Rafiq Memmedhesenov - Wikipedia
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Məmmədhəsənov Rafiq Musa oğlu (26 sentyabr 1945, Gədəbəy) — tibb elmləri doktoru (1990), professor, Əməkdar elm xadimi (2000), Tərəqqi medalı (2010), Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru (1993), millət vəkili (2006 və 2020),(III, IV, V çağırış) məşhur "91"-lər sırasında olaraq Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, YAP siyasi şurasının üzvü, Veteranlar Şurasının üzvü, Avropa Diabet və Ümumdünya Diabet assosiasiyalarının üzvüdür
Rafiq Məmmədhəsənov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | Məmmədhəsənov Rafiq Musa oğlu |
Doğum tarixi | 26 sentyabr 1945 (79 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | alim, siyasətçi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | tibb elmləri doktoru (1990) |
|
|
Təltifləri |
|
Həyatı
redaktəMəmmədhəsənov Rafiq Musa oğlu 1945-ci sentyabrın 26-da Azərbaycan Respublikası Gədəbəy rayonunun Gədəbəy qəsəbəsində anadan olub.1963-cü ildə N. Nərimanov adına Azərbaycan Tibb Dövlət İnstitutunun müalicə — profilaktika fakültəsinin 1-ci kursuna daxil olub, 1969-cu ildə həmin institutu bitirib.
1969–1971-ci illərdə təyinatla Naftalan sanatoriyasında həkim-terapevt, sonra 1971–1973-cü illərdə Mərdəkan mədə-bağırsaq sanatoriyasında həkim-terapevt işləyib.1974–1976-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutu II müalicə-profilaktika fakültəsinin daxili xəstəliklər kafedrasının aspirantı olub.
Respublikada İxtisaslaşmış müdafiə elmi şurası olmadığına görə 1979-cu ildə Tbilisi Dövlət Tibb İnstitutunda namizədlik dissertasiyası müdafiə edib.1977–1986-cı illərdə həmin kafedrada assistent vəzifəsində işləyib.1986–1990-cı illərdə Moskvada Ümumittifaq Endokrinoloji Elmi Mərkəzin doktorantı olub.
1990-cı ildə doktorluq dissertasiyası müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.1990-cı ildən bu günə qədər Tibb Universitetinin daxili xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışır və həmin ildən indiyə qədər eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş endokrinoloqudur.1993-cü ildən hal-hazıra qədər həm də Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsində işləyir.2000-ci ildə Ümummilli liderimiz, prezident H. Əliyev tərəfindən Əməkdar elm xadimi adına layiq görülüb.
2010-cu ildə Azərbaycan Respublikasının "Tərəqqi" medalı ilə təltif edilib.1992-ci ilin noyabrından YAP-ın üzvüdür. YAP siyasi şurasının üzvüdür.13 may 2006-cı ildə III çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib.7 noyabr 2010-cu ildə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar deputat (IV çağırış) seçilib.1 noyabr 2015-ci ildə (V) çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib,30 noyabr 2022-ci ildə Azərbaycan Prezidentinin fəxri diplomu" ilə təltif edilib
Xarici keçidlər
redaktə- [1] Arxivləşdirilib 2012-05-02 at the Wayback Machine