Qosma Komekci Nitq Hissesi - Wikipedia
Qoşma — ismin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarına qoşularaq müəyyən məna çaları yaradan köməkçi nitq hissəsidir. Qoşmanı başqa köməkçi nitq hissələrindən fərqləndirən əsas cəhətlərdən biri onun qoşulduğu sözlə birlikdə cümlə üzvü olmasıdır və şəkilçi qəbul etməsidir.
Həmçinin qoşmalar qoşulduğu sözlə cümlə üzvü olur və qoşma kimi qalır.
Qoşmanın məna növləri 1
redaktə- Birgəlik, vasitə – ilə (-la -lə), -ca (-cə)
- Zaman – əvvəl, qabaq, sonra, bəri.
- Məsafə – kimi, qədər, -dək, -can²
- İstiqamət – sarı, tərəf, doğru, qarşı, bəri
- Bənzətmə – kimi, qədər, tək, təki, -can²
- Fərqləndirmə –özgə, başqa, savayı, qeyri, əlavə.
- İstinad – görə, əsasən
- Səbəb-məqsəd – üçün, ötrü, görə, uğrunda, sarı.
- Aidlik – aid, dair, məxsus, xas, haqqında, haqda, barədə.
Qoşmaların sinonimliyi
redaktə- kimi, qədər, -dək, -can2; məsafə qoşmaları
- kimi, tək; bənzətmə, oxsatma
- mənasında
- əvvəl, qabaq; zaman mənasında
- tərəf, doğru, sarı; istiqamət mənasında
- -ca, qədər, kimi, -tək; bənzətmə mənasında
- -ca, ilə: birgəlik, vasitə mənasında və s. kimi
Qoşmaların ismin halları ilə işlənməsi
redaktəQoşmalar, əsasən isimlərə qoşulur və həmin isimlərlə başqa isimlər arasında əlaqə yaradır. Ancaq qoşmalar ismi əvəz edən əvəzliklərlə, məsdərlə, bəzi feili sifətlərlə, zərflərlə, eləcə də substantivləşən başqa sözlərlə də işlənə bilir. Qoşmaların aid olduğu sözlər, hansı nitq hissəsindən olur-olsun, ismin hallarından birində işlənir. Qoşmalar ismin dörd halı ilə işlənir.
- Adlıq halla: üçün, ilə, qədər, kimi, tək, haqda, haqqında, barədə, barəsində, -ca², üzrə;
- Yiyəlik halla (ancaq əvəzliklə): kimi, ilə, tək;
- Yönlük halla: kimi, sarı, görə, qədər, -dək, -can²;
- Çıxışlıq halla: ötrü, savayı, əvvəl, sonra, dair, aid, əlavə, başqa, qeyri, ayri;
Qoşmaların yazılışı
redaktəYazılış qaydasına görə qoşmalar 3 yerə bölünür:
- Bitişik yazılanlar: Birhecalı qoşmalar qoşulduğu sözə bitişik yazılır; Həmin qoşmalar bunlardır: -dək, -can2, -ca2, -tək. Məsələn: 1) Həmin gün səhərəcən yatmadıq. 2) Dəryaca ağlın olsa, yoxsul olsan, gülərlər.
- Bitişik və ayrı yazılanlar: ilə (-la2); üçün (-çün). İlə qoşması bitişik yazılanda ahəngə uyğun olaraq iki cür yazılır. Məsələn: 1) Məktubu ona çatdır qalanı ilə işin yoxdur. 2) Böyük insanların səhvləri axmaqlar üçün təsəllidir.
- Ayrı yazılanlar: ötrü, savayı, özgə, qeyri və s.
İlə qoşmasının yazılışı
redaktəİlə qoşması saitlə bitən sözlərdə ayrı, samitlə bitən sözlərdə isə iki cür yazılır:
- Saitlə bitən sözlərdə olduğu kimi, samitlə bitən sözlərdə də ayrı yazılır (onun ilə).
- İxtisar formasında (-la²) bitişik yazılır (onunla).
Qoşmaların qrammatik mənaları
redaktəQoşmaların hər birinin ümumi qrammatik mənası var. Ancaq bu mənaların reallaşmasında qoşmaların aid olduğu sözlərin mənası da rol oynayır. Məsələn, kimi qoşması aid olduğu nitq hissəsindən asılı olaraq müqayisə, zaman, məkan, tərz mənaları bildirə bilər. Qoşmaların bəziləri arasında sinonimlik əlaqə də var. Məsələn:
- Sarı və doğru qoşmaları:
- O, parka sarı gedirdi.
- O, parka doğru gedirdi.
- Kimi və qədər qoşmaları:
- O, parka kimi getdi.
- O, parka qədər getdi.
Bunlar da göstərir ki, qoşmaların qrammatik məna qrupları arasında qəti fərqlər qoymaq olmaz. Azərbaycan dilində şərti də olsa, qoşmaların aşağıdakı məna fərqlərini göstərmək olur:
- Qoşmaların məkan münasibəti bildirmələri: qədər, -dək, -cən², sarı.
- Qoşmaların zaman münasibəti bildirməsi: kimi, dək, cən, qədər, sonra, əvvəl.
- Qoşmaların müqayisə bildirməsi: kimi, tək.
- Qoşmaların səbəb və məqsəd bildirməsi: üçün, ötrü, görə.
- İlə qoşması birgəlik və vasitə, aid ilə dair qoşmaları isə aidlik, barədə və haqda mənalarında işlənir.
Qoşmaların sinonimliyi
redaktə- kimi, qədər, -dək, -can2; məsafə qoşmaları
- kimi, tək; bənzətmə, müqayisə mənasında
- əvvəl, qabaq; zaman mənasında
- tərəf, doğru, sarı; istiqamət mənasında
- -ca, qədər, kimi, -tək; bənzətmə mənasında
- -ca, ilə: alət mənasında və s. kimi
Qoşmaların ismin halları ilə işlənməsi
redaktəQoşmalar, əsasən isimlərə qoşulur və həmin isimlərlə başqa isimlər arasında əlaqə yaradır. Ancaq qoşmalar ismi əvəz edən əvəzliklərlə, məsdərlə, bəzi feili sifətlərlə, zərflərlə, eləcə də substantivləşən başqa sözlərlə də işlənə bilir. Qoşmaların aid olduğu sözlər, hansı nitq hissəsindən olur-olsun, ismin hallarından birində işlənir. Qoşmalar ismin dörd halı ilə işlənir.
- Adlıq halla: üçün, ilə, qədər, kimi, tək, haqda, haqqında, barədə, barəsində, -ca², üzrə ;
- Yiyəlik halla (ancaq əvəzliklə): kimi, ilə, tək;
- Yönlük halla: kimi, sarı, görə, qədər, -dək, -can²;
- Çıxışlıq halla: ötrü, savayı, əvvəl, sonra.
Qoşmaların yazılışı
redaktəYazılış qaydasına görə qoşmalar 3 yerə bölünür:
- Bitişik yazılanlar: Birhecalı qoşmalar qoşulduğu sözə bitişik yazılır; Həmin qoşmalar bunlardır: -dək, -can2, -ca2, -tək.
- Bitişik və ayrı yazılanlar: ilə (-la2); üçün (-çün). İlə qoşması bitişik yazılanda ahəngə uyğun olaraq iki cür yazılır.