Rustem - Wikipedia
Rüstəm - Haqqında Məlumat
Rüstəm və ya Rüstəm Zal (pəhl. Rodastahm, Rostahm; fars. رستم) — Fars xalq dastanının əfsanəvi qəhrəmanı, Firdovsinin "Şahnamə"sinin əsas personajlarından biri.
Rüstəm | |
---|---|
fars. رُستَم | |
Cinsi | kişi[d] |
Atası | Zal |
Arvadı |
|
Uşaqları | Zöhrab |
Vikianbarda əlaqəli mediafayllar |
Ənənə
redaktəFirdovsinin "Şahnamə"sində pəhləvan Rüstəm (və onun oğlu Zöhrab) haqqında şeir ümumi həcmin üçdə birindən çoxunu tutur. Rüstəm Siyavuş və İsfəndiyarla birlikdə "Şahnamə"nin əsas epik qəhrəmanlarıdır. Rüstəm obrazını yaradarkən Firdovsi üçün əsas material sak və soqdların qəhrəmanlar haqqında əfsanələr silsiləsi olmuşdur.
Rüstəm və Zöhrab haqqında əfsanənin osetin (Nart), alman və kelt qəhrəmanlıq əfsanə və mifləri ilə çox oxşar cəhətləri var. Rus folklorunun personajı Yeruslan Lazareviçin adı və iştirak etdiyi bəzi süjetlər Zalın oğlu Rüstəmə gedib çıxır.[1]
İstinadlar
redaktə- ↑ Еруслан Лазаревич // Мифологический словарь. Гл. ред. Е. М. Мелетинский. М.: Советская энциклопедия. 1990. 287. ISBN 5-85270-032-0.
Əlavə ədəbiyyat
redaktə- Фирдоуси А., «Шах-Наме. Критический текст», т.т.1-9, Москва 1960-71
- Бертельс Е. Э. «История персидско-таджикской литературы. Избранные труды», Москва 1960.