Rafael Qvaladze - Wikipedia
Rafael Qvaladze (1 yanvar 1948, Laqodexi, Kaxetiya) — Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi (1985–1990).
Rafael Qvaladze | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1948 (76 yaş) |
Doğum yeri | |
Təhsili | |
|
|
Təltifləri |
|
Həyatı
redaktə1 yanvar 1948-ci ildə Gürcüstanın Laqodexi şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.
Fəaliyyəti
redaktəFəaliyyətə 1971-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsində başlamışdır. Həmin ildən 1985-ci ilədək Azərbaycan Respublikasının Ali Məhkəməsində baş məsləhətçi, şöbə rəisi vəzifələrində çalışmışdır. 1985-ci ildən 1990-cı ilə qədər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində işləmişdir. 1990-ci ildən 1992-ci ilədək Azərbaycan Respublikasının prokurorluq və ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. 1992-ci ildən 1998-ci ilədək Ali Məhkəmədə şöbə rəisi vəzifəsində işləmişdir.[1]
İstinadlar
redaktə- ↑ "Rafael Qvaladze: Hakim". 2024-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-04.