Rabiye Sermi Sultan - Wikipedia
Rabiyə_Şərmi_Sultan - Haqqında Məlumat
Rabiyə Şərmi Sultan (Osmanlıca: رابعه سلطان 1698–1732) Osmanlı padşahı I Əbdülhəmidin anası və Sultan III Əhmədin arvadı.
Rabiyə Şərmi Sultan | |
---|---|
Ida Kovács | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Macarıstan |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul, Osmanlı İmperiyası |
Dəfn yeri | |
Həyat yoldaşı | III Əhməd |
Uşaqları | I Əbdülhəmid, Zeynəb Sultan, Rabiyə Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Həyatı
redaktəRabiyə Şərmi Sultan əslən macar idi və əsl adı İda Kovaç idi. 1732-ci ildə vəfat edəndə oğlunun hələ 7 yaşı var idi. Oğlu I Əbdülhəmid anasının vəfatından 42 il sonra taxta çıxmış, bu səbəblə validə sultan olmamışdır. İstanbulda yerləşən Yeni Məscidin Turhan Validə Sultan türbəsində dəfn edilmişdir.
Övladları
redaktə- Zeynəb Sultan, (8 aprel 1714–25 mart 1774) — 21 oktyabr 1727-ci ildə Mustafa Paşa, 1765-ci ildə isə Məlik Mehmed Paşa ilə ailə qurmuşdur. İlk evliliyindən bir oğlu vardı.
- Rabiyə Sultan (19 noyabr 1719–28 oktyabr 1721)
- I Əbdülhəmid (20 mart 1725–7 aprel 1789)