Qraf Orqasin Defni - Wikipedia
Qraf Orqasın dəfni (isp. El Entierro del Conde de Orgaz) əsəri 1586-1588-ci illərdə Yunan mənşəli İspaniya rəssamı El Qreko tərəfindən çəkilmiş
Qraf Orqasın dəfni | ||
---|---|---|
isp. El Entierro del Conde de Orgaz | ||
| ||
Rəssam | El Qreko | |
Tarixi | 1586-1588 | |
Üslubu | dini incəsənət[d], qrup portreti[d] | |
Texnikası | Kətan, yağlı boya. 480x360 sm | |
Ölçüləri | 480 ± 1 sm × 360 ± 1 sm | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | San-Tome kilsəsi, Toledo, İspaniya | |
Saytı |
clio.rediris.es/fichas_a… wga.hu/html/g/greco_el/0… wga.hu/html/g/greco_el/0… wga.hu/html/g/greco_el/0… wga.hu/html/g/greco_el/0… wga.hu/html/g/greco_el/0… wga.hu/html/g/greco_el/0… wga.hu/html/g/greco_el/0… wga.hu/html/g/greco_el/0… |
|
Vikianbarda əlaqəli mediafayllar |
XIV əsrin əvvəlinə aid əfsanə bu şəklin mövzusuna çevrilmişdir. Toledo əhli və şəhərin senyoru Orqas don Qonsalo Ruis 1312-ci ildə vəfat etmişdir. Onun ailəsi qraf tituluna sonralar layiq görülmüşdür, don Qonsalo Ruis həmin titulla ölümündən sonra məşhurlaşmışdır. Qraf Orqas mömin adam idi, öz xeyriyyə fəaliyyəti ilə tanınmışdı, San-Tome kilsəsinin (El Qreko da həmin kilsənin abidlərindən idi) genişləndirilməsindən və bəzədilməsindən ötrü xüsusi vergi barədə fərman vermişdi. Əfsanəyə görə, don Qonsalo Ruisin dəfn mərasimində onun dəfnindən ötrü müqəddəs Stefan və müqəddəs Avqustin səmalardan enmişdi.