Quslar Film 1963 - Wikipedia
"Quşlar" (ing. The Birds) — rejissor Alfred Hiçkokun filmi.
Quşlar | |
---|---|
ing. The Birds | |
Janr | Triller |
Rejissor | Alfred Hiçkok |
Prodüser | Alfred Hiçkok |
Ssenari müəllifləri | |
Baş rollarda |
Tippi Hedren Rod Teylor |
Operator | Robert Börks |
Bəstəkar | Bernard Herrmann |
Geyim rəssamı | Edit Hed |
İstehsalçı | Universal Pictures |
Distribütor | Universal Pictures, Netflix |
İlk baxış tarixi | 28 mart 1963[3][4], 20 sentyabr 1963[5], 1963 |
Filmin növü | bədii film |
Müddət | 120 dəqiqə |
Büdcə | 3,3 milyon $[1] |
Gəlir | 11,4 milyon $[2] |
Ölkə | ABŞ |
Dil | ingilis dili |
İl | 1963 |
Rəng | rəngli |
Çəkiliş yeri | San-Fransisko, Kaliforniya |
IMDb | ID0056869 |
Vikianbarda əlaqəli mediafayllar |
Məzmun
redaktəHiçkokun bundan əvvəlki filmi "Psixo"da olduğu kimi burada da heç nə tamaşaçını izaholunmaz hadisələrə hazırlamır. Kinolentin əvvəlində gözəl və bir qədər də özündənrazı xanım Melani Denielsin gənc vəkil Mitç Brennerlə tanış olduğunu görürük. Bu görüş San-Fransiskoda bir zoomağazada baş tutur. Arada olan soyuqluq onu çəkindirmir. Melani Mitçin bacısı Ketiyə ayrılmazlar cinsindən olan quşları hədiyyə alır. Hədiyyəni vermək üçün Melani onlara – Bodeqa körfəzinə getməli olur.
Lazım olan yerə getməyə başlayan Melani birdən qağayının hücumuna məruz qalır. Qız alnından yaralanır. Melani gecəni yerli müəllimə Enni Heyvortun yanında qalmağa qərar verir. Elə o gecə Enni Melaniyə Mitçin anası xanım Brennerin oğluna münasibətdə çox qısqanc olduğunu deyir.
Növbəti gün Ketinin açıq hava altında keçən ad günü şənliyində qağayılar dəstə ilə uşaqlara hücum edirlər. Axşam isə yüzlərlə sərçə buxarı borusu vasitəsilə evə daxil olurlar. Səhər xanım Brenner fermer qonşusunu yoluxmağa gedir və onu ölmüş vəziyyətdə tapır. Gözləri dimdiklənmiş qonşunu görəndə xanım Brenner dəhşətə gəlir.
Səhər Melani məktəb həyətinə toplanmış quzğunları görür. O, Enni ilə uşaqları məktəbdən çıxarırlar. Ketini xilas edən Enni quşların hücumu nəticəsində həlak olur. Melani uşaqlarla birlikdə kiçik bir reestorana sığınır. Elə bu vaxt quşlar yanacaqdoldurma məntəqəsində yanğının baş verməsinə səbəb olurlar.
Axşam vaxtı Melani və Brennerlər evin pəncərəsində barrikada düzəldirlər. Onlar quşların uçuşundan müdafiə oluna bilirlər. Quşlar qapı və divarlara çırpılaraq içəri keçə bilmirlər.
Bir qədər sonra hər yerə sakitlik çökür. Melani çardaqda səs-küy eşidib nə olduğunu bilmək üçün ora qalxır. Ora isə başdan-ayağa quşlarla doludur. Quşlar Melaniyə hücum etməyə başlayırlar. Bu zaman Mitç köməyə gəlir. Yaranmış imkandan istifadə edən Mitç hamıya evi tərk etməyi təklif edir. Hamı evin artırmasına çıxır. Onlar evdən çıxan kimi göz görən hər yeri öz yerlərində oturmuş minlərlə quşla dolu görürlər. Melani və Brennerlər avtomobilə əyləşib oranı tərk edirlər.
Film haqqında
redaktəMükafatlar
redaktə1964-cü ilin "Qızıl qlobus" mükafatı:
redaktə- Ən çox ümidlər verən aktrisa – Tippi Hedren
- Ən yaxşı effektlər və xüsusi vizual effektər – Ab Ayverks
- Ən yaxşı bədii film – Evan Hanter
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Əsərin müəllifi : Dafna dü Morye (novella)
- Ssenari müəllifi : Evan Hanter
- Rejissor : Alfred Hiçkok
- Operator : Robert Börks
- Bəstəkar : Bernard Herrmann
- Prodüser : Alfred Hiçkok
Rollarda
redaktə- Tippi Hedren – Melani Deniels
- Rod Teylor – Mitç Brenner
- Cessika Tendi – Lidiya Brenner
- Süzann Pleşett – Enni Heyvort
- Veronika Kartrayt – Keti Brenner
- Etel Qriffis – ornitoloq xanım Bandi
- Rut MakDevitt – zoomağaza satıcısı xanım MakQruder
- Alfred Hiçkok – zoomağazadan iki itlə çıxan kişi
İstinadlar
redaktə- ↑ Stafford, Jeff. "The Birds". Turner Classic Movies. 2011-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-16.
- ↑ Box Office Information for The Birds. Arxivləşdirilib 2013-09-29 at the Wayback Machine The Numbers. İstifadə tarixi: 2016-11-16.
- ↑ Freebase Data Dumps. Google.
- ↑ IMDb (ing.). 1990.
- ↑ Lexicon of international films (alm.). Zweitausendeins.
Xarici keçidlər
redaktə- The Birds — Internet Movie Database saytında
- The Birds TCM Movie Database saytında
- The Birds AllMovie saytında
- The Birds Box Office Mojo-da
- Monograph on The Birds at Senses of Cinema
- Analytical summary by Tim Dirks at AMC Filmsite
- Complete script of the film
- Video Essay on "Why Do the Birds Attack?" — YouTube platformasında
- The Birds on Lux Radio Theater: July 20, 1953
- The Birds on Escape: July 10, 1954
- Monograph on The Birds at Senses of Cinema
- Analytical summary by Tim Dirks at AMC Filmsite
- Complete script of the film