Qumlar Krali Film 2012 - Wikipedia
Qumların Kralı — Səud ailəsinin xəyanətlərindən bəhs edən səs-küylü film.
Qumlar kralı | |
---|---|
ing. King of the Sands | |
Janr | dram filmi |
İlk baxış tarixi | 2012 |
Müddət | 120 dəq. |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli |
IMDb | ID3223362 |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
"Qumlar Kralı" filmi vəhabiliyin tarixindən və İsrailin yaranmasından da bəhs edir.
Məşhur rejissor Nejdət Anzurun Səudiyyə xanədanının tarixindən bəhs edən " Qumların Kralı" filmi yəqin ki, yaxın vaxtlarda bütün dünya ölkələrində nümayiş etdiriləcək. Artıq filmin Britaniyada premyerası olub.
Filmin çəkilişi çox çətinliklərdən keçib. Bu çətinliklər milyonlarla dollar rüşvətdən və təhdidlərdən ibarət olub. Nejdet Anzur bildirir ki, filmin çəkilişləri zamanı bu yoldan imtina etməyim müqabilində ayrı-ayrı şəxslər tərəfindən külli miqdarda pul təklifləri alıb:
"Pulun heç də hər şeyi həll edə bilmədiyini görüb, ölümlə təhdid etdilər, amma mən bu ailənin müsəlmanların başına açdığı oyunları, etdiyi xəyanətləri işıqlandırmaq üçün önəmli tarixi faktlara əsaslanan filmin nə bahasına olursa-olsun çəkiləcəyinə qərar verdim."
Filmdə Səudiyyə xanədanının hiylələri, qurduğu oyunları, xəyanətləri, qətliamları açıq şəkildə işıqlandırılır.
Rejissor bildirir ki, filmin çəkilişində hazırda Ərəbistanın İslam ölkələrinin parçalaması və müsəlmanların bir-birini qırması üçün gördüyü işlərdən faydalanıb. O, tarixi faktlara nəzər yetirdiyini və hər şeyin bir-biri ilə üst-üstə düşdyünü görüb və bu faktlar da filmin ərsəyə gəlməsinə səbəb olub:"Bəzi tarixi faktlar var ki, Səud ailəsi onların üstünü pul gücünə örtüb, amma Səud xanədanından bəhs edən bu ilk film bütün faktları yenidən gün işığına çıxardı. ərəbistan rejiminin qurulma formasından artıq hər kəs xəbərdar olacaq. Mən siyasətçi deyiləm, amma zülm, hiylə və xəyanətə nifrət edirəm. Filmdə bəhs edtiklərim hadisələrin hər biri tarixi sənədlərə əsaslanır. Burada Osmanlının parçalanması üçün ingilislərlə Səud ailəsinin əməkdaşlığından, vəhabiliyin yaranmasında böyük rolu olan "Şeyx Abdullah" ləqəbli ingilis casusu Henri Filbidən (1885-ci ildə anadan olub və tacir kimi Ərəbistanda fəaliyyət göstərib, 1965-ci ildə ölüb), İsrailin yaranmasına razılığın verilməsindən, Səud xanədanının ömrünün davam edəcəyi müddətdə Böyük Britaniyanın tapşırığı əsasında iş görəcəyinə dair müqavilənin imzalanmasından da bəhs etmişəm. Filmdə həmçinin göstərmişəm ki, Səud ailəsi Qurani-Kərimin adından istifadə edib necə qətliamlar törədirlər."
Qeyd edək ki, filmdə vahibiliyin yaradılması üçün Böyük Britaniyanın 200 il Səud ailəsi ilə iş apardığı barədə də geniş bəhs olunur.
Film haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |