Qordon Bansaft - Wikipedia
Qordon Banşaft (9 may 1909[1][2][…], Buffalo, Nyu-York ştatı – 6 avqust 1990[1][2][…], Nyu-York, Nyu-York ştatı) — yəhudi əsilli ABŞ memarı.
Qordon Banşaft | |
---|---|
Gordon Bunshaft | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 may 1909[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 6 avqust 1990[1][2][…] (81 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
İşləri və nailiyyətləri | |
Memarlıq üslubu | modernizm |
Əsas tikililəri | Beynek Nadir Kitablar və Əlyazmalar Kitabxanası |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəQordon Banşaft 1909-cu ildə Nyu-York ştatının Buffalo şəhərində anadan oldu və liseyi də eyni şəhərdə tamamladı. Memarlıqtəhsilini isə Massaçusets Texnologiya İnstitutunda aldı.
Qordon Banşaft Myes Van Der Roh və Le Karbusyerdən təsirlənən Modernist memardır. Ən tanınmış əsəri "Lever Brothers" sabun firması üçün tikdirdiyi "Lever" binasıdır. 1954-cü ildə tikilən onu işi olan Hannover Trast Branç Bankı II Dünya müharibəsindən sonra bir ABŞ-nin qərbində tikilən ilk şəffaf tikili olmuşdur.
Memarlıq karyerasının ilk illərində Edvard Durel ilə işləyən Banşaft sonra SAM şirkətinin rəhbərlərindən biri kimi işləməyə davam etdi.
Qordon Banşaftın karyerası boyunca tikdirdiyi yeganə ev ailəsi üçün hazırladığı və 210 m² sahəyə malik "Travertin Evi" olmuşdur. Ölümündən sonra ev Müasir İncəsənət Muzeyinə bağışlansa da, muzey daha sonra evi Marta Stevarta satdı.[3]
Qordon Banşaft 1950-ci illərdə ABŞ Xarici İşlər Nazirliyinə Almaniyadakı səfirliklərin dizaynı üçün kömək etmişdir. 1988-ci ildə Pritsker mükafatına layiq görülmüşdür.
6 avqust 1990-cı ildə vəfat edən Qordon Banşaft Buffalo şəhərində həyat yoldaşının yanında basdırılmışdır.
Tanınmış işləri
redaktə- 1951 — Lever binası – Nyu-York
- 1953 — Hannover Trast Branç Bankı – Nyu-York
- 1961 — Manhatten Plaza — Nyu-York
- 1962 — CIL Evi – Monreal, Kanada
- 1962 — Albrayt-Knoks İncəsənət Qaleriyası – Buffalo
- 1963 — Travertin Evi – İst Həmpton
- 1963 — Beynek Nadir Kitaplar və Əlyazmaları kitabxanası – Yeyl Universitesi, Nyu-Havn, Kentukki
- 1965 — Lambert Bankı – Brüssel, Belçika
- 1967 — Marin Midland Binası — Nyu-York
- 1971 — Lindon Bayns Conson Kitabxanası və Muzeyi – Austin, Texas
- 1974 — Solou Binası – Nyu-York
- 1974 — Hirşhorn Muzeyi və Heykel bağı – Vaşinqton
- 1983 — Milli Kommersiya Bankı – Ciddə, Səudiyyə Ərəbistanı.
Qalereya
redaktə-
Beynek Nadir Kitablar və Əlyazmaları Kitabxanası
-
Hirşhorn Müzesi
-
Lindon Bayns Conson Kitabxanası və Muzeyi
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Gordon Bunshaft // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 Gordon Bunshaft // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ "Arxivlənmiş surət". 2021-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-05.