Qunbad Mescidi - Wikipedia
Qunbad məscidi və ya Altmış qübbə məscidi (benq. ষাট গম্বুজ মসজিদ Shaṭ Gombuj Moshjid) — Banqladeşdə məscid.YUNESKO-nun Dünya İrsinə daxil olan Baqerhat Məscid şəhərinin bir hissəsidir. Bu, sultanlıq dövründən (1204-1576) Banqladeşdə ən böyük məsciddir. Məscid Sundarban qubernatoru Xan Cahan Əli tərəfindən Benqal Sultanlığı dövründə qurulmuşdur.[1]
Qunbad məscidi | |
---|---|
benq. ষাট গম্বুজ মসজিদ | |
22°40′28″ şm. e. 89°44′31″ ş. u.HGYO | |
Ölkə | |
Tikilmə tarixi | 15-ci əsr |
Üslubu | Tuğlaq |
Tipi | Mədəni |
Kriteriya | iv |
Təyin edilib | 1985 |
İstinad nöm. | 321 |
Dövlət | Banqladeş |
Region | Asia- Sakit okean |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəMəscidin inşasına 1442-ci ildə başlanmışdır [2] və 1459-cu ildə tamamlandı. Məscid namaz üçün, həmçinin mədrəsə və məclis zalı kimi istifadə olunurdu.[3]
Üslub
redaktəMəscid, Tuğlaq üslubunda tikilimişdir. Bura dam örtüyünü dəstəkləyən çoxsaylı tağlara çatan incə sütunlarla əhatə olunmuşdur. Məscid əsasən terrakota və kərpiclə bəzədilib Məscidin uzunluğu 160 fut (49 m) eni isə 108 fut (33 m). Məsciddə 77 qübbə və hər küncdə bir günbəz var. Məscidin dörd minarəsi var və bu minarələrdən ikisindən azan verilirdi. Geniş namaz salonu şərq, şimal və cənubdan hər biri havalandırma və işıq üçün 11 tağlı qapı ilə təmin olunsa da, içəridə qaranlıq və səliqəli bir görünüş səciyyəvidir. Məscid XV əsr memarlığını təmsil edir.
"Altmış qüllə" və ya "altmış sütun" məscidi
redaktəMəscid, yerli olaraq "Shat Gombuj Məscidi" olaraq bilinir, bu da Banqladeşdə altmış qübbə məscidi deməkdir. Bununla birlikdə əsas salonun üzərində 77 qübbə və tam olaraq 60 daş dirək var.[4] Məscidin əvvəlcə Ərəb / Fars dilində sütun mənasını verən Amud (شصت عمؤد) sözlə altmış sütunlu məscid olaraq adlandırılması, sonralar Banqladeşcə qübbə mənasını verən Gombuj (গম্বুজ) ilə dəyişdirildi.
Qalereya
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Bari, MA. Shatgumbad Mosque // Islam, Sirajul; Jamal, Ahmed A. (redaktorlar ). Banglapedia: National Encyclopedia of Bangladesh (Second). Asiatic Society of Bangladesh. 2012. 2020-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-02.
- ↑ "Shat Gombuj Mosque – Bangladesh". Banglaview24.com. 2012-04-24. 2013-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-28.
- ↑ "The Shat Gambuj Masjid (The Sixty Domes Mosque)". Rafiul alam. 2019-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-14.
- ↑ "Shat Gambuj Mosque: world Heritage site as a historical beautiful mosque". Travel-bangladesh.net. 2010-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-28.