Qazturbin Muherriki - Wikipedia
Qazturbin mühərriki - istilik mühərrikidir. Onun daxilində qaz sıxılır və qızır, sonra sıxılmış və qızmış qazın enerjisi turbinin valının mexaniki işinə çevrilir.
İşləmə prinsipi
redaktəQazturbinin işçi prosesi yanacağın sabit təzyiqdə fasiləsiz yanması və ya sabit həcmdə fasiləli yanması ilə müşayiət olunur. Sənayedə ən geniş yayılmış birinci növ mühərriklərdir. Bu mühərrikırdə sıxılmış hava yanma kamerasına daxil olur, buraya eyni zamanda yanacaq da verilir. Qaz yandıqda hava qızır və genişlənir, mexaniki enerjiyə çevrilir. enerji|Mexaniki enerjinin böyük hissəsi kompressorda havanın sıxılmasına sərf olunur. Qalan hissə isə aparıcı qurğuya ötürülür və faydalı işi təşkil edir. Daxili yanma mühərrikləri arasında qazturbin mühərriki ən böyük güc sıxlığına malikdir: 6 kVt/kq. İlk qaz turbinləri XİX əsrin sonunda qaz mühərrikləri şəklində yaradılmışdır. Onların işləmə prinsipi buxar maşınlarına bənzəyirdi. Qaz turbinləri kompressor, yanma kamerası, turbin, reaktiv ucluq və diffuzordan ibarətdir. Ucluq və diffuzordan başqa bütün təşkiledicilər bir və ya bir neçə valda oturdulurlar. Bu qazturbinlər bir və iki vallı maşınlar kimi yayılmışdır. Bir vallı maşınlarda kompressor və turbin çarxları ardıcıl olaraq bir valda oturdulurlar. Bununla bütün maşın bir dövrlər sayında işləyir. Hərəkətin xaricə ötürülməsi valın hər iki tərəfindən mümkündür. Generatorlarda ötürmə kompressor olan hissədə yerləşdirilir. Bununla qaz diffuzorunu əlverişli quraşdırmaq olur. İki vallı quruluşda turbin qazgenerator və işçi turbinə bölünür. İlk turbin pilləsində kompressor və qazgeneratoru hərəkət etdirlir. Bunun ardınca yerləşən bölmədə isə işçi turbin birincidən asılı olmayan başqa dövrlər sayı ilə fırlanır. Bu qaz turbinləri nasos, kompressor, qaz və neft kəmərlərində, həmçinin aviasiyada (aviasiya turbinləri) geniş tətbiq olunurlar. Qazturbinləri qaz axının istiqaməti (oxboyu, radial, toxunan, diaqonal), pillərin sayı (bir və ya çoxpilləli), istiliyin ötürlməsi (pilləli və ya pilləsiz tənzimləmə) və qazın pərli çarxlara verilməsindən (hissə-hissə və ya tam əhatə üzrə) asılı olaraq sinifləşdirilirlər.
Müasir qazturbinlərinin f.i.ə. 0,88-0,92 arasında yerləşir. İstifadə olunan qazın temperaturu daşınan və stasionar olan turbinlərdə 1100-1200 K, aviasiyada isə 1600 K təşkil edir. Belə yükəsk temperaturların əldə olunması qazturbin mühərriklərinin hissələrinin hazırlanmasında istiliyə davamlı materialların tətbiqi ilə mümkün olub. Mühərrikin f.i.ə.-nı artırmaq üçün turbindən çıxan isti qazdan işçi tsikl daxilində yanacaq kamerasına verilən sıxılmış qazın isidilməsində istifadə edilir. Çıxan qazla yanma kamerasına daxil olan qaz arasında istilik mübadiləsi regenrativ istilik qurğularında baş verir.
Qazturbin mühərriklərində yanacaq kimi qaz (təbii qaz, yanacaq qazlar, qazqneratorları qazı, domna sobaları üçün qazlar), maye yanacaqlar (kerosin, disel yanacağı, mazut) və bərk yanacaqlar (daş kömür, torf) istifadə oluna bilir. Maye və bərk maddələr yarımqapalı turbinlərdə tətbiq tapır. Qapalı tsikllə işləyən qazturbin mühərriklərində işçi cism turbində iş başa çatdıqdan sonra tullanmayıb, növbəti tsikldə istifadə olunur. Belə mühərriklər gücü artırmağa şərait yaradır və onlarda nüvə yanacaqlarından istifadə olunmasına şərait yaradır. Bunlar aviasiyada geniş istifadə olunurlar. Qazturbin mühərrikləri istilik elektrik stansiyalarında elektrik enerjisini əldə etmək, kompressorların işlədilməsi, avtobus, yük və minik avtomobillərində , traktor, tank, gəmi, sualtı qayıq və s. maşınlarda dartıcı mühərrik kimi geniş istifadə olunur.
İstinad
redaktə- Rezo Əliyev. Maşınqayırma leksikonu. I hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 430 s.