Qurus - Wikipedia
Quruş — Dağıstanın Doqquzpara rayonunda kənd. Yaşayış məskəni kimi Quruş kəndi onun tərkibində tək formalaşmışdır.[1]
Kənd | |
Quruş | |
---|---|
ru/Куруш | |
41°16′51″ şm. e. 47°49′48″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Region | Dağıstan |
Rayon | Doqquzpara rayonu |
Tarixi və coğrafiyası | |
Əvvəlki adı | Kaler |
Mərkəzin hündürlüyü | 2560 m |
Saat qurşağı | UTC+3 |
Əhalisi | |
Əhalisi | 787 nəfər (2019) |
Milli tərkibi | ləzgi |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 368684 |
Digər | |
kurushar.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafi mövqeyi
redaktəQuruş kəndi Şalbuzdağ dağının cənub-şərq yamacında, Usuxçay vadisində, Usuxçay kəndindən 17 km cənub-qərbdə yerləşir.
Əhalisi
redaktə2002-ci ildə kənd əhalisinin sayı 804 nəfər, 2012-ci ildə isə 816 nəfər olmuşdur. Son illər kənd əhalisinin sayında eniş müşahidə olunur və bu ilə olan məlumata görə Quruş kəndində 787 nəfər yaşayır.[2] Quruş kəndinin əhalisi tarixən iki nəsl şaxəsinə bölünür - tuxumlar (türkcə) və ya uymaxlar (ləzgicə): Xaytakar, Qilevar, Tetesar, Falakar, Kızırar, Kirtar, Misriyar, Zanqavar, Avurar, Kuldurar, Xebeşar, Çuvallar. Kənd bir neçə məhəlləyə bölünür: Paqvay kiler, Vene kiler, Kirtar və Kamavaybur.
Tarixi
redaktə1886-cı ildə Quruş kəndində 718 həyət və 4761 nəfər var idi. Əhalinin 2536 nəfəri kişi, 2225 nəfəri isə qadın idi. 71451 baş qoyun, 1767 at və 2189 baş iri buynuzu heyavan mövcud idi. Kənd ərazisində 12 dəyirman fəaliyyət göstərirdi. Əhalinin içində 41 toxucu, 2 rəngsaz, bir ayaqqabçı, 4 dülgər, 8 musiqiçi var idi. Quruşlular tarixən qoyunçuluqla, maldarlıqla, əkinçiliklə məşğul olmuş. Quruşlular həm özləri üçün, həm də satmaq üçün xalça, palaz, pendir, yağ və s. hazırlayırdılar. 1907-ci ildə Quruşda 90 min qoyun və keçi var idi.[3] 1920-ci ildə Quruşda savadsızlığı aradan qaldırmaq üçün xüsusi məntəqə açılmış. Sonralar onun bazasında ikisinifli məktəb yaradıldı. 1924-cü ildə isə beşsinifli məktəb fəaliyyətə başlamış. 1930-cu ildə artıq Qruşda yeddisinifli məktəb mövcud idi. 1931-ci ildə Qruşda ilk kolxoz yaradıldı. Böyük Vətən müharibəsi illərində kəntdən müharibəyə 570 nəfər getmiş və onlardan 325 nəfər müharibədə həlak olmuş.[4]
1952-ci ildə kənd əhalisinin böyük qismi Xasavyurt rayonunun Quruş kəndinə (Yeni Quruş) köçmüş. Azərbaycan Respublikasının Elenovka, Ahəd, Aqyazı, Səfərbinə kəndlərinin əhalisinin böyük qismi Quruşdan köçüb gələnlərdi.
Faktlar
redaktəQuruş Şimali Qafqazda, Rusiyada və Avropada (əyər Avropa və Asiya arasında olan sərhəd Qafqaz dağlarından keçərsə) ən hündür yaşayış məskəni hesab olunur.[5][6]. Hündürlüyü dəniz səviyyəsindən 2560 metrdir[7]. Bundan başqa Quruş ölkənin ən cənubda yerləşən yaşayış məntəqəsi hesab olunur.
İstinadlar
redaktə- ↑ "Закон Республики Дагестан от 13 января 2005 года № 6 «О статусе и границах муниципальных образований Республики Дагестан»". 2015-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
- ↑ "Arxivlənmiş surət". 2019-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-09.
- ↑ "Монография по материальной культуре лезгин в XIX нач. XX в." 2013-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-27.
- ↑ "Официальный сайт Докузпаринского района | Куруш". 2019-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-09.
- ↑ "Библиотекарь.ру". 2019-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-11.
- ↑ "Outdoors.ru — Мир путешествий и развлечений". 2016-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-11.
- ↑ "Односельчане.ru — города и села Дагестана". 2016-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-11.