Quadalkanal Deniz Doyusu - Wikipedia
Quadakanal dəniz döyüşü, digər adları ilə Üçüncü və dördüncü Savo adası döyüşləri, Solomon adaları döyüşü, On üçüncü cümə günü döyüşü və ya yapon mənbələrində Üçüncü Solomon dənizi döyüşü – İkinci dünya müharibəsi zamanı Sakit okean cəbhəsindəki Solomon adalarında Müttəfiqlərlə (əsasən ABŞ) Yaponiya arasında aylarla davam edən Quadalkanal hərəkatının 12-15 noyabr 1942-ci il tarixlərində baş verən həlledici döyüşlər seriyası. Həm hava, həm dəniz döyüşlərinə səhnə olan bu döyüşlər seriyası Quadalkanal adasının yaxınlığında başlamış və 4 gündən çox davam etmişdir. Toqquşmalar Yaponiyanın Müttəfiq qüvvələri adadan çıxarmaq cəhdləri və ABŞ-nin buna müqavimət göstərməsi ilə başlamışdır. ABŞ donanmasının iki admiralı quru toqquşmaları zamanı öldürülmüşdür.
Quadalkanal dəniz döyüşü | |||
---|---|---|---|
İkinci dünya müharibəsində Sakit okean cəbhəsi | |||
| |||
Tarix | 12-15 noyabr 1942 | ||
Yeri | Quadalkanal, Solomon adaları | ||
Nəticəsi | ABŞ-nin strateji qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Müttəfiq qüvvələr 7 avqust 1942-ci ildə Quadalkanalda quruya çıxmış, o vaxt Yaponiya tərəfindən tikilməkdə olan, daha sonra isə Henderson sahəsi adlanacaq hava sahəsini ələ keçirmişdirlər. Bundan sonra Yaponiya ordusu və donanması Quadalkanala gəmilər göndərərək hava sahəsini yenidən ələ keçirmək istəmiş, lakin cəhdləri baş tutmamışdır. 1942-ci ilin noyabrında Yaponiya hava sahəsini yenidən ələ keçirməyə cəhd etmək üçün 7000 əsgərdən ibarət qoşunu adaya göndərmişdir. Qoşunları təhdid edən Müttəfiq təyyarəsini məhv etmək məqsədilə bir neçə Yaponiya gəmisi Henderson hava sahəsini bombardman etməklə vəzifləndirilmişdir. Yaponiyanın hücumundan xəbərdar olan ABŞ qüvvələri hava sahəsini qorumaq və Yaponiya quru qoşunlarının Quadalkanala çatmasının qarşısını almaq üçün həm havadan, həm sudan hücumlar təşkil etməyə başlamışdır.
Hər iki tərəf gecə baş verən iki böyük quru toqquşması zamanı bir çox gəmi itirmişdir. Buna baxmayaraq, ABŞ Yaponiyanın Henderson sahəsini döyüş gəmiləri ilə bombardman etmək cəhdlərinin qarşısını ala bilmişdir. Müttəfiq təyyarələri Yaponiya qoşunlarını daşıyan nəqliyyat vasitələrinin çoxunu batırmış və Yaponiya ordusunun böyük hissəsinin Quadalkanala çatmasına mane olmuşdur. Bu döyüş Müttəfiq qüvvələri Quadalkanal və yaxınlığındakı Tulaqidən çıxarmaq üçün Yaponiyanın etdiyi son cəhd olmuşdur. Döyüşün sonunda ABŞ strateji qələbə qazanmış, Quadalkanal hərəkatının gedişi Müttəfiqlərinin lehinə çevrilmişdir.
Arxaplan
redaktəQuadalkanal hərəkatı 7 avqust 1942-ci ildə Müttəfiqlərin (əsasən ABŞ) Solomon adalarının tərkibinə daxil olan Quadalkanal, Tulaqi və Florida adalarına qoşun çıxartması ilə başlamışdır. Müharibədən öncə Solomon adaları Böyük Britaniyanın koloniyası idi. Hərəkatın məqsədi ABŞ-la Avstraliya arasındakı təchizat və qida mübadiləsini təhdid edən yaponların adalardan baza kimi istifadə etməsinin qarşısını almaq, adaların təhlükəsizliyini təmin etmək, Yaponiyanın Rabauldakı hərbi bazasını zərərləşdirmək və Müttəfiqlərin Yeni Qvineya hərəkatına dəstək verməkdən ibarət idi. Yaponiya 1942-ci ilin mayında Tulaqini işğal etmiş və 1942-ci ilin iyununda Quadalkanalda hava sahəsi tikməyə başlamışdır.[1]
8 avqust axşamında 11.000 nəfərli Müttəfiq qoşunları Tulaqini, yaxınlıqdakı kiçik adaları və Quadalkanaldakı Lunqa burnunda tikilməkdə olan Yaponiya hava sahəsini ələ keçirmişdir. Quadalkanal adasındakı Müttəfiq təyyarələri "Kaktus Hava Qüvvələri"ni (KHQ) təşkil edirdi. Hava sahəsini qorumaq üçün ABŞ donanması Lunqa burnu ətrafında müdafiə səddi təşkil etmişdir. Növbəti iki ayda Lunqa burnundakı ABŞ qoşunlarının sayı 20.000-dən çox olmuşdur.[2]
Buna cavab olaraq Yaponiya general qərargahı Quadalkanalı qaytarmaq üçün leytenant-general Harukiçi Hyakutakenin başçılıq etdiyi Rabauldakı XVII ordunu vəzifəndirmişdir. XVII ordunun dəstələri Müttəfiq qoşunları adadan çıxarmaq üçün 19 avqustdan başlayaraq Quadalkanala çatmağa başlamışdır.[3]
Kaktus Hava Qüvvələrinin yaratdığı təhlükəyə görə yaponlar qoşunlarını adaya çıxarmaq üçün böyük, asta nəqliyyat gəmilərdən istifadə edə bilmirdilər. Əvəzində, Rabauldakı və Şortlend adalarındakı döyüş gəmilərindən istifadə etmişdirlər. Əsasən VIII donanmasının vitse-admiral Quniçi Mikavanın başçılığı altında olan kreyserlərindən və eskadra mina gəmilərindən ibarət Yaponiya gəmiləri tək gecədə "Dəlik"dən Quadalkanala keçə bilmiş və Müttəfiqlərin hava hücumlarından daha az zərər görmüşdür. Lakin bu, qoşunların özləri ilə ağır təchizat və tədarük götürməsinə mane olmuşdur. Hərəkat zamanı yüksək sürətli döyüş gəmilərin Quadalkanala çatması Müttəfiqlər tərəfindən "Tokio ekspressi", yaponlar tərəfindən isə "Siçavul nəqliyyatı" adlandırılmışdır.[4]
Yaponlar Henderson sahəsini tutmaq üçün ilk cəhdlərini 21 avqustda etmişdirlər: lakin Tenaru döyüşü zamanı 917 nəfərlik qoşunları məğlub olmuşdur. İkinci cəhd 12-14 sentyabr tarixlərində baş tutmuşdur və general-mayor Kiyotake Kavaquçinin başçılıq etdiyi 6000 nəfərlik ordunun Edsons Ric döyüşündə məğlub olması ilə nəticələnmişdir.[5]
Oktyabr ayında yaponlar ordunun 2-ci piyada qoşunundan təşkil olunmuş 15.000 nəfərlik ordunu Quadalkanala göndərərək növbəti dəfə hava sahəsini ələ keçirməyə cəhd etmişdirlər. Qoşunları və təchizatı "Tokio ekspresi" ilə adaya çatdıran yaponlar nəqliyyat gəmilərindən ibarət böyük bir dəstəni də adaya çatdıra bilmişdirlər. 14 oktyabrda iki döyüş gəmisi Henderson sahəsini bombardman atəşinə tutumuş, hava sahəsinə ziyan vurmuş, KHQ-nin təyyarələrinin yarısını məhv etmiş və aviasiya yanacağının böyük hissəsini yandırmışdır. Lakin daha sonra Henderson personalı hava sahəsini təmir etmiş, yeni təyyarələr gətirilmiş və yanacacaq çatdırılmışdır. Bir neçə həftə ərzində hava sahəsi bombardmandan öncəki vəziyyəti gətirilmişdir.[6]
Adanı yenidən elə keçirmək üçün ikinci cəhd yeni çatan ordularla 20-26 oktyabr tarixlərində gerçəkləşdirilmiş, lakin Henderson sahəsi döyüşündə ağır itkilərlə nəticələnən məğlubiyyətlə başa çatmışdır.[7] Eyni zamanda admiral İsoroku Yamamotonun başçılığı altında Yaponiya donanması Santa Kruz adaları döyüşündə ABŞ donanması qarşısında taktiki qələbə əldə etmişdir. Lakin Yaponiya donanması məqsədlərinə nail ola bilmədiyindən ağır itkilər səbəbindən Yaponiya aviadaşıyıcıları geri çəkilməyə məcbur olmuş və ABŞ strateji qələbə qazanmışdır.[8] Bundan əlavə, Yamamotonun gəmiləri Mikroneziyadakı Truk hərbi bazasına və Rabaula qayıtmışdır. Üç aviadaşıyıcı isə təmir məqsədilə Yaponiyaya qayıtmalı olmuşdur.[9]
Yaponiya ordusu 1942-ci ilin noyabrında Quadalkanala başqa bir hücum etməyi planlaşdırmışdır, lakin əməliyyatın gerçəkləşdirilməsi üçün daha çox qüvvəyə ehtiyac var idi. Ordu Yamamotodan lazım olan qüvvələrin adaya çatdırılması üçün kömək etməsini və Henderson sahəsini qoruyan Müttəfiq qüvvələrə qarşı hücuma dəstək olmasını istəmişdir. Yamamoto 11 böyük nəqliyyat gəmisi isə 38-ci piyada diviziyasından 7000 əsgərin, eləcə də, silah, qida və ağır təchizatın Rabauldan adaya gətirilməsini təmin etmişdir. O, həmçinin 9 noyabrda Hiei və Kirishima döyüş gəmilərinin də daxil olduğu bir neçə döyüş gəmisini də adaya göndərmişdir. Xüsusi parçalanan mərmilərlə təchiz olunan gəmilər 12-13 noyabr gecəsində Henderson sahəsini bombardman etməli, ordakı təyyarələri məhv etməli, ağır və asta nəqliyyat gəmilərinin adaya çatmasına şərait yaratmalı idi.[10] Döyüş gəmilərinə Hiei gəmisindən vitse-admiral Hiroaki Abe komandirlik edirdi.[11] Yaponiya təyyarələri və döyüş gəmiləri mütəmadi olaraq hücumlar təşkil etdiyindən Quadalkanalda qüvvələrini yenidən gücləndirmək Müttəfiqlər üçün çətin idi.[12] 1942-ci ilin noyabrında Müttəfiq kəşfiyyatı yaponların adaya yenidən hücum etmə və Henderson sahəsini ələ keçirmək planından xəbərdar olmuşdur.[13] Bundan sonra ABŞ 11 noyabrda adaya iki qrup şəklində dəstək qüvvələri göndərmişdir. Həmin qüvvələrə admiral Riçmond Törner başçılıq edirdi. Dəstək qüvvələri admiral Daniel Kallahan və admiral Norman Skottun başçılıq etdiyi iki qrup və Henderson sahəsindəki təyyarələr tərəfindən qorunurdu.[14] Nəqliyyat gəmiləri 11-12 noyabrda Solomon adalarındakı Buqenvil adasındakı yerləşən Buin hərbi bazasındakı Yaponiya təyyarələri tərəfindən bir neçə dəfə hücuma məruz qalsa da, çoxu ciddi ziyan dəymədən hədəfə çatmışdır. Henderson sahəsindəki döyüş təyyarələri və ABŞ gəmiləri antiaviadaşıyıcıları ilə 12 Yaponiya təyyarəsini vurmuşdur.[15]
İstinadlar
redaktə- ↑ Hogue, Pearl Harbor to Guadalcanal, pp. 235–236.
- ↑ Morison, Struggle for Guadalcanal, pp. 14–15; Miller, Guadalcanal: The First Offensive, p. 143; Frank, Guadalcanal, p. 338; and Shaw, First Offensive, p. 18.
- ↑ Griffith, Battle for Guadalcanal, pp. 96–99; Dull, Imperial Japanese Navy, p. 225; Miller, Guadalcanal: The First Offensive, pp. 137–138.
- ↑ Frank, Guadalcanal, pp. 202, 210–211.
- ↑ Frank, Guadalcanal, pp. 141–143, 156–158, 228–246, & 681.
- ↑ Frank, Guadalcanal, p. 315–3216; Morison, Struggle for Guadalcanal, p. 171–175; Hough, Pearl Harbor to Guadalcanal, pp. 327–328.
- ↑ Frank, Guadalcanal, 337–367.
- ↑ Hara, Japanese Destroyer Captain, 134–135.
- ↑ Hammel, Guadalcanal: Decision at Sea, pp. 44–45.
- ↑ Morison, Struggle for Guadalcanal, pp. 225–238; Hammel, Guadalcanal: Decision at Sea, pp. 41–46. The 11 transport ships provided to carry the troops, equipment, and provisions included Arizona Maru, Kumagawa Maru, Sado Maru, Nagara Maru, Nako Maru, Canberra Maru, Brisbane Maru, Kinugawa Maru, Hirokawa Maru, Yamaura Maru, and Yamatsuki Maru.
- ↑ Hammel, Guadalcanal: Decision at Sea, p. 93.
- ↑ Hammel, Guadalcanal: Decision at Sea, p. 28.
- ↑ Hammel, Guadalcanal: Decision at Sea, p. 37.
- ↑ Kilpatrick, Naval Night Battles, pp. 79–80; Hammel, Guadalcanal: Decision at Sea, pp. 38–39; Morison, Struggle for Guadalcanal, pp. 227–233, 231–233; Frank, Guadalcanal, pp. 429–430. The American reinforcements totaled 5,500 men and included the 1st Marine Aviation Engineer Battalion, replacements for ground and air units, the 4th Marine Replacement Battalion, two battalions of the U.S. Army's 182nd Infantry Regiment, and ammunition and supplies. The first transport group, TF 67.1, was commanded by Captain Ingolf N. Kiland and included Şablon:USS, Şablon:USS, Şablon:USS, and Şablon:USS. The second transport group, part of Task Group 62.4 (TG 62.4), consisted of Şablon:USS, Şablon:USS, and Şablon:USS.
- ↑ Frank, Guadalcanal, p. 432; Hammel, Guadalcanal: Decision at Sea, pp. 50–90; Morison, Struggle for Guadalcanal, pp. 229–230.