Qusar Tarix Diyarsunasliq Muzeyi - Wikipedia
Qusar Tarix-Diyarşünaslıq Muzeyi — 1980-ci ildən fəaliyyətə başlamışdır.
Qusar Tarix-Diyarşünaslıq Мuzeyi | |
---|---|
Əsası qoyulub | 1980 |
Mövzu | Tarix |
Yerləşir | Qusar şəhəri, Füzuli. küç.5 |
Kolleksiyası | 3700 eksponat |
Telefon | (02338) 5-31-02 |
İş rejimi | (II – VII) 10:00 – 18:00 |
Muzeyin yaranması
redaktəMuzeyi 1980-ci ildə Heydər Əliyevin "Rayonlarda muzeylər yaratmaq" haqqında Sərəncamına uyğun olaraq yaradılmışdır. Əhalinin və rayon ziyalılarının dəstəyi ilə eksponatlar toplanaraq rayon mədəniyyət evinin bir otağında fəaliyyətə başlamışdır. 1982-ci ildə təyinatı üzrə tikilmiş hal-hazırkı yerləşdiyi həmin bu binaya köçmüşdür.[1]
Muzey eksponatları
redaktəQədim daş dövründən, müasir dövrümüzə kimi eksponatlar həm sərgidə, həm də iki fondda cəmləşmişdir. Muzey 1 foye və 4 zaldan ibarətdir. Ekspozisiya sahəsi 256 kv.m-dir. Ekspozisiyada təqdim olunan eksponatların sayı 638-dir.[2] Bina 1 mərtəbəlidir. Muzeyin ümumi sahəsi 1652 kv.m-dir. Muzeyin əsas fondunda 3700 eksponat vardır, onlardan 630 eksponat ekspozisiyada nümayiş olunur. Ekspozisiya sahəsi 1 foye və 4 zaldan ibarətdir.[3]
İstinadlar
redaktə- ↑ "Xaçmaz Regional Mədəniyyət İdarəsi". http://khachmaz.mctgov.az. 2019-06-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23.11.2020.
- ↑ "Qusar Tarix-Diyarşünaslıq Мuzeyi". https://icomaz.az. 2020-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23.11.2020.
- ↑ "Qusar Tarix-Diyarşünaslıq Мuzeyi". https://museum.az. 2020-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23.11.2020.
Xarici keçidlər
redaktə- "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi". www.mct.gov.az. İstifadə tarixi: 23.11.2020.