Quba Ati - Wikipedia
Quba_atı - Haqqında Məlumat
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Quba yorğası və ya Quba atı — Azərbaycanın yerli at cinslərindən biridir.
Quba yorğası | |
---|---|
Cinsin istiqaməti | Yorğa minik |
Ölçüləri |
hündürlüyü 136 sm, çəpinə uzunuğu 136 sm, döş qucumu 157,2 sm, incik qucumunun çevrəsi 17,6 sm |
Rəngi | Əsasən kəhər |
Yaranma tarixi | XIX əsrin sonu |
Yetişdirildiyi yer | Azərbaycan: Quba |
Arealı | Azərbaycan: Quba |
Vikianbarda əlaqəli mediafayllar |
Yorğa yerişi ilə tanınmışdır. XIX əsrin sonunda, əsasən Quba (adı da buradandır), qismən də Bakı və Şamaxı qəzalarında yayılmışdır. Süysünün hündürlüyü 136 sm, bədənin çəpinə uzunuğu 136 sm, döş qucumu 157,2 sm, incik qucumunun çevrəsi isə 17,6 sm-dir. Rəngi əsasən kəhərdir. İlxı şəraitinə davamlı, konstitusiyası quru və möhkəmdir. Ayaqları qısa olduğundan sürətlə qaça bilmir. 1600 m məsafəni 3 dəqiqə 25,4 saniyəyə qət edir. Quba yorğası ərəb və "Terek" at cinsləri ilə yaxşılaşdırılır.