Qlem Pank - Wikipedia
Qlem pank (ing. Glam punk) — 1970-ci illərin əvvəllərində yaranan və proto-pank və qlem rok elementlərini birləşdirən musiqi janrıdır. Bu janrın əsası Nyu-Yorkda Stilettos, The Brats və Ruby and the Rednecks kimi qrupların yaranmasına təsir edən New York Dolls tərəfindən qoyulmuşdur. Böyük Britaniyada Hollywood Brats və Jet kimi qruplar bu janrın qabaqcıllarıdır. Bu qruplar erkən pank rok səhnəsinin formalaşmasında böyük rol oynamışdır.
Qlem pank | |
---|---|
Mənbəsi | |
Yarandığı dövr | 1970-ci ilin əvvəlləri |
Ölkə | ABŞ |
Törəmə formalar |
1980-ci illərdə Hanoi Rocksun təsiri ilə qlem pank musiqisinə maraq artmışdır. Bu dövrdə Dogs D'Amour və Soho Roses kimi qruplar və qlem metal janrına öncülük edən qruplar yaranmışdır. 1990-cı illərdə Manic Street Preachers, Backyard Babies və Turbonegro kimi qruplar qlem pank səsini canlandıraraq əhəmiyyətli kommersiya nailiyyətləri əldə etmişdirlər.
Yaranma tarixi
redaktəMənşəyi
redaktəProto-pank musiqisini qlem rok estetikası ilə birləşdirən ilk qrup 1971-ci ildə qurulmuş New York Dolls idi.[1] Qlem pank 1960-cı illərin hippi folk musiqisinin həssaslığına qarşı bir reaksiya olaraq görülmüşdür.[2] Qrup dərhal Nyu-Yorkun klub səhnəsində bir çox qrupun yaranmasına təsir etmişdir.[3] Onların üslubu Stilettos, Brats[4] və Ruby and the Rednecks kimi[5] Nyu-York qrupları tərəfindən qəbul edilmiş və buranın erkən pank rok səhnəsinin yaranmasına zəmin hazırlamışdır; Bura Television, Talking Heads, Patti Smith, Ramones, Blondie və Richard Hell and the Voidoids kimi qruplar daxildir.[6] Qlem pank musiqisi Hollywood Brats, Jet və Milk 'N' Cookies kimi görkəmli qrupların yarandığı digər məkanlara yayılmışdır. 1975-ci ildə New York Dollsu idarə edən Malkolm Maklaren, 1976-cı ildə qrup dağıldıqdan sonra İngiltərəyə qayıtmışdır. Orada o və həyat yoldaşı Vivien Vestvud Nyu Yorkda gördükləri New York Dolls və digər qruplardan pank modası və Sex Pistolsun yaradılması üçün ilham mənbəyi kimi istifadə etmişdirlər.[7]
Sonrakı inkişaf mərhələsi və təsiri
redaktəFinlandiyanın Hanoi Rocks qrupu 1980-ci illərdə qlem pank səsinin canlanmasına öncülük etmişdir. Alternative Press yazıçısı Tim Stiqall qrupu "80-ci illərin əvvəllərində New York Dollsun 10 il əvvəlki kommersiya müvəffəqiyyətsizliyinə görə dünyadan qisas alması" kimi təsvir etmişdir.[8] Onilliyin əvvəlində qrupun London rezidensiyaları Dogs D'Amour, Soho Roses, Kill City Dragons və Babysitters kimi qrupların formalaşmasına təsir etmişdir. Eyni zamanda, Hanoi Rocks və New York Dolls inkişaf etməkdə olan qlem metal musiqi səhnəsinin ən görkəmli təsirləri olmuşdur. 1980-ci illərin sonlarında qlem metal musiqinin sliz-metal adlı yeni alt janrı yaranmış və Faster Pussycat, Guns N' Roses, L.A. Guns və Shotgun Messiah kimi qruplarda açıq bir şəkildə qlem pank musiqisinin təsiri görülmüşdür.
Uels qrupu Manic Street Preachers 1990-cı illərin əvvəllərində "Generation Terrorists" (1991) və "Gold Against the Soul" (1993) kimi ilk albomlarında qlem pank musiqisindən istifadə edərək Böyük Britaniyada böyük kommersiya nailiyyətləri əldə etmişdirlər. Lakin, 1995-ci ildə gitaraçı Riçi Eduards gözdən itdikdən sonra qrup daha çox pop-mərkəzli bir musiqi axtarışına başlamışdır.[9] 1996-cı ildə çıxan "Ass Cobra" albomu ilə Norveç qrupu olan Turbonegro qlem pan musiqisindən təsirlənmiş və "Alternative Press" bu hadisəni "1996-cı ili pank tarixində kritik bir il edən klassik albom" kimi təsvir etmişdir.[10] Sonrakı illərdə qrup "Kerrang!" mətbuatından yazıçı Cek Hatçkraft tərəfindən "rok dünyasında bir dini fenomen" kimi təsvir edilmişdir.[11] İsveç qrupu olan Backyard Babiesin qlem və pank birləşməsi 1990-cı illərin sonu və 2000-ci illərin əvvəlində əhəmiyyətli kommersiya nailiyyəti qazanmışdır. Qrupun "Total 13" (1998) və "Making Enemies Is Good" (2001) albomları Qremmi mükafatının "ən yaxşı hard rok/metal albomu" nominasiya üzrə mükafatını qazanmış və İsveç musiqi hitlərinin ilk beşliyinə daxil olmuşdur.[12]
2000-ci illərin əvvəllərində bu janr D Generation, Toilet Böys və The Strokes kimi post-punk canlanmasına böyük təsir göstərmişdir.[13]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Sfetcu, Nicolae. The Music Sound. May 7, 2014.
The first and most potent example of glam punk, is the New York Dolls, they are often considered one of the creators of punk rock music in general. Though after the punk explosion in London during the 1970s happened the Dolls were considered "glam" in comparison. Which would lead to them been described as "Glam-Punk"...
Other more obscure groups from around this time such as Hollywood Brats, the Jook, Milk 'N' Cookies, Jet, and others can be heard on the compilation "Glitterbest: 20 Pre Punk 'n' Glam Terrace Stompers". - ↑ Havranek, C., redaktorWomen Icons of Popular Music: the Rebels, Rockers, and Renegades. 1. Westport, CT: Greenwood. 2009. səh. 164. ISBN 0-313-34084-6.
- ↑ Givens, T. People of Paradox: a History of Mormon Culture. Oxford: Oxford University Press. 2007. səh. 281. ISBN 0-19-516711-2.
- ↑ Antonia, Nina. The New York Dolls Too Much Too Soon. Omnibus Press. 2003. səh. 70. ISBN 0711996032.
The rise of The New York Dolls spawned dozens of local bands. Elda Gentile got The Stilettos together with former Max's waitress, Debbie Harry, and Rick Rivets started gigging with The Brats, while a rash of Dolls copyists like Teenage Lust and The Harlots of 42nd Street threw themselves on the bandwagon and fell belly-up. Aside from Aerosmith, the most significant group of that time to be influenced by The New York Dolls was Kiss. Sure, Kiss wore make-up but by painting their faces like comic book characters or goofy animals, they defused any sexual threat.
- ↑ "Ruby and the Rednecks at the Mercer Arts Center". 3 September 2018. 19 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 July 2024.
- ↑ Taylor, Tom. "From Link Wray to New York Dolls: Who really invented punk?". Far Out. 26 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 July 2023.
- ↑ Moore, R. Sells like Teen Spirit: Music, Youth Culture, and Social Crisis. New York: NY: New York University Press. 2009. səh. 47. ISBN 978-0-8147-5747-5.
- ↑ Stegall, Tim. "11 bands influenced by New York Dolls, from Social Distortion to Guns N' Roses". Alternative Press. 9 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 July 2023.
- ↑ Botchick, Cheryl. "Manic Street Preachers: This Is My Truth Tell Me Yours". CMJ New Music Report. 7 Jun 1999: 27.
The Manic Street Preachers, who are certifiable pop stars in England, have yet to attain commercial success in the States, but This Is My Truth... is a rock-solid effort that should further endear the band to fans of serious guitar pop. Though the Preachers took a 180-degree, glam-punk-to-Britpop turn after the strange 1995 disappearance of their troubled guitarist/lyricist/press magnet Richey James, the combo's emotional intensity remains a fever pitch.
- ↑ Stegall, Tim. "These 15 classic albums made 1996 a crucial year in punk history". Alternative Press. 17 December 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 December 2023.
- ↑ Hutchcraft, Jak. "Family, Fandom And Anti-Fascism: Meet The Turbojugend". Kerrang!. 17 December 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 December 2023.
- ↑ "Backyard Babies | Biography & History". AllMusic. İstifadə tarixi: 29 November 2019.
- ↑ Harrington, J. S. Sonic Cool: the Life and Death of Rock 'n' Roll. Milwaukee, WI: Hal Leonard Corporation. 2003. səh. 38. ISBN 0-634-02861-8.