Rustem Eliyev Gedebey - Wikipedia
Miskinli (əvvəlki adı: Rüstəm Əliyev) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Miskinli kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 25 oktyabr 2011-ci il tarixli, 223-IVQ saylı Qərarı ilə Gədəbəy rayonunun Rüstəm Əliyev kənd inzibati ərazi dairəsi tərkibindəki Rüstəm Əliyev kəndi Miskinli kəndi adlandırılmış və Rüstəm Əliyev kənd inzibati ərazi dairəsi Miskinli kənd inzibati ərazi dairəsi hesab edilmişdir.[2]
Miskinli | |
---|---|
40°30′07″ şm. e. 45°45′55″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.366 m |
Saat qurşağı | |
Tarixi
redaktəMiskinli kəndinin əsl və tarixi adı Qarabulaq və ya Böyük Qarabulaq olmuşdur. Miskinli çuxuru adlanan coğrafi ərazinin ən böyük yaşayış sahəsidir.
Tarixi abidələri
redaktəKəndin ərazisi tarixi abidələrlə, xüsusilə də qəbir abidələri ilə zəngindir. Son tunc dövrünü əhatə edən Xocalı-Gədəbəy mədəniyyəti bu ərazilər üçün də xarakterikdir. Kəndin cənub-qərb hissəsini əhatə edən yüksəklikdə yerli əhali tərəfindən Koroğlu qalası adlandırılan müdafiə tikilisi vardır.
Coğrafiyası və iqlimi
redaktəKənd dağlıq ərazidə, orta və yüksək hündürlüklü lələkvari dağlar arasında yerləşir. İqlimi mülayim soyuq və mülayim isti xarakterlidir.
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2140 nəfər əhali yaşayır.[3]
Tanınmış şəxsləri
redaktə- Miskinli Vəli — Aşıq.
- Mikayıl Xıdırzadə — Riyaziyyatçı, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin ilk azərbaycanlı dekanı.
- Tokay Hüseynov — AMEA Biofizika İnstitutu, Ekoloji biofizika laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor.
- Müseyib Hüseynov — Professor, 1934-1937-ci illərdə Azərb SSR-n Səhiyyə naziri.
- Məhərrəm Hüseynov — ADTU-nun professoru.
İqtisadiyyatı
redaktəKənd əhalisinin əsas məşğuliyyətini kənd təsərrüfatı — kartofçuluq, heyvandarlıq və taxılçılıq təşkil edir.
Mədəniyyəti
redaktəKənddə aşıq sənəti geniş yayılmışdır.
Təhsil
redaktəKənddə iki tam orta məktəb və bir ibtidai məktəb var.
Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı ilə Gədəbəy rayonunun Miskinli kəndində 60 yerlik körpələr evi-uşaq bağçasının tikintisi üçün 1 130 000 manat vəsait ayrılmışdır.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Gədəbəy rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 25 oktyabr 2011-ci il tarixli, 223-IVQ saylı Qərarı". 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-12.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax
redaktə Gədəbəy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |