkilərində Bakı şəhəri, Nizami rayonundan (24 saylı Nizami birinci seçki dairəsi üzrə) deputatlığa namizəd olub.
2011-ci ildən "Üçüncü gələcək" jurnalının təsisçisi və baş redaktorudur.
2012-ci il 17 fevral tarixində Beynəlxalq Avropa Hərəkatının (BAH) Azərbaycan nümayəndəliyi olan Azərbaycan Avropa Hərəkatının prezidenti seçilib. Azərbaycan Avropa Hərəkatının vitse-prezidenti və baş katibi olub (2011 iyun – 2012 fevral).[1]
2012-ci ildə ATƏT-in dəstəyi ilə həyata keçirilən "Gənclərin İctimai–Siyasi Fəallığının Artırılması üzrə Regional Təlimlər" layihəsinin koordinatoru olub.
2012-ci ildə Dünya Azərbaycanlılarının birləşdiyi Bütöv Azərbaycan Ocaqlarının (BAO) İdarə Heyətinin üzvü seçilib.
2013–2014-cü illərdə ABŞ Təhsilli Azərbaycan Məzunları Birliyi (AAA) İdarə Heyətinin üzvü olub.
2013-cü ildə Maltada təhsil alıb.
2013-cü ildə Beynəlxalq Avropa Hərəkatının təşəbbüsü ilə Ermənistanda keçirilən "Dağlıq Qarabağ münaqişəsinin həllində Vətəndaş Cəmiyyətinin rolu" mövzusunda müzakirələrdə Azərbaycan tərəfindən təmsilçi kimi İrəvan şəhərində səfərdə olub.[5]
2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Ümid Partiyasının vəkil edilmiş şəxs kimi iştirak edib.[6]
2014-cü ildə TEDx spikeri kimi çıxış edib.
2014–2017-ci illərdə Azərbaycan Azərbaycan Ümid Partiyası sədrinin Beynəlxalq Əlaqələr üzrə müavini vəzifəsində çalışıb.
2014–2015-ci tədris ilində ADA Universitetində Avropa Birliyi tarixindən dərs deyib.[7]
2014-cü ilin 9 oktyabr tarixində şairə-publisist Aysel Əlizadə ilə ailə həyatı qurmuşdur[8][9].
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Ümid Partiyasının səlahiyyətli nümayəndəsi kimi Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında qeydə alınmışdır.[10]
2015-ci il 1 noyabr tarixində keçirilən Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərində Bakı şəhəri, Nərimanov rayonundan (19 saylı Nərimanov birinci seçki dairəsi üzrə) deputatlığa namizəd olub.
2016–2017-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunan "Diqqət Azərbaycana!" və "Azərbaycanı dünyada necə tanıtmalı?" layihələrinə rəhbərlik edib. ri əks etdirən tezislər irəli sürüb.
2016–2017-ci illərdə Azərbaycan Avropa Hərəkatının təşəbbüsü ilə İngilis dili və Azərbaycan dilində nəşr olunan "Azərbaycanı dünyada necə tanıtmalı?" jurnallarının tərtibatçısı olub.
2016–2018-ci illərdə təhsil və turizm sahəsində fəaliyyət göstərən "No Border" Holdinqdə icraçı direktor, "ELEND" İntellektual Turizm Şirkətində konsultant, "EduTimes" Xaricdə Təhsil Agentliyində ekspert vəzifəsində çalışıb.
2017-ci ilin yanvar ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (DİN-in BMCMİ) tərəfindən qondarma ittihamlarla başladılan "cinayət işi"nə görə 4 oktyabr 2017-ci il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi barəsində 3 il müddətinə azadlığın məhdudlaşdırılması (şərti cəza) hökmü çıxarıb.
2017–2018-ci illərdə həbs olunduğu 4 iyun 2018-ci il tarixinə qədər Avropa Birliyinin dəstəyi ilə həyata keçirilən "Qız övladlarına qarşı ayrı-seçkiliyin aradan qaldırılması" layihəsinə rəhbərlik edib.
2018–2019-cu illərdə Azərbaycanın Dövlət Sərhəd Xidmətinin başlatdığı və DİN-in BMCMİ-nin davam etdirdiyi "cinayət işi" səbəbindən 4 iyun 2018-ci il tarixindən, 14 mart 2019-cu ilədək (9 ay 10 gün) həbsdə saxlanılıb.
2019-cu il 11 may tarixində "Biz Qarabağı istəyirik!" kompanıyasını başladıb və 8 iyunun Qarabağ Günü kimi qeyd olunması ideasını irəli sürüb. Dünyanın diqqətini Dağlıq Qarabağ münaqişəsinə çəkmək üçün 5 iyun tarixindən ayaqla təkbaşına Bakıdan yola çıxaraq Horadiz şəhərinə doğru 293 km "barış üçün piyada yürüş" edib.
2019-cu il 20 iyun tarixində "Red Fact" adlı internet televiziyanı təsis edib və Üçüncü Gələcək Jurnalını elektron formata keçirib.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 "European Movement Azerbaijan". EUROPEAN MOVEMENT INTERNATIONAL (ingilis). europeanmovement.eu. 18th February 2015. 2016-02-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-03.
- ↑ 24 NIZAMI BIRINCI SEÇKI DAIRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI Arxivləşdirilib 2021-11-07 at the Wayback Machine. infocenter.gov.az (az.)
- ↑ "Ramin Hacılı İqbal Ağazadənin müavini oldu" (az.). qafqazinfo.az. 23.06.2014. 2014-06-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-03.
- ↑ 2010-cu ilin noyabr ayında keçirilən parlament seçkilərinin nəticələri Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. infocenter.gov.az (az.)
- ↑ "Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılı Ermənistan səfərindən danışıb" (az.). amerikaninsesi.org. 23.10.2013. 2016-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-03.
- ↑ 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Ümid Partiyasının vəkil edilmiş şəxslərinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI Arxivləşdirilib 2022-07-15 at the Wayback Machine. msk.gov.az (az.)
- ↑ Ramin Hacılı ADA-da müəllim oldu Arxivləşdirilib 2014-12-31 at the Wayback Machine. lent.az, 29.12.2014 (az.)
- ↑ Ramin Hacılı və Aysel Əlizadənin toyundan REPORTAJ Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine. lent.az, 10.10.2014 (az.)
- ↑ Bakıda məşhur cütlüyün qeyri-adi toyu — FOTO Arxivləşdirilib 2014-12-26 at the Wayback Machine. milli.az, 10.10.2014 (az.)
- ↑ 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI Arxivləşdirilib 2022-07-22 at the Wayback Machine. msk.gov.az (az.)
Xarici keçidlər
redaktə- Ramin Hacılının rəsmi veb-bloqu: rhacili.blogspot.com
- Ramin Hacılının Facebook profili
- Nərgiz. ""Azərbaycanda yeni mərhələyə start verdik"". "Yeni Müsavat" qəzeti (az.). musavat.com. 11 dekabr 2013. İstifadə tarixi: 2015-04-03.