Resid Esgerxanov - Wikipedia
Rəşid_Əsgərxanov - Haqqında Məlumat
Rəşid Paşayeviç Əsgərxanov (13 noyabr 1920, Dağıstan vilayəti – 1987, Mahaçqala) — məşhur cərrah-kardioloq, tibb elmləri doktoru, SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü (1974), Azərbaycan, Bolqarıstan,Qumuq cərrahi cəmiyyətlərinin fəxri üzvü.
Rəşid Əsgərxanov | |
---|---|
Rəşid Paşayeviç Əsgərxanov | |
Doğum tarixi | 13 noyabr 1920 |
Doğum yeri | |
Vəfat tarixi | 1987 |
Vəfat yeri | |
Elm sahəsi | cərrahiyyə |
Elmi dərəcəsi | |
Elmi adı | |
Mükafatları |
Həyatı
redaktəDağıstan Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Böyük Sovet Ensiklopediyasının ürək cərrahiyyəsi şöbəsində redaktor işləmişdir. 400-dən çox elmi məqalənin və 12 ayrı kitabın müəllifidir. 1958-ci ildə Dağıstanda malformasiyaya görə ilk ürək əməliyyatını etdi. İkinci Dünya Müharibəsinin iştirakçısıdır. 3 may 1987-ci ildə sağalmaz xəstəlikdən öldü.
Mükafat və Təltifləri
redaktə- Dağıstanın və Rusiyanın əməkdar elm xadimi.
- Oktyabr inqilabı ordeni.
- Qırmızı Əmək Bayrağı ordeni.
- Azərbaycan və Bolqarıstan cərrahi cəmiyyətlərinin fəxri üzvüdür[1].
- Beynəlxalq Cərrahlar Cəmiyyətinin həqiqi üzvü.
- Beynəlxalq Damar və Ürək Cərrahiyyəsi Həkimləri Cəmiyyətinin həqiqi üzvü.
- Beynəlxalq Pleboloqlar Cəmiyyətinin fəxri üzvü.
Xatirəsi
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-22.
- ↑ "Arxivlənmiş surət". 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-22.