Rafiq Quliyev Operator - Wikipedia
Rafiq Səfər oğlu Quliyev (27 fevral 1957, Bakı) — Azərbaycan kinooperatoru, rejissor, ssenarist, prodüser və montaj rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi (2005), "Şöhrət" ordeni laureatı (2018).
Rafiq Quliyev | |
---|---|
Rafiq Səfər oğlu Quliyev | |
Doğum tarixi | 27 fevral 1957 (67 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | kinematoqraf |
Təhsili | |
Mükafatları |
|
Həyatı
redaktəRafiq Quliyev 27 fevral 1957-ci ildə Bakı şəhərində anadan olub. 1975-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu, 1987-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun "Kinooperatorluq" fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Rejissor M. Kosırevlə çəkdiyi "Gənc Mixailin görüntüsü" adlı diplom filmi xüsusi diqqət çəkərək Monreal film festivalında "Ən yaxşı film" və "Ən yaxşı fantaziya" mükafatlarına layiq görülüb və festival rəhbərliyi tərəfindən "Tələbə Filmlərinin Ümumdünya Proqramı"na salınaraq London, Berlin, Rimini, eləcə də digər film festivallarında nümayiş etdirilib.
1991-ci ildən bədii filmlərin ali dərəcəli quruluşçu operatorudur. Kinostudiyada çalışmaqla yanaşı 1999–2001-ci illərdə Türkiyənin STV kanalının Azərbaycan təmsilçiliyində televiziya rəhbəri vəzifəsində çalışıb və Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdıran "Xəzərdən dünyaya" verilişinin Asiya və Avropa ölkələrinə yayımını təşkil edib.
2001-ci ildə "Lider" televiziyasında "Azərbaycan" redaksiyasını yaradıb və 2001–2004-cü illər ərzində müxtəlif səpkili 237 televiziya filminin ərsəyə gəlməsinə rəhbərlik edib.
1997-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino-Televiziya Sənətləri" kafedrasında pedaqoji fəaliyyətlə məşğuldur. 2005-ci ildən həmin kafedranın dosentidir. 2008-ci ildə "Azərbaycan səssiz kinosunun təsvir irsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Sənətşünaslıq namizədidir. Onlarla elmi məqalənin, tədris proqramı və metodik göstərişin, dərs vəsaiti və dərsliyin müəllifidir. 2005-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
2013-cü ildə Serbiyanın Zlatibor şəhərində "Zlatibor-2013" idman filmləri üzrə ikinci beynəlxalq film festivalında Rafiq Quliyevin "Çövkən" filmi idmanda Azərbaycanın milli adət-ənənələrinin uğurla tamaşaçılara çatdırılmasına görə festivalın birinci mükafatına layiq görülmüşdür.[1]
1 avqust 2018-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə, "Şöhrət" ordeni ilə təltif olunmuşdur.[2]
Filmoqrafiya
redaktə- 130-cu mövsüm (film, 2002)
- Adi əhvalat (film, 1991) (qısametrajlı bədii süjet-Mozalan № 161)-operator
- Ağ rəngin simfoniyası (film, 2003)
- Axırıncı aşırıma qədər (film, 2002)
- Aləmdə qalan səs (film, 2001)
- Ali sevgi (film, 2002-2003)
- And (film, 2002)
- Azadlığa gedən yollar (film, 1990)
- Azərbaycan kapriççiosu (film, 1996)
- Azərbaycana xoş gəlmisiniz! (film, 2004)
- Bahar ömürlü insan (film, 2003)
- Bəyaz tarlanın balladası (film, 2002)
- Bir haqq bayrağı var əlimdə (film, 2003)
- Bizi oyatmayın (film, 2002)
- Bombardıman (film, 1991)
- Bütün qadağaların fövqündə (film, 2002)
- Cansıxıcı əhvalat (film, 1988)
- Cin mikrorayonda (film, 1985)
- Çarpaz bucaqlar arasında (film, 2002)
- Çətin sınaqlar (film, 2002)
- Çölçü (film, 2012)
- Çövkən (film, 2013)[3]
- Dan qızartısından qürub şəfəqlərinədək (film, 2003)
- Dəmir atlı cəngavər (film, 2003)
- Dənizin prelüdiyası (film, 2003)
- Dövlətin vizit vərəqi (film, 2004)
- Düma ömrünün qırx günü (film, 2002)
- Dünənə ehtiramla, sabaha ümidlə (film, 2003)
- "Edelveys" və dəmir biləklər (film, 2001)
- Fövqəldünya və ya qəsdsiz məntiqi səhv (film, 1992)
- "Fransız" (film, 1995)
- Gecə zəngi (film, 2003)
- Gedərsən bizə... (film, 1990)
- Girov (film, 2005)
- Göy rəngin melodiyası (film, 2003)
- Günaydın, mələyim! (film, 2008)
- Gündoğar ölkəyə sevgilərlə (film, 2002)
- Günorta qatarı (film, 2003)
- Hər şey yaxşılığa doğru
- Hərb tariximizdən. Atropat (film, 2003)
- Həsrətli gözlərin rəsmi (film, 2003)
- Hikmət xəzinəsi (film, 2003)
- "İldırım"lı yolun yolçuları (film, 2003)
- İlham Əliyev. "Olimp"in fəthinə doğru (film, 2002)
- İlham Əliyev. Diplomatiyada uğur rəmzi (film, 2002)
- İlham Əliyev. Ümidlərin gerçəklik məqamı (film, 2003)
- İlham Əliyev. Yeni neftin strategiyası (film, 2002)
- İnanc yerlərimiz (film, 2003)
- İşığımız sönməyəcək (film, 2003)
- İşıq ömrü (film, 2001)
- Kamanın Ədalət ucalığı (film, 2003)
- Kamanın naxış sehri (film, 2003)
- Könlün fəsilləri (film, 2001)
- Könül nəğməsində variasiyalar (film, 2002)
- Köpək (film, 1994)
- Kürə qovuşan ömür (film, 2003)
- Azərbaycan faunası: Qafqaz gürzəsi (film, 2002)
- Qalanın əfsanəsi (film, 2003)
- Qara rəngin harmoniyası (film, 2002)
- Qədim şəhərin hekayəti (film, 2003)
- Qəlbin ay işığı (film, 2002)
- Qəlbin ritmləri (film, 2002)
- Qərib bir səs (film, 2003)
- Qətl günü (film, 1990)
- Qırmızı rəngin ekspressiyası (film, 2002)
- Qürbət eskizləri (film, 2003)
- Laçın dəhlizi (film, 1993)
- Məhəbbət oratoriyası (film, 2003)
- Mən kitabımı başlayıram (film, 2006)
- Mən sizdən arxayınam (film, 2002)
- Mistik düşüncələrin rəsmi (film, 2003)
- Naxçıvan lövhələri (film, 2003)
- Naxışlı hekayət (film, 2003)
- Nikanın nağılları (film, 2002)
- Nizami (film, 2012)
- Ölüm növbəsi (film, 2009)
- Ömürdən uzun yol (film, 2003)
- Ötən əsrdən gələn adam (film, 2003)
- Ötən ömrün notları (film, 2003)
- Özgə vaxtın doğma anları (film, 2002)
- Paris kədəri (film, 2001)
- Pərdəsiz səhnə (film, 2002)
- Ruhun abidəsi (film, 2003)
- Səbrli adamın fəryadı (film, 2002)
- Səkkiz dəqiqəlik düşüncə və ya xarı bülbül (film, 2002)
- Sən saydığını say... (film, 2002)
- Sənətin sehrinə doğru (film, 2002)
- Səsin vəhdəti (film, 2002)
- Səttar Bəhlulzadə (film, 1988)
- Sonuncu orden (film, 2002)
- Subaylarınızdan görəsiniz (film, 1991)
- Süd dişinin ağrısı (film, 1987)
- Sükutun səsi (film, 2003)
- Şahid qız (film, 1990)
- Şimşəklər kimi (film, 2003)
- Şöhrət, yaxud unudulan adam (film, 2003)
- Tale yolu (film, 2003)
- Tarixin dözümü və qisası (film, 2003)
- Telefon macəraları (film, 1990)
- Tökülən yarpaqların qoxusu (film, 2001)
- Torpağa bağlananlar (film, 2003)
- Uğur hələ irəlidədir (film, 2002)
- Unudulmuş qəhrəman (film, 2005)
- Uzaq sahillərin əfsanəsi (film, 2002)
- Üçüncü günün adamı (film, 2017)
- Ümid (film, 1995)
- Vaxtın o üzündə (film, 2002)
- Vəkil hanı? (film, 2011)
- Yaddaş etüdləri (film, 2002)
- Yaddaş etüdləri-2 (film, 2002)
- Yaddaş etüdləri-3 (film, 2002)
- Yaddaş hücrəsi (film, 2003)
- Yaddaşın əbədi yükü (film, 2003)
- Yaradılış hikməti (film, 2003)
- Yarımçıq qalmış dosye (film, 2002)
- Yarımçıq triptix (film, 2003)
- Yaşıl rəngin qamması (film, 2002)
- Yay gününün sazağı (film, 2003)
- Yeddi duyum (film, 2002)
- Yeldən yarananlar (film, 2004)
- Yenə o bağ olaydı (film, 2002)
- Yeni tərzdə işləyirik (film, 1988)
- Yurd həsrəti (film, 2003)
- Zəhmətlə yoğrulanlar (film, 2003)
- Zoopark (film, 2003)
- Ulu öndər (2019)[4]
İstinadlar
redaktə- ↑ ""Çövkən" filmi "Zlatibor-2013"-ın qalibi olub". 2013-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-08.
- ↑ President.Az. "Azərbaycanın kino xadimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.08.2018. 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-01.
- ↑ Quliyev, R. “Çövkən” filmini böyük həvəslə çəkmişəm”: Film YUNESKO-nun “Qeyri-Maddi Mədəni İrs Siyahısı”na daxil edilib: [rejissor Rafiq Quliyevlə müsahibə] /müsahibəni apardı J.Rzabəyli //Olimpiya dünyası.- 2014.- 1-3 aprel.- S. 3.
- ↑ Real TV. ""Ulu Öndər" film və mahnısının təqdimatı" (az.). Youtube.com. 12.07.2019. İstifadə tarixi: 2019-07-12.