Qolcomaqliqdan Salinma - Wikipedia
Qolçomaqlıqdan salınma (rus. раскулачивание, translit. raskulaçivanie; ukr. розкуркулення, translit. rozkurkulenniya) - İlk beş illik planın 1929-1932-ci illərində milyonlarla qolçomaq (varlı kəndli) və onların ailələrinin tutulması, deportasiyası və edam olunması da daxil olmaqla Sovet siyasi repressiyaları kampaniyası idi. Əkin sahələrinin müsadirə edilməsini asanlaşdırmaq üçün Sovet hökuməti qolçomaqları SSRİ-nin sinfi düşmənləri kimi göstərdi.
Qolçomaqlıqdan salınma rus. раскулачивание ukr. розкуркулення | |
---|---|
Əsas münaqişə: Kollektivləşmə Stalin repressiyaları | |
| |
Ümumi məlumatlar | |
Yeri | Sovet İttifaqı |
Tarix |
|
Hücum metodu | Sinfi qətil,[1] qətliam, deportasiya, aclıq |
Ölü sayı | 530,000–600,000-dən[2] 5,000,000-a qədər[3] olduğu təxmin edilir. |
Qatil(lər) | Sovet İttifaqının gizli polisi |
1930-1931-ci illərdə 1,8 milyondan çox kəndli sürgün edildi.[4][5][6] Kampaniya əks-inqilabla mübarizə və kəndlərdə sosializm qurmaq məqsədi güdürdü. Sovet İttifaqında kollektivləşmə ilə eyni vaxtda həyata keçirilən bu siyasət Sovet Rusiyasındakı bütün kənd təsərrüfatını və bütün əməkçiləri səmərəli şəkildə dövlət nəzarəti altına aldı.
Qolçomaqlıqdan salınma zamanı aclıq, xəstəlik və kütləvi edamlar 1929-cu ildən 1933-cü ilədək ən az 530.000-dən 600.000 nəfərin ölümünə səbəb oldu,[7] lakin daha yüksək hesablamalar mövcuddur: tarixçi Robert Konkvest 1986-cı ildə 5 milyon insanın öldüyünü təxmin etdi.[8] Nəticələr tezliklə Sovet İttifaqından kənarda məlum oldu.
İstinadlar
redaktə- ↑ Jacques Semelin, Stanley (INT) Hoffman. Purify and Destroy: The Political Uses of Massacre and Genocide. New York, New York, USA: Columbia University Press, 2007. p. 37.
- ↑ Hildermeier, Die Sowjetunion, p. 38 f.
- ↑ Robert Conquest (1986) The Harvest of Sorrow: Soviet Collectivization and the Terror-Famine. Oxford University Press. ISBN 0-19-505180-7.
- ↑ Robert Conquest (1986) The Harvest of Sorrow: Soviet Collectivization and the Terror-Famine. Oxford University Press. ISBN 0-19-505180-7.
- ↑ Nicolas Werth, Karel Bartošek, Jean-Louis Panné, Jean-Louis Margolin, Andrzej Paczkowski, Stéphane Courtois, The Black Book of Communism: Crimes, Terror, Repression, Harvard University Press, 1999, hardcover, 858 pages, ISBN 0-674-07608-7
- ↑ Lynne Viola The Unknown Gulag. The Lost World of Stalin's Special Settlements Oxford University Press 2007, hardback, 320 pages ISBN 978-0-19-518769-4 ISBN 0195187695
- ↑ Hildermeier, Die Sowjetunion, p. 38 f.
- ↑ Robert Conquest (1986) The Harvest of Sorrow: Soviet Collectivization and the Terror-Famine. Oxford University Press. ISBN 0-19-505180-7.