Revan Hesenov - Wikipedia
Rəvan Vaqif oğlu Həsənov (2 iyun 1989, Ağdam) — Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru.
Rəvan Həsənov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Ağdam |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili |
BDU Potsdam Univeristeti |
Fəaliyyəti | siyasətçi |
Həyatı
redaktəHəsənov Rəvan Vaqif oğlu 2 iyul 1989-cu il tarixində Ağdam şəhərində dünyaya göz açmışdır. 1996-2007-ci illərdə orta təhsilini Tahir Həsənov adına 23 nömrəli məktəbdə almışdır. 2007-2011-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakultəsində bakalavr dərəcəsi üzrə təhsil almış və təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. 2010-cu ildə Yasamal Rayon İcra Hakimiyyəti, Yasamal Rayon Prokurorluğu və Nəsimi Rayon Məhkəməsində istehsalat təcrübəsində olan Rəvan Həsənov 2011-2012-ci illərdə Daxili Qoşunların “N” saylı hərbi hissəsində əsgər kimi hərbi xidmətdə olmuşdur. 2013-2014-cü illərdə Almaniyanın Potsdam Universitetinin hüquq fakultəsində magistr (LL.M) təhsili almış və Cinayət hüququ, Cinayət prosesi, Kriminalistika bölməsini uğurla başa vurmuşdur.[1] 16 fevral 2018-ci il tarixində “Cinayət hüquq və kriminologiya; cəza-icra hüququ” ixtisası üzrə AMEA Hüquq və İnsan Haqları İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə dissertanturasına qəbul edilib. Rəvan Həsənov 1 yanvar 2018-ci ildə ABŞ-nin İllinois Texnologiyalar Universitetinin “Kent Hüquq Kolleci” tərəfindən qonaq elmi araşdırmaçı olaraq dəvət olunsa da, əmək fəaliyyəti ilə əlaqədar olaraq proqramda iştirak edə bilməyib.
Fəaliyyəti
redaktəRəvan Həsənov 13 noyabr 2014-cü ildən 2 mart 2016-cı il tarixinə qədər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. 2 mart 2016- 11 aprel 2017-ci il tarixlərində isə Azərbaycan Respublikası Prezidentinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirlik xidmətinin baş mütəxəssisi, 11 aprel 2017- 8 iyul 2017-ci il tarixlərində isə məsləhətçi vəzifəsində işləmişdir. O, 19 iyun 2017 il tarixindən 12 fevral 2019-cu il tarixinə qədər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor vəzifəsini müvəqqəti icra edib.[2] Rəvan Həsənov Prezident İlham Əliyevin 12 fevral 2019-cu il tarixli sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru vəzifəsinə təyin edilmişdir.[3]
Əsərləri
redaktəBu zamana qədər onun Almaniya Federativ Respublikasında “Məktəblərdə narkotik və alkoqolun yayılmasının cinayət hüquqi aspektləri” və “Azərbaycan və Almaniyada mütəşəkkil cinayətkarlıq” başlıqlı elmi araşdırmaları Almaniyada kitab şəklində nəşr edilmişdir.
Ailəsi
redaktəAiləlidir. Bir övladı var.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Rəvan Həsənov
- ↑ "BBMM-İN İCRAÇI DİREKTOR ƏVƏZİ RƏVAN HƏSƏNOV". 2020-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-14.
- ↑ "R.V.HƏSƏNOVUN BAKI BEYNƏLXALQ MULTİKULTURALİZM MƏRKƏZİNİN İCRAÇI DİREKTORU TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2019-02-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-14.